BRANDENBURQ QAPILARINDAKI TANKLAR

09:53 / 16.04.2014

Almaniyanın Bild nəşri Bundestaqa müraciət göndərərək 1945-ci ildən “yadigar qalan” iki sovet T-34 tankının Berlindən-ölkənin paytaxtından götürülməsini tələb etiblər.Konstitusiayının verdiyi hüquqlardan yalnız indi yararlanmağa çalışan almanlar sözügedən monumental abidəni 2-ci dünya müharibəsindəki məğlubəyyətlərinin simvolu saydıqlarından və öz milli qürurlarının tapdalandığından deyil,Ukraynanın işğalına etiraz etdiklərindən belə kampaniyaya əl atıblar.

Doğrudur,son dövrlər hər kəs bacardığı qədər geri qayıdan soyuq müharibə ritorikasına töhfə verməyə çalışır və dirçələn rus xofunun qarşısını almaq üçün ideoloji-siyasi barrikadada yer tutmağa cəhd edir.Putinin hər cür karikaturaları və faşizmin baniləri ilə onu eyniləşdirilən siyasi portretləri Avropada onun demon-iblis obrazını yaradanların kütləvi bir hərəkatını meydana çıxarıb və günü sabah Brüsseldə,yaxud Varşavada antiKreml xalq manifestasiyaları keçirilsə,gərək təəccüblənməyəsiz. Görünür,rus prezidentin Sovetlər Birliyinin iflasını 20-ci əsrin ən böyük faciəsi adlandırmasını hələ uzun müddət Qərb aləmi ayaqda və ehtiyatlı hürküdə qarşılamaqda davam edəcək.

Berlində-məşhur Brandenburq qapıları ansamblının bir hissəsi olan məkanda 2-ci dünya müharibəsinin qalib sovet tankları öz zəfər yürüşü ilə tarixin səhifələrində və alman torpağında özlərinə yer ediblər.Faşizm bəlasının məhv edilməsində müstəsna yer tutan bu əzəmətli maşınlar ötən əsrin ortalarında düşmənə böyük zərbələr vurmağa və onun canlı-material qüvvəsini məhv etməyə imkan vermişdilər.Yalnız onu demək kifayətdir ki,Berlini ələ keçirən ilk 23-cü tank briqadası Hitlrein son qalasında siyasi-iqtisadi və sənaye potensialına həlledici zərbələrini vuraraq Reyxstaq üzərinə Qızıl Ordunun qələbə bayrağını sancmış və almanların təslimiyyətini rəmiləşdirmişdi. Ona görə də Berlin divarları çəkiləndə hamı bunu müharibənin qəniməti kimi ələ keçirilmiş bir ölkənin haqlı olaraq iki yerə bölünməsi saymışdı.İndi o ayırıcı tikanlı məftillər olmasa da Almaniyanın qanlı tarixini özündə əks etdirən müxtəlif simvollar bu günümüzə qədər öz statusunu və ideoloji-siyasi mənasını qoruyub saxlaya bilmişdir.

Vaxtilə soyuq müharibənin şiddətli dövrlərində indi T-34-ün lüləsinin tuşlandığı Şöneberq meydanında ABŞ prezidenti Çon Kennedi özünün əfsanəvi çıxışını edərək dünya liderlərinə və sovetlərlə vuruşan böyük siyasi ordulara misilsiz ruh yüksəkliyi,böyük mənəvi qida vermişdi.Hələ də kommunistlərlə işləməyin mümkünlüyünü düşünənləri pisləyən Amerika rəhəbəri barmağı ilə sərhəd divarlarını göstərib qardaşı-qardaşdan,ananı–övladdan ayıran bu idbar və antibəşəri “abidəni” qətiyyətlə pisləmişdi,hamının totalitar quruluşun amansız mahiyyətini dərk etməyə çağırmışdı.Etiraf etmək lazımdır ki,çox təsirli bir çıxışla Kennedi dünyada bütün antisovet dairələrinin məhəbbətini qazanmışdı.”İki min il əvvəl hamı özünü “Romalı”yam deyə çağırırkən,bu gün harada yaşamağından asılı olmayaraq hər kəs “mən Berlinliyəm” deyə səslənməlidir”.Cəmi 6 ay sonra Birləşmiş Ştatların 35-ci prezidenti Texasda qatil gülləsinin qurbanı olacaq və ötən yüz ilin ən qaranlıq səhifəsinin baş qəhrəmanına çevriləcəkdi.

Doğrudanmı,indi sovet tanklarını rus hərbi ekipajları əvəz edə bilər və dünyanı mistik bir qanunauyğunluq idarə edir?Polşa prezidenti bütün Avropa ölkələrini birləşməyə çağırır.Latviya NATO təyyarələrindən havada “blok-postlar” qurub.Çexiya faşizmin ilk ayaq səslərindən diksindiyi ərəfəni xatırladır.Lakin heç kəs rus qazından,neftindən imtina etmir.Hələ heç bir Qərb dövləti və hətta ayrıca bir vətəndaşı belə fərdi mənafeyndən Ukrayna naminə geri çəkilmir.Siz Abramoviçin pullarından imtina edən ingilis komandalarını gördünüzmü,yaxud Herhard Şröderin imzasını geri çəkərək rus kontraktlarının dondurulduğunun şahidi oldunuzmu?

Bax,əsil müharibə onda olardı.Yoxsa,indi BERLİİNİN ECASKAR MƏNZƏRƏSİNİN KİÇİK VƏ HƏRƏKƏTSİZ BİR POSTAMENTİNƏ ÇEVRİLMİŞ İKİ TANKI ORADAN GÖTÜRMƏKLƏ RUSLA SAVAŞ APARMAQMI OLAR?MƏGƏR AVROPANIN TƏHLÜKƏSİZLİYİNİ TƏHDİD EDƏN ORADAKI TARİXİN BİR MİRASIDIR,YOXSA QƏRBİN DÜNYAYA BƏXŞ ETDİYİ DEMOKRATİK İNQİLABİ ZİREHLİ MAŞINLARIN TIRTILLARI ALTINDA ƏZİLƏN YÜZ MİNLƏRİN CƏSƏDLƏRİ? SAYSANIZ,2-Cİ DÜNYA MÜHARİBƏSİNDƏ HƏYATINA SON QOYULAN 1-Cİ MİLYONLUQ ŞKALA ARTIQ BAĞLANIB.İndi yeni hesab açılıb.Sözün elə hər mənasında!

Milli Məclisin deputatı,
Zahid Oruc

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM