Vüqar Rəhimzadə: “İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır”

13:08 / 16.04.2014

Birinci rübün sosial-iqtisadi göstəriciləri ölkəmizin sürətli iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır

  «İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə  «Milli.Az»ın sualını cavablandırdı

- Vüqar müəllim, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Ölkənin iqtisadi inkişafından söz açan Prezident İlham Əliyev bildirib ki, keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artıb. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. Bu gün əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Əhalinin banklarda  əmanətləri 20 faizdən çox artıb. Birinci rübdə orta aylıq əməkhaqqı təxminən 7 faiz artıb. Birinci rübün  sosial-iqtisadi göstəriciləri qarşıdakı dövrlə, ümumilikdə 2014-cü illə bağlı   hansı təsəvvürü yaradır?

- Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, əlamətdar günlərə həsr olunmuş tədbirlər, bu və ya digər sahənin inkişafına dair Dövlət Proqramlarının icrasına həsr olunan konfranslar, eyni zamanda ümumilikdə Nazirlər Kabinetinin müxtəlif dövrlər üçün ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasları əldə olunan uğurların hesabatı, yeni-yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından hesabat xarakteri daşıyır.  Açıqlanan rəqəmlər ölkənin inkişaf səviyyəsi barədə aydın təsəvvür yaradır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası da xüsusi əhəmiyyət kəsb edir. İlin ilk üç ayı üçün səsləndirilən rəqəmlər ümumilikdə 2014-cü ili necə başa vuracağımızı şərtləndirir.

   Hər bir inkişafın təməlində iqtisadi tərəqqinin dayandığını nəzərə alsaq,  cari ilin birinci rübünün nəticələri ürəkaçan və qürurvericidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  hələ 2003-cü ildə qarşıya mühüm vəzifə kimi qoyduğu «İqtisadi artım qeyri-neft sektorunun da hesabına olmalıdır» tezisinin reallığa çevrildiyi bugünkü rəqəmlərdən də  aydın görünür. Qeyri-neft sektoru 8,8 faiz artıb. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırıması üçün  biri-birindən əhəmiyyətli addımlar atılır. Azərbaycanın investisiya cəlbediciliyini qoruması da diqqətdədir.  Ölkəmiz  birbaşa xarici  sərmayələrin  qoyuluşuna görə  MDB məkanında  liderlik rolunu  saxlayır. Son on ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcminin 160 milyard dollara çatması təbii ki, ölkəmizdə sabitliyin və əlverişli biznes mühinin  mövcudluğundan qaynaqlanır.  ÜDM-də özəl bölmənin payının artması da  dövlətimizin qeyri-neft sektorunun inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

   İqtisadi imkanların genişlənməsi güclü sosial siyasətlə tamamlanır.  Cari ilin ötən dövründə əhalinin pul gəlirləri  4,5 faiz, orta  əməkhaqqı  7 faiz artıb.  Bu gün ölkəmizdə  orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Möhtərəm Prezidentimiz İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirmişdir ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artmalıdır. Bu qətiyyət təbii ki, ölkəmizin iqtisadi imkanlarına əsaslanır. Son on ilin uğurları fonunda deyə bilərik ki, hər bir vəd konkret əməli işdə öz təsdiqini tapıb.  İqtitsadiyyatın, qeyri-neft sektorunun inkişafı nəticəsində  orta əməkhaqqı və orta pensiya daha  da artır.

  Regional, eyni zamanda Bakı və Bakıətrafı qəsəbələrin inkişaf Proqramlarının   uğurlu icrası ölkənin hərtərəfli inkişafını daha da  sürətləndirir. Məlum olduğu kimi, qeyd olunan sahələr üzrə artıq iki Proqramın icrası başa çatıb. Cari ildə üçüncü  Dövlət Proqramları  qəbul olunub.  Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı 2014-2018,  Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı isə 2014-2016-cı illəri əhatə edir.  Bu əminlik ifadə olunur ki,  bu proqramlar da vaxtında  icra olunacaq və qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olacağıq.

  Atılan hər addıma diqqət yetirsək, bu reallıq öz təsdiqini tapır ki, dövlətin həyata keçirdiyi siyasətin əsasında vətəndaş amili dayanır. Dövlət başçısı İlham Əliyevin «İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır» tezisi də bunun təsdiqidir. 

    Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri dövlət başçısı İlham Əliyevin  Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında böyük əminliklə söylədiyi « 2014-cü il də  ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır» fikrinin reallıq olacağına əsas verir. Bildiyiniz kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə 2014-cü il «Sənaye ili» elan olunub. Bu il çərçivəsində görüləcək işlərin, həyata keçiriləcək tədbirlərin də miqyası genişdir. Yenə də qeyd etdiyimiz kimi, məqsəd ölkəni hərtərəfli inkişaf etdirmək, xalqın rifah halını daha da yaxşılaşdırmaq, Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirməkdir. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM