Strategiya.az Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizovun Trend-ə müsahibəsini təqdim edir
- Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi yeni dəyişikliyə əsasən, belə fikirlər yarandı ki, dövlət müəssisələrindəki pulsuz xidmətlər artıq ləğv edilir, pullu xidmətlər yaradılır...
- Dövlət müəssisələrinin pullu xidmət göstərmək imkanı bizdə əvvəl də var idi. “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda bu imkan nəzərə alınıb. Yaxın gələcəkdə icbari tibbi sığorta proqramı tətbiq olunarkən kimə hansısa müəssisəyə müraciət edəndə onun üçün xidmətlər yenə də pulsuz olacaq. Lakin axı həmin xidmətə görə ödəniş olacaq, onun ödənişini də sığorta təşkilatı verəcək. Sığorta təşkilatının xidmətin pulunu ödəyə bilməsi üçün müəssisənin pullu xidmət göstərmək imkanı olmalıdır. Ancaq bu o demək deyil ki, hazırkı sistem dəyişdi və vətəndaşlar üçün tibbi xidmətlər pullu olacaq. Xeyr. Bu gün hökumət hüquqi sənədləşməni bugünkü qanunvericiliyin tələblərinə uyğunlaşdırır. “Publik hüquqi şəxslər” haqqında qanun qəbul olundu. Publik hüquqi şəxslərin də özlərini maliyyələşdirib saxlaya bilməsi üçün pullu xidmətlər göstərmək imkanı olacaq. Müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində tibb müəssisələri publik hüquqi şəxslər olacaq. Amma onlar yenə də dövlət müəssisələri olacaqlar və icbari tibbi sığorta sisteminə keçənə qədər vətəndaşlara pulsuz xidmətlər göstərməyə davam edəcəklər. Sadəcə olaraq, indi müəssisələr üçün pullu xidmət göstərmək imkanı Nazirlər Kabinetinin yeni qərarında əks olunur və burada qeyd edilir ki, dövlət müəssisələri pullu xidmət göstərə bilər. Bu da sığorta ilə bağlı olacaq. Artıq müəssisələr dövlətin büdcəsindən pul almayacaq, pulu sığorta şirkətindən alacaqlar.
- Onda belə çıxır ki, pullu xidmətlər sırf icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı edilir?
- Demək olar ki, haradasa onunla bağlıdır. Amma tam onunla bağlamaq da olmaz. Çünki icbari tibbi sığorta olmamışdan əvvəl də bu, qanunda var idi. Əvvəl tibb müəssisələrinin nümunəvi nizamnaməsi yox idi. Bir pərakəndəlik var idi. Bəzilərinin sənədləri əsasnamə, bəzilərininki isə nizamnamə formasında təsdiq olunaraq qeydiyyata alınırdı. Amma artıq nizamnamə hökumət tərəfindən təsdiq edilmiş vahid formada olacaq. Bütün növ tibb müəssisələrinin, hətta bələdiyyə tibb müəssisələrinin nizamnamələri bu nümunəvi nizamnaməyə uyğun olacaq.
- Pullu xidmətlər nə zamandan tətbiq olunmağa başlayacaq?
- Pullu xidmətlərin hələ bu yaxın zamanlarda tətbiq edilməsi nəzərdə tutulmur. İcbari tibbi sığorta sistemi tam işə düşməyənə qədər o, tətbiq olunmayacaq. Sığorta sistemi tətbiq olunduqdan sonra dövlət müəssisələrində pullu xidmətlər tətbiq olunacaq.
- Hansı tibbi xidmətlər pullu olacaq?
- Onu hələ ki, Nazirlər Kabineti müəyyən etməlidir. Nazirlər Kabineto pullu xidmətlərin hansı xidmətlərə aid olacağını müəyyən etdikdən sonra o mexanizm işə düşə biləcək. Müəssisənin pullu xidmət göstərmək imkanı olsa da, Nazirlər Kabineti hansı xidmətlərin pullu olacağını təsdiq etməyib.
- Azərbaycanda gələn ilin əvvəlindən pilot olaraq Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın başlanılması nəzərdə tutulur. Pullu xidmətlər tətbiq edildikdən sonra icbari tibbi sığortaya cəlb olunmayan qalan vətəndaşlar həmin pullu xidmətdən yalnız ödəniş aparmaqla istifadə edə biləcəklər?
- Pullu xidmətlərin tətbiqinə həmin pilot layihələr həyata keçiriləndə başlanılmayacaq. Sığorta sistemi bu iki rayon üzrə deyil, tam olaraq ölkə üzrə tətbiq edildikdə pullu xidmətlərin tətbiqinə başlanacaq. Bunlar hələ sınaq layihədir, istər-istəməz müəyyən çətinliklər, suallar ortaya çıxacaq. Bütün bunlar həll olunduqdan, bu işlərin rahat görülməsi imkanı yarandıqdan, bütün ölkə ərazisində sistemin tətbiqinə başlanıldıqdan sonra pullu xidmətin də tətbiqinin artıq aktuallaşması artıq gündəmə gələcək.
- Onda belə məlum olur ki, pullu xidmətin tətbiqinə başlanıldıqda əhalinin bütün təbəqəsi sığortalanmış olacaq və bu xidmətlərin tətbiqi adi vətəndaşın cibinə çox da təsir göstərməyəcək.
- Ümumiyyətlə, təsir göstərməyəcək. Əskinə, mən hətta deyərdim ki, bu halda vətəndaşın daha keyfiyyətli xidmət tələb etmək imkanı yaranacaq. Çünki həmin xidmətin pulunu sığorta şirkəti ödəyəcək və vətəndaşın da hər hansı xidmətdən faydalanmaq imkanı olacaq.
- Pullu xidmətlərin təşkili ölkədəki bütün dövlət müəssisələrinə şamil olunacaq?
- Xeyr. Hansı müəssisə sığorta proqramında iştirak edəcəksə, onlar da pullu xidmət göstərə biləcəklər. Bu gün bu məsələlər tam təsdiq olunmayıb. Amma bu qərarla bir zəmin yaradılır ki, sabah sığorta sistemi tətbiq olunduqda bu işdə çətinlik yaranmasın. Təbii ki, vətəndaşa bu gün necə tibbi xidmət göstərilirsə, sabah da elə göstərilməlidir. İmkan olduqda isə daha yaxşı tibbi xidmət göstərilməlidir. İndi isə bunun üçün zəmin yaradılır ki, sabah vətəndaşa daha yaxsı xidmət göstərilsin. Çünki bu gün bu edilməsə, sabah sığorta sisteminə keçdikdə ödənişin verilməsində problem yarana bilər. Hesab edirik ki, bu, hökumətin qəbul etdiyi çox vacib qərar idi.
- Bəs sığorta proqramında iştirak etməyən dövlət müəssisələrində pullu xidmətlərin təşkili necə olacaq?
- Hər halda onların fəaliyyətinə yenidən baxılacaq. Hər bir müəssisə özü çalışmalıdır ki, sığorta proqramında iştirak üçün tələb olunan şərtlərə cavab versin. Sığorta proqramının müəssisələr üçün müəyyən tələbləri olacaq. Təbii ki, tələblərə cavab verən müəssisələr proqramda iştirak edəcəklər.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM