Neft Daşlarında ilk quyunun fontan vurmasından 67 il ötür

10:48 / 07.11.2016

Düz 67 il əvvəl, 1949-cu ilin məhz bu günü 942 metr dərinlikdən neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırdı

Noyabrın 7-si dünyanın səkkizinci möcüzəsi adlandırılan əfsanəvi Neft Daşlarında qazılan ilk quyudan neftin fontan vurduğu gündür. Düz 67 il əvvəl, 1949-cu ilin məhz bu günü 942 metr dərinlikdən neftin fontan vurması ilə Azərbaycan dünyada ilk dəfə açıq dənizdə neft hasil edən ölkə kimi adını tarixə yazdırdı. Bununla da “qara qızıl”ın vətəni Azərbaycanda neft sənayesinin yeni inkişaf mərhələsi başladı.

1950-ci ilin dekabrında neftçi Qurban kimi tanınan Qurban Abbasov və Mixail Kaveroçkinin qazdığı quyuların da neft verməsi Neft Daşlarının şöhrətini daha da artırdı. Azərbaycanın dəniz neftçilərinin cəsarəti Xəzəri fəth etməyə imkan verdi. Neft daşlarında qazma və neftçıxarma istənilən hava şəraitində aparılırdı. Güclü dalğalar, Xəzərin coşması dəniz neftçilərinin iradəsini qıra bilmirdi. Bu, sözün əsl mənasında qəhrəmanlıq mücəssiməsi idi.

1951-ci ilin fevralında Neft Daşlarından neftlə dolu ilk tanker yola salındı. Həmin il estakada və meydançaların tikilməsinə, hidrotexniki qurğuların, kommunikasiya xətlərinin, istehsal və yaşayış obyektlərinin inşasına başlanıldı.

Neft Daşlarının kəşfi dünyanın bütün dəniz və okean akvatoriyalarında axtarış-kəşfiyyat işlərinin inkişafına təkan verdi. SSRİ dönəmində bütün metallurgiya sənayesində, roket-kosmik kompleksində məhz Azərbaycanda, xüsusən də Neft Daşlarında çıxarılan neftdən istifadə olunurdu. Həmin illərdə Neft daşlarının şöhrəti o qədər geniş yayıldı ki, bu məkan hətta dövlət başçılarının səfər proqramlarına daxil edilirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə dəniz neftinin hasilatı tarixində yeni mərhələ açdı. Neft daşları dövlətin diqqət və qayğısı ilə əhatə olundu.

Prezident İlham Əliyevin Neft Daşlarının 60 illiyi münasibətilə möcüzələr adasına tarixi səfəri bu unikal həyata yeni nəfəs verdi. Bu səfər Neft Daşlarının vətənimiz və xalqımız üçün nə qədər gərəkli olduğunu bir daha nümayiş etdirdi.

“İlk dəfə olaraq dünya miqyasında dənizdə neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır və bu gün Neft Daşları yaşayır, Neft Daşlarında aparılan quruculuq-abadlıq işləri məni çox sevindirir”- deyə Prezident İlham Əliyev vurğulayıb.

Dünyanın nəhəng sənaye komplekslərindən olan Neft Daşları Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Neft Daşlarını kəşf olunmasında və istismarında fədakarlıq göstərən qəhrəman dəniz neftçilərinin ən böyük mükafatı isə xalqımızın və dövlətimizin onlara dərin hörmət və məhəbbətidir.

Neft Daşları bünövrəsi 1947-ci ildə qoyulan dünyada ilk neft platformasıdır. O hazırda şəhər tipli qəsəbə olaraq Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizinın səthindən azacıq qalxan “Qara qayaların” ətrafında tikilib. Abşeron yarımadasından 42 kilometr cənub-şərqdə yerləşən Neft Daşları Ginnesin Rekordlar Kitabına ilk dəniz neft platforması kimi düşüb. 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət deyil” (“The World Is Not Enough”) filminin bəzi kadrları məhz Neft Daşlarında lentə alınıb./azertac/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM