Hər il tədris mövsümü başlayandan bitənədək orta məktəblərdə şagirdlərdən müxtəlif adlar altında pul yığılması ilə bağlı şikayətlər eşidirik. Müəllimlər günü, 8 Mart, fond, süpürgə, test və daha bu kimi onlarla bəhanələrlə valideynlər “soğan kimi soyulurlar”.
Təhsil Nazirliyi isə şikayətlərin araşdırılacağını, məcburi pul yığan direktorların işdən çıxarılacağını vəd edir. Amma bir şərtlə: “Qaynar xətt” xidmətinə zəng vuran şikayətçi adını, uşağın adını, məktəbi, müəllimin adını açıqlamalıdır. Əks halda şikayət müəllim və ya direktora qarşı qərəz kimi qiymətləndiriləcək.
Nazirliyin bu şərti övladının gələcəkdə incidiləcəyindən qorxan valideynləri rəsmi şikayətdən çəkindirir. Beləcə şikayətlər bir-birini əvəzləyir və heç kim məsuliyyətə cəlb olunmur.
Bakı şəhər sakini Ramilə Məmmədova isə nazirliyin şərtinə əməl edib. Özünün və məcburi pul yığılmasından narazı olan digər valideynlərin adından həm Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, həm də Təhsil Nazirliyinə şikayət ünvanlayıb. Amma onun şikayətinə baxmaq əvəzinə, övladını sinif yoldaşlarının qarşısında təhqir ediblər.
R.Məmmədova “Qafqazinfo”ya bildirib ki, iki qızının təhsil aldığı Xətai rayonu, 116 saylı məktəbdə tələb olunan pulu vermədiyi üçün övladları müəllim tərəfindən alçaldılıb: “Qızlarım həmin məktəbdə 1-ci və 3-cü sinifdə oxuyur. Xırda müəllimə və Kunzala müəllimə direktor Aidə Seyidovanın tapşırığı ilə bizdən müxtəlif bəhanələrlə pul tələb edir. Summativ testlərin aparılmasına görə ötən il 1 uşaq üçün 27 manat alınırdısa, bu il hər uşaq üçün 36 manat istəyirlər. Bundan başqa, sinif üzrə 20 manat qəzet pulu, hər ay 10 manat süpürgəçi pulu toplanılır. Həmçinin, məktəbin psixoloqu Gülnarə xanım da bizdən 500 ədəd “A4” kağızı tələb edir. Deyir ki, həmin vərəqlərə uşaqlarımızın psixoloji durumunu yazır və hətta o vərəqlər buna kifayət etmir”.
Valideyn iddia edib ki, rüşvət elə iclaslarda istənilir. “Bütün uşaqlara “A4” kağızında hazır test verilsə də, mənim qızımın qabağına dəftər vərəqi qoyublar və deyiblər ki, 20 test tapşırığını özün köçürt, sonra həll elə. Qızım evə ağlaya-ağlaya gəldi”.
Şikayətçi sentyabrın 29-da rəsmi olaraq ərizə ilə Təhsil Nazirliyinə şikayət ünvanlayıb. Həmçinin ondan pul istəyənin səsini yazaraq sübut kimi təqdim edib. Amma 1 aydır ki, şikayətlərə cavab verilmir.
Qeyd edək ki, bu, 116 saylı məktəblə bağlı ilk şikayət deyil. Məktəbdə müxtəlif bəhanələrlə, hətta direktorun ad günündə ona hədiyyə alınması üçün şagirdlərdən məcburi pul yığıldığı ilə bağlı məlumatlar kifayət qədərdir.
116 saylı məktəbdən virtualaz.org saytının ittiham ilə bağlı sualını cavablandırmaq istəməyiblər: “Direktor naharda, müavinləri isə dərsdədir. Heç kim suallarınızı cavablandıra bilməyəcək”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə saytın sorğusuna belə cavab verilib: “Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir”.
Araşdırmanın niyə bu qədər uzadıldığı, nə vaxt başa çatacağı, bu məktəblə bağlı ittihamlara indiyədək niyə reaksiya verilmədiyi barədə suallar isə cavabsız qalıb.
Amma idarədən onu da deyiblər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013-cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan mal, iş və xidmətlərin alınmasına sərf edilir və bu barədə hər ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə hesabat verilir. Ödəniş Təhsil Nazirliyinin “Təsərrüfat məqsədləri üçün plastik kartların tətbiqi barədə” müvafiq əmrinə əsasən məktəb direktorlarının bu məqsəd üçün açılmış plastik kart hesablarına köçürülür. Yəni ki, məktəblərin test üçün kağız, süpürgə almağa pulu var.
Qeyd edək ki, hazırda orta məktəblərdə qiymətləndirmə test üsulu ilə həyata keçirilir. Bundan əlavə, müxtəlif kurslar müqavilə əsasında məktəblərdə qiymətləndirmə testləri həyata keçirirlər. Bu isə pul yığılması üçün yeni vasitə rolunu oynayır. Yəqin ki, Bakı Şəhər Təhsil İdarəsi də bunu bilməmiş deyil. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil. Yetər ki, araşdırıb, nəticə görmək istəyi olsun.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM