Bunu Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adigözəl Adıgözəlov bu gün "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsi"nin açılış mərasimində deyib.
A.Adıgözəlov deyib ki, bu hüquqa zidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.
Cinayətlərin 13 faizi (4552-dən 591-i) və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verir.
Şöbə müdiri əlavə edib ki, hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb: "Qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı DİN-ə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək ətraflarında aidiyyəti qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktiki tədbirlər həyata keçirilir".
A.Adıgözəlov deyib ki, hazırda daxili işlər orqanlarında 2 860 qadın xidmət edir. Onlardan 1347-si xüsusi rütbəsi olanlar, 1513-ü mülki işçilərdir. /trend/