1960-cı il təvəllüdlü Akif Əliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
O, ərizəsində bildirib ki, 2014-cü ilin avqust ayında 1982-cü il təvəllüdlü Mədət Bayramov onu aldadıb və 192 min manat dəyərində 60 baş maralını alıb. Amma indiyədək pulunu verməyib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. (“Report”)