Məlumata görə, bu gün günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddəıt ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub.