“Bu fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır”
Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunur ki, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilsin. Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi üzrə əlaqələndirici dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə olunsun.
Fərmanın vətəndaş cəmiyyətinin inkişafı baxımından əhəmiyyətini nəzərə alaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqovun fikirlərini öyrəndik .
- Rufiz müəllim, Prezident İlham Əliyevin imzaladığı məlum fərman QHT-lərin inkişafına necə təsir göstərəcək?
-Öncə bildirim ki, bu fərman Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının inkişafına yönəlmiş dövlət siyasətinin davamıdır. QHT-lərin inkişafıdı, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə həyata keçirilən bu siyasət nəticəsində vətəndaş cəmiyyəti dövlət və ictimaiyyət üçün ciddi əhəmiyyət kəsb edən proqramların hazırlanmasında və həyata keçirilməsində yaxından iştirak edir. Bilirsiniz ki, iki il öncə QHT-lərin fəaliyyətində hesabatlılıq və şəffaflığın artırılması məqsədilə qanunvericiliyə dəyişiklik edilmişdi. Heç kəsə sirr deyildi ki, Azərbaycanda fəaliyyət göstərən, xüsusilə də, xaricdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində şəffaflıq və hesabatlılıqla bağlı ciddi problemlər vardı. Bu iki il ərzində həmin təşkilatlar saf-çürük edildi, müəyyənləşdi və bəzilərinin barələrində hüquqi tədbirlər görüldü. Bəzi QHT-lərin qrant vəsaitlərini təyinatı üzrə istifadə etməməsi, dövlət və milli maraqlara zidd, xarici dairələrin mənafelərinə uyğun fəaliyyət göstərmələri ötən müddət ərzində bir daha aşkara çıxarıldı. Bununla belə iki il əvvəlki dəyişikliyin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi məqsədiylə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya QHT-lərin, beynəlxalq təşkilatların təkliflərini toplayaraq beynəlxalq donorların Azərbaycandakı fəaliyyətilə bağlı qaydaların sadələşdirilməsi üçün təkliflər hazırladı.
Buütün bunlar QHT-lərin inkişafına və fəaliyyətlərinin şəffaflaşdırılmasına yönəlmiş addımlar idi. Nəhayət, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsi, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılması məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərman imzalandı. Bu Fərman vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti və inkişafı üçün çox ciddi addımdır.
– Necə düşünürsünüz, bəzi QHT-lər yaradılan bu imkandan sui-istifadəyə yol verməyəcəklər ki?
– Hesab edirəm ki, QHT-lər Prezidentin bu addımını layiqli qiymətləndirməlidirlər. Çünki dövlət onların qaldırdıqları problemlərin həllinə adekvat reaksiya verib. Bu günə qədər QHT-ləri narahat edən bir sıra məsələlər vardı ki, bu Fərmanda onlar öz əksini tapıb. Fərman Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun bariz nümunəsidir. Fərmanda QHT-lərin xarici donorlardan maliyyələşməsinin hüquqi proseduru göstərilib. Nazirlər Kabineti nəzərdə tutulan müddətdə qaydaları hazırlayıb aidiyyəti üzrə təqdim edəcək. Hesab edirəm ki, yaradılmış hüquqi mexanizm, qaydalar QHT-lərin yaradılan imkanlardan sui-istifadəsinin qarşısını alacaq. Burada narahatlığa ciddi əsas görmürəm.
- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına hansısa əngəllər yaradıldığını iddia edirlər. Sizcə, Prezidentin imzaladığı Fərman bu kimi iddialara son qoyacaqmı?
- Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında ilk növbədə dövlətin özü maraqlıdır. Zaman-zaman biz dövlətin QHT-lərə dəstəyinin şahidi olmuşuq. Bu gün dövlətin dəstəyi olmadan QHT-lərin inkişafından, effektiv fəaliyyətindən danışmaq mümükün deyil. İstər QHT-lərin maliyyələşməsində, onlarla əməkdaşlığın qurulmasında, proqramların effektiv icra edilməsində dövlətin dəstəyi danılmazdır. Hazırda QHT-lərin qeydiyyatı ilə bağlı da problemlər tam aradan qaldırılmaqdadır. Bəzi xarici dairələrin Azərbaycanda QHT-lərin fəaliyyətinə dair tənqidi hesabatlarının əsl mahiyyəti bizə bəllidir. Bu tənqidlər daha çox siyasi xarakter daşıyır və həmin dairələrin Azərbaycanın gücünü, inkişafına olan münasibətlərindən irəli gəlir. Biz bu cür qərəzli yanaşmalara o qədər də əhəmiyyət verməməliyik.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM