ABŞ məhkəməsi mərhum eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın 850 milyon dolların taleyini məhkəməsiz çözmək üçün Amerika və Özbəkistan vəkillərinə daha 3 ay vaxt verib.
Virtualaz.org xəbər verir ki, Bu vəsait Gülnarə Kərimovaya bağlı ofşor firmalara məxsus olub və korrupsiya şübhəsi üzrə araşdırmalar nəticəsində Qərb banklarında dondurulub. Söhbət “TeliaSonera”nın Özbəkistan bazarına girmək üçün G.Kərimovaya yüz milyonlarla dollar rüşvət verməsi işi üzrə aparılan təhqiqatdan gedir.
Nyu York Federal Məhkəməsi hakimi Endryu Karter Gülnarə Kərimovaya məxsusluğu bildirilən pulların taleyinə qərara vermək üçün aparılan danışıqların vaxtını gələn il yanvarın axırınadək artırıb. ABŞ məhkəməsi Özbəkistan hakimiyyəti ilə aparılan yarımillik danışıqların nəticəsiz bitdiyini müəyyənləşdirib.
Həmin məbləğdən 550 milyon dolları İsveçrə bankında, qalanı Belçika, İrlandiya və Lüksemberq banklarındakı hesablarda həbs edilib.
Bu ilin yanvarında ABŞ ədliyyəsi Gülnarə Kərimovanı rüşvət yolu ilə varlanmaqda suçlayaraq, onun 600 milyon dollardan çox aktivini dondurub. ABŞ Ədliyyə Nazirliyi bu vəsaiti öz sərəncamına keçirməkdən ötrü qanuni prosedurlara başlayıb.Ardınca Özbəkistan hakimiyyəti ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək bildirib ki, ölkə böyük korrupsiyaçı dəstənin qurbanı olduğundan, həmin vəsait ölkəyə qaytarılsın.
Bu ilin mayında Nyu York Məhkəməsi ABŞ və Özbəkistan hakimiyyətlərinə 3 ay vaxt verib ki, danışıqlar apararaq, problemi məhkəmədənkənar həll etsinlər. Gülnarə Kərimovanın hesablarındakı 850 milyon dolların taleyini çözmək üçün məhkəmə iyulda daha 3 ay vaxt verib. Oktyabrın sonunda 2-ci müddət də başa çatıb.
“Azadlıq” radiosunun Vaşinqtondakı eksperti Mayk Ekkelin fikrincə, ABŞ dondurulmuş pulların Özbəkistan hakimiyyətinə qaytarılmasına meyllidir, ancaq bu vəsaiti kimin alacağından, ondan necə istifadə ediləcəyindən, vəsaitin xərclənməsinə nəzarətin kim tərəfindən və necə aparılacağından narahatdır. Ekspert deyir ki, danışıqlar zamanı Özbəkistan hakimiyyəti vəsaitin qanunla onlara məxsus olduğunu bəyan edir və bildirir ki, rəsmi Daşkəndin vəsaitdən istədiyi kimi yararlanmaq hüququ var. ABŞ Dövlət Departamenti Gülnarə Kərimovanın pullarının taleyini çözməyi Ədliyyə Nazirliyinə tapşırsa da, burada, hələ ki, məsələ həllini tapmayıb.
Bu vəsaitlə bağlı ölkələrarası danışıqlarda razılıq əldə olunmasa, ABŞ məhkəməsi pulların müsadirə edilməsinə qərar verə bilər.
Gülnarə Kərimovanın fəaliyyəti ilk dəfə 2012-ci ildə İsveç jurnalistlərini şübhələndirib. Onlar İsveçdəki “TeliaSonera” şirkətinin Özbəkistanda “Ucell” brendiylə fəaliyyət göstərən müəssisəsi ilə bağlı korrupsiya faktlarını üzə çıxarıblar. Bir il sonra ABŞ və bir neçə Avropa ölkəsi Özbəkistanda iri maliyyə fırıldaqlarını araşdırıblar. Telekommunikasiya şirkəti “TeliaSonera”, Rusiyanın “VimpelCom” və “MTC”nin Gülnarə Kərimovanın nəzarət etdiyi ofşor firmalar vasitəsilə şübhəli pül köçürmələri diqqət çəkib.
İndi Gülnarə Kərimovanın nə harada olması, nə də taleyi bilinmir. O, atasının dəfn və yas mərasimində də gözə dəyməyib.Gülnarə Kərimovanın beynəlxalq korrupsiya sövdələşmələri üzə çıxandan bəri ev dustağı olduğu bildirilir.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM