Erkan Özoral: Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür

17:43 / 24.10.2016

Strategiya. az bildirir ki, Türkiyənin Azərbaycanda yeni təyin olunan səfiri Erkan Özoral AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab səfir, Azərbaycana xoş gəlmisiniz. Yeni təyinatınız münasibətilə Sizi ürəkdən təbrik edir, diplomatik fəaliyyətinizdə uğurlar diləyirik.

Hər zaman bir-birinin yanında olan qardaş Azərbaycanın və Türkiyənin qarşılıqlı əlaqələri hazırda çox yüksək səviyyədədir. Ölkəmizə yeni təyin olunan səfir kimi, bununla bağlı nə deyə bilərsiniz?

- Sizin də qeyd etdiyiniz kimi, əlaqələrimiz yüksək səviyyədədir. Xüsusən dövlətlərarası münasibətlərdə Türkiyə-Azərbaycan əlaqələrinin və qardaşlığının başqa bir örnəyi yoxdur. Münasibətlərin bu səviyyəsinə görə ortaq tariximizin köklü mirası üzərində möhtərəm prezidentlərimizin qurduğu möhkəm dostluğa və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımıza borcluyuq. Müasir dövrdə Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinə dəstək olan ən yaxın strateji müttəfiqdir.

Tarix boyunca həm kədərli, həm də sevincli günlərdə bir olan millətimizin qəlbinin eyni ahənglə döyündüyünü görürük. Azərbaycanın 1918-ci ildə azadlıq mübarizəsinə yardım etmək üçün gəlmiş Qafqaz İslam Ordusu, Çanaqqala savaşında azərbaycanlı qardaşlarımızın verdiyi dəstək, ulu öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev başda olmaqla, hər iki ölkə rəhbərlərinin münasibətlərimizə verdikləri yüksək önəm ortaq keçmişimizin yada düşən ilk səhifələridir. Bu sıraya, həmçinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının, azərbaycanlı qardaşlarımıza qarşı törədilən insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyənin göstərdiyi cəhdləri də əlavə etmək olar. Tarix boyu müşahidə edilən bu həmrəyliyin ən müasir nümunəsi isə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı verdiyi dəstəkdir.

Düşünürəm ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq bağları heç vaxt sarsılmayacaq. Çünki bu bağlar mənbəyini və gücünü tarixdən, ən əsası isə iki ölkənin qəlbindən alır. Məhz buna görə də bir türk diplomatı üçün Azərbaycanda Türkiyənin səfiri olaraq xidmət etmək çox böyük şərəfdir. Bu şərəfə layiq olmağa, xalqlarımızın keçmişdə və bu gün olduğu kimi, gələcəkdə də əl-ələ verərək, gündən-günə daha da güclənərək hərəkət etməsi üçün bacardığım qədər fayda verməyə çalışacağam.

Fürsətdən istifadə edərək, müstəqilliyinin bərpasının 25-ci ildönümünü münasibətilə Azərbaycan xalqını sonsuz məmnunluq və sevinc hisləri ilə təbrik edirəm.

- Cənab səfir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında, xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin daha da güclənməsində diplomatların da mühüm rolu var. Bu baxımdan Sizin diplomatik fəaliyyətinizdə prioritet istiqamətlər hansılar olacaq?

- Dostluq və qardaşlığımızın daha da güclənərək davam etməsi üçün bizim üzərimizə düşən əsas vəzifə onsuz da yüksək səviyyədə olan əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişafına fayda verməkdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, təhsil və humanitar sahələr də daxil olmaqla, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələr qurulub. Hörmətli prezidentlərimiz və digər yüksək səviyyəli dövlət adamları müntəzəm görüşlər keçirirlər. Əlbəttə, bu görüşlər qarşıdakı dövrdə də davam edəcək.

Ölkələrimiz üçün də, regionumuz üçün də sabitlik və rifah mənbəyi olan TANAP və Bakı-Tbilisi-Qars kimi böyük enerji və nəqliyyat layihələrinin başa çatdırılması üçün var gücümüzlə çalışacağıq. Eyni qaydada regionda əməkdaşlığa istiqamətlənən, Azərbaycanın və Türkiyənin daxil olduğu üçtərəfli əməkdaşlıq mexanizmlərini inkişaf etdirərək və gücləndirərək bizə verilən tapşırıqlar əsasında fəaliyyət göstərəcəyik.

Zənnimcə, hazırda dünyada yaşanan iqtisadi böhran dövrün ölkələrimiz üçün bəzi imkanlar da yaradır. Azərbaycan hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün uğurlu iqtisadi islahatlar həyata keçirməkdədir. Bu prosesdə Türkiyənin və türk şirkətlərinin oynaya biləcəyi rolu artırmaq iqtisadi sahədə diplomatik fəaliyyətlərimiz sırasında mühüm yer tutacaq.

Bundan başqa, səfirlik olaraq bir-birimizin mədəniyyətini və incəsənətini daha yaxşı öyrənməyi və təbliğ etməyi nəzərdə tutan müxtəlif layihələri həyata keçirməyi planlaşdırırıq.

- Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin mövcud potensialı əks etdirmədiyini və daha da artırılmasının vacibliyini dəfələrlə vurğulayıblar. Sizcə, qarşılıqlı ticarətin artırılması üçün perspektivli sahələr hansılardır və bu istiqamətdə nə kimi addımlar atılmalıdır?

- Neftin qiymətinin aşağı düşməsi nəticəsində 2015-ci ildə ticarət dövriyyəmizin həcmi müəyyən qədər azalsa da, hesab edirəm ki, bu, müvəqqəti haldır. Qarşıya 2020-ci ilədək 15 milyard dollarlıq ticarət dövriyyəsi səviyyəsinə çatmaq hədəfi qoyulub. Bununla yanaşı, strateji əməkdaşlığımıza xidmət edən qarşılıqlı investisiyaların müsbət nəticələr verdiyini görürük. Bir neçə konkret fakt göstərmək istərdim. Türk şirkətlərinin Azərbaycandakı sərmayələrinin məbləği 9 milyard dollara çatıb. Əsasən telekommunikasiya, bank-sığorta, nəqliyyat, tekstil, mebel, inşaat materialları sahələrində fəaliyyət göstərən 2665 şirkətimiz 25 mindən çox insana iş imkanı təqdim edir. Podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib. Azərbaycanın Türkiyədəki sərmayələri isə 4 milyard dolları ötüb. İzmirdə inşası davam edən “Star” neft emalı zavoduna 5,5 milyard dollar investisiya qoymağı planlaşdıran SOCAR-ın enerji və infrastruktur investisiyalarının ümumi məbləğinin 17-20 milyard dollara çatması gözlənilir.

Qarşıdakı dövrdə isə qlobal reallıqları nəzərə alaraq, Azərbaycanın şaxələndirilmiş potensialını daha da inkişaf etdirəcək, yeni iqtisadi mühitdə iş adamlarımızın marağını və sərmayələrin cazibəsini artıracaq birgə imkanlardan istifadə olunmasını araşdıracağıq.

Azərbaycan tarixən “İpək yolu”, yəni Şərqdən Qərbə doğru uzanan nəqliyyat marşrutu üzərində bir keçid qapısı rolunu oynayıb. Bu gün Azərbaycan Xəzər hövzəsində logistika mərkəzinə çevrilmək baxımından geostrateji mövqeyinə görə diqqət çəkən ölkədir. Həmin potensialın iş adamlarımız tərəfindən birgə istehsal müəssisələrinin qurularaq dəyərləndiriləcəyi təqdirdə, ikitərəfli ticarətlə yanaşı, üçüncü ölkə bazarlarına da çıxmaq baxımından mühüm imkanlar əldə olunacaq. Beləliklə, şirkətlərimizin Azərbaycanda birgə istehsala istiqamətlənməsi bu baxımdan xüsusi diqqət yetirdiyimiz mühüm məsələdir. Artıq yüksək səviyyədə olan enerji əməkdaşlığı ilə yanaşı, kənd təsərrüfatı, səhiyyə, müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün də mühüm potensial var. Türkiyə özəl sektorunun bu sahələrdə malik olduğu təcrübənin Azərbaycanın potensialı ilə birləşdirilməsini təmin edəcək layihələrə üstünlük verməyi nəzərdə tuturuq.

- Hazırda ölkələrimizin yerləşdiyi regionda qanlı münaqişələr, ciddi geosiyasi hadisələr baş verir. Türkiyənin yaxın sərhədlərində yaşanan bu hadisələr qardaş ölkənin ciddi narahatlığına səbəb olmaqla yanaşı, Azərbaycanda da həyəcanla izlənilir. Hazırda bölgədə cərəyan edən proseslər, eləcə də Türkiyənin strateji hədəfləri, gördüyü tədbirlər barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz kimi, beynəlxalq ictimaiyyətin ondan gözlənilən addımları vaxtında atmaması səbəbindən bölgəmizdə, xüsusən ağır yükünü Türkiyənin çəkdiyi ciddi humanitar böhrana gətirib çıxaran geosiyasi proseslər yaşanmaqdadır. Bu proseslər başda Türkiyənin təhlükəsizliyi olmaqla, bütün regionu təhdid edir. Türkiyə qonşularının ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb. Ancaq qonşularımızın torpaqlarından Türkiyəni hədəfə alan təhdidlərin qarşısını kəsmək bizim beynəlxalq hüquqa əsaslanan təbii haqqımızdır. Bu gün Suriyada İŞİD ilə mübarizədə Türkiyə mühüm addımlar atır. Türk Silahlı Qüvvələrinin Azad Suriya Ordusuna verdiyi dəstək sayəsində bir çox ərazilər terrorçulardan geri alınıb.

