Su anbarlarının mühafizəsi necə təşkil olunur? Anbarlarda içməli su hansı qaydalarla təmizlənməli və əhalinin istifadəsinə verilməlidir? Bu məsələlərə diqqət edilməməsi fəsadlara yol aça, kütləvi epidemiya mənbəyi ola bilər. Bu səbəbdən içməli su anbarlarının təhlükəsizliyinin təmin edilməsi strateji vəzifə sayıla bilər.
İçməli su anbarlarının mühafizəsi ilə bağlı Trend-in suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də bu məsələnin insanların həyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini deyir.
Ekspertin sözlərinə görə, su hövzələri və su anbarlarının təhlükəsizliyi, mühafizəsi ilə bağlı Azərbaycanda kifayət qədər qanunvericilik aktları var: “Dövlətin istifadəsində olan su anbarları və su obyektlərinin mühafizəsi müvafiq icra hakimiyyətləri orqanları tərəfindən həyata keçirilir. Bundan başqa, həmin obyektlərin mühafizəsi ilə bağlı “Sanitar epidemioloji salamatlıq haqqında” Qanun və Azərbaycan Su Məcəlləsi də mövcuddur. Qanunvericilik aktlarda su anbarlarının mühafizəsi, onların hidrotexniki qurğularla təchizatı göstərilib. Su anbarlarının mühafizəsinin təşkili bu qanunvericilik aktları vasitəsilə tənzimlənir. Qanunvericiliyə görə, su anbarlarının mühafizə zolağının yaradılması vacib hesab edilir. Sənəddə su anbarlarında mühafizə zolağının təşkilində hidroloji, hidrobioloji sanitar qaydalar da göstərilib”.
Ekspert bildirir ki, insanların təhlükəsizliyi üçün su anbarlarının mühafizəsi xüsusi diqqət tələb edir: "Bu prosesdə hər hansı sanitar epidemioloji qaydanın pozulması insan həyatı üçün təhlükəyə səbəb ola bilər. Məsələn, su anbarına hansısa zəhərli kimyəvi maddənin düşməsi insanlar arasında kütləvi təhlükəyə səbəb ola bilər. Ona görə su anbarlarının ekoloji durumu, sanitar epidemioloji normaları və hidrotexniki və sutəmizləyici qurğuları daim yoxlanılmalıdır".
E.Nurəliyev deyir ki, su anbarlarının ətrafında yaşıllıq zolağının olması, ətrafda işıqlandırma sisteminin quraşdırılması vacibdir: "Bununla yanaşı, su anbarının ərazisini müşahidə edən nəzarət kameraları quraşdırılmalıdır. Su anbarların qapısı həmişə bağlı olmalı və buna xüsusi nəzarət olunmalıdır. Hər hansı su anbarının qapısının nəinki açıq, hətta zədəli olması içməli suya müəyyən heyvan, həşərat və ya külək, hava yolu ilə zərərli bitkilərin düşməsinə səbəb ola bilər. Bu da çürümə nəticəsində suda hansısa zəhərli maddələr yaradar ki, həmin sudan istifadə edən əhalinin həyatına təhlükə yaranar. Qanunvericiliyə görə, su anbarlarında baş verəcək hər hansı neqativ hadisəyə görə, həmin anbarlara cavabdeh şəxslər qanunvericiliklə məsuliyyət daşıyırlar".
Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, su anbarlarının mühafizəsi ilə bağlı mütəmadi tədbirlər keçirilir və anbarlara lazımi səviyyədə nəzarət edilir: “Bununla bağlı Bakıdakı yaşayış məhəllələrində və binaların həyətlərində olan su anbarlarında mütəmadi yoxlamalar aparılır. Köhnə su anbarları standartlara uyğun təmir edilir. Xətai və Suraxanı rayonlarında artıq 10-a yaxın su anbarının ətrafı abadlaşdırılıb, hasarları yenidən qurulub, ərazidə işıqlandırma sistemləri quraşdırılıb. Anbarların içi mütəmadi təmizlənir və əhalinin təmiz içməli su ilə təminatına xüsusi diqqət yetirilir".
A.Cəbrayıllı bildirib ki, su anbarlarının nasos stansiyaları da yenidən qurulub: "Həmin stansiyalarda yeni nasoslar quraşdırılıb. Anbarların ətrafında yaşıllaşdırma işləri görülüb".
Qurum rəsmisi deyib ki, hazırda "Azərsu" ASC əməkdaşları digər rayonlardakı ərazilərdə də araşdırmalara başlayıb. Bakı şəhəri üzrə su anbarlarında problem aşkar edilərsə, həmin problemlər aradan qaldırılacaq. /trend/
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM