Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu haqda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay məlumat verib.
Məlumata görə, Rusiya səhiyyə nazirinin tapşırığı ilə xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur.
İlkin versiyaya əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.
Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.
Strategiya.az