RİA Novosti-nin Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Baş Qərargah rəisləri Hələbdəki vəziyyətin normallaşdırılması daxil olmaqla, ümumilikdə, Suriyadakı böhranın nizamlanması üzrə əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
V.Gerasimov türkiyəli həmkarını Hələbdəki humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində Rusiyanın səyləri barədə məlumatlandırıb.
Suriyada “Cəbhə ən Nüsrə” terrorçu qruplaşmasını “mötədil” müxalifətdən fərqləndirilməsinin vacibliyi qeyd olunub.
* * *14:09
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Rusiyaya səfər edib.
NTV xəbər verir ki, o, rusiyalı həmkarı, ordu generalı Valeri Gerasimovla görüşəcək.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov sentyabrın 15-də Türkiyəyə səfər etmişdi.("Report")