Həmin bölgənin yerli əhalisi olan suriyalı qardaşlarımız azad edilən və təhlükəsizliyin təmin olunduğu ərazilərə geri qayıdırlar. İŞİD terror təşkilatı ilə mübarizədə PKK, PYD kimi digər terror təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi Türkiyə tərəfindən müsbət qarşılana bilməz. Terrorçunun yaxşısı-pisi olmaz və terrorla beynəlxalq mübarizənin uğur qazanması üçün bu cür ikili standartlara yol verilməməlidir. Bu, Türkiyənin haqlı gözləntisidir. İraqda İŞİD ilə mübarizədə biz üzərimizə düşəni edəcəyik. Hörmətli Prezidentimizin dediyi kimi, həm masada, həm də meydanda yer alaraq İraqın sabitliyi və əmin-amanlığı üçün səy göstərəcəyik. Bu, Türkiyənin beynəlxalq müqavilələrdə təsbit edilən hüququ və tarixi məsuliyyətidir. Mosulda etnik gərginliyi artırmağa yönələn addımlar bütün bölgəni xaosa sürükləyə bilər. Bunun kimin xeyrinə olacağına xüsusilə diqqət yetirmək lazımdır.

Digər tərəfdən, bölgədə sülh və sabitliyə təhlükə yaradan digər problem isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Türkiyə bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli həlli üçün atılan addımları dəstəkləməkdə və Azərbaycanın yanında yer almaqdadır.

- Qardaş Türkiyə FETÖ-nün dövlət çevrilişi cəhdinin qarşısının alınmasından sonra yeni mərhələyə qədəm qoyub. Ölkənizdə bu terror təşkilatının üzvlərinin müəyyən edilib ədalət mühakiməsinə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər davam etdirilir. Eyni zamanda, PKK separatçı terror təşkilatına qarşı da sərt mübarizə aparılır. Bununla bağlı mövcud durum barədə məlumat verə bilərsinizmi? Türkiyənin sabitliyinə daxildən hansısa təhlükə gözlənilirmi?

- İnsanların dini inanclarından sui-istifadə edərək, ianə, təhsil və ticari fəaliyyət adı altında hər cür cinayət törədən və dövləti ələ keçirməyə çalışan FETÖ terror təşkilatının cinayətlərinin ən ağırı 241 şəhid verdiyimiz, Türkiyə Böyük Millət Məclisinin və Prezident Sarayının bombalandığı 15 iyul dövlət çevrilişi cəhdidir. Sizin də dediyiniz kimi, hazırda FETÖ başda olmaqla, terror təşkilatlarına qarşı genişmiqyaslı təmizləmə əməliyyatları davam etdirilir. Bu əməliyyatlar hüquq çərçivəsində polis qüvvələri və müstəqil məhkəmə orqanları tərəfindən qətiyyətlə həyata keçirilir. Son dərəcə çətin və gərgin proses olan bu təmizləmə əməliyyatı məsələsində xoşniyyətli olmayan və ya FETÖ təbliğatının təsiri altına düşən bəzi qüvvələrin haqsız tənqidlərinə qarşı beynəlxalq platformalarda Azərbaycanı yanımızda görmək bizim üçün çox dəyərlidir. Bilirsiniz ki, bunun son örnəyini Avropa Şurası Parlament Assambleyasında yaşadıq.

Təəssüf ki, ölkəmizdəki terror təşkilatlarının hamısı eyni məkrli niyyət güdür. Onlar Türkiyəni zəiflətməklə regiondakı bəzi planların həyata keçirmək istəyirlər. Yumruq kimi bir olan millətimizin qəhrəmanlığını və gücünü yaxşı hesablaya bilməyənlər 15 iyulda acınacaqlı məğlubiyyətə uğradılar. Lakin bu o demək deyil ki, 15 iyuldan sonra həmin planlar tam aradan qalxıb. Buna görə də biz hər zaman ehtiyatla davranmalı, güclü olmalıyıq.

- Cənab səfir, ətraflı müsahibəyə görə təşəkkür edirəm və Sizə gələcək fəaliyyətinizdə bir daha uğurlar arzulayıram.

- Mən də sizə təşəkkür edirəm. Diplomatik xidmətim müddətində Türkiyə üçün olduğu qədər Azərbaycan üçün də çalışacağam. Çünki Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM