ARB xəbər verir ki, hadisə Bakı-Quba–Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 78-ci km-də qeydə alınıb.
90-PE-096 dövlət nömrə nişanlı “GAC” markalı avtomaşın maneəyə çırpılaraq aşıb. Qəza nəticəsində avtomobildə olan sürücü, 41 yaşlı Aida Abbasova və İsrail vətəndaşı olan sərnişinlər-36 yaşlı Abdolimov Dolev Xivit Xava və 46 yaşlı Ester Mesil Torisovna müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
İlkin ehtimallara görə, hadisə havanın dumanlı olması səbəbindən baş verib.
Hazırda faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.