Gözlənilməz baş verdi. Hamının ABŞ-ın ilk qadın prezidenti adlandıracağını düşündüyü, 8 il ABŞ-ın birinci xanımı olan, uzun illər dövlət katibi kimi çalışan Hillari Klinton prezident seçkilərində məğlub oldu. Bu məğlubiyyət gözlənilməz, təəccüblü oldu, bütün dünyanı şoka saldı desək, yanılmarıq. Milyarder, biznesmen, iqtisadçı Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçildi. Amerikalıların böyük əksəriyyəti Demokratlar Partiyasının hakimiyyətdə olduğu illərdəki səhvləri bağışlamadı.
ABŞ-ın yeni prezidenti seçilən Respublikaçıların namizədi Donald Tramp qələbə çıxışında hamıya təşəkkür edərək bildirib ki, bu, Amerika xalqının qələbəsidir. Tramp, ölkədə yeni meqalayihələrin əsasını qoyacağını vurğulayıb. Dünyaya çağırış edən Tramp bəyan edib ki, o, Amerikanın maraqlarını həmişə ön planda tutacaq, ABŞ bütün ölkələrə qarşı ədalətli davranışlar sərgiləyəck və Vaşintqon hamıya qarşı eyni münasibət bəsləyəcək.
Ancaq hamını bir sual maraqlandırır ki, Donald Tramp necə qalib gəldi? Bu sualın cavabını ATV.az-a millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Elman Nəsirov şərh edib:
“Necə deyərlər möcüzə baş verdi, artıq bu reallıqdır. 278 səsi Tramp toplayıb, 218 səsi Hillari Klinton. 270 səsin toplanması kifayət edir ki, prezident olasan. İndi sual yaranır ki, nə baş verdi? Amerika Birləşmiş Ştatlarında yazılmayan belə bir qayda var: Hansı prezidentliyə namizəd Ohayo ştatında qalib gəlirsə, deyirlər ki, o, artıq prezident seçiləcək. Çünki, Ohayo ştatı çox sərt iqlimə malik ərazidir. Və bu ərazidə seçicidən soruşanda ki, kimə səs verəcəksən? O, bir namizədin adını deyə bilər. Eyni sualla bir saat sonra ona yaxınlaşanda, o, həmin bir saat ərzində mövqeyini dəyişə bilər. Və Ohayo ştatında qalib gəlmək seçkilərdə qalib gəlmək deməkdir. Bu cür tərəddüd edən ştatların sayı 11-dir. Məlum ştatlar var ki, birmənalı Demokratları müdafiə edirlər və ya Respublikaçıları dəstəkləyirlər. Amma 11 ştatda isə vəziyyət çox qəlizdir. Bunlar Florida, Cənubi Dakorta, Şimali Dakortadır, Ohayo ştatları və s.-dir.
İkincisi, Donald Trampı bir çox hallarda irqçi bəyənatlarla çıxış etməkdə ittiham edirlər. Və irqçi bəyənat o deməkdir ki, Birləşmiş Ştatlardakı afroamerikalıların əleyhinə, Latın amerikalıların əleyhinə mövqe bildirib. Hətta, Meksika ilə bir hasarın çəkilməsi ilə bağlı bəyənat vermişdi. Belə olan halda çox qəribə vəziyyət əmələ gəldi. Latın amerikalılar Birləşmiş Ştatlarda əhalinin 16 faizidir. Mütləq əksəriyyəti Trampı müdafiə etdilər, lakin tam əksi gözlənilirdi. Onda nə baş verir? Belə çıxır ki, Hillari Klintonun nəzarətində olan çoxsaylı kütləvi informasiya vasitələri Trampın bu və ya digər ideyası üzərində işləyib, onu fərqli müstəvidə cəmiyyətə çatdırıblar. Əks halda Latın amerikalılar onu müdafiə etməzdilər. Və ən başlıcası hesab edirəm ki, Trampa ona görə səs vermədilər ki, ona həddindən artıq sevgi-məhəbbət var idi. Ona görə səs verdilər ki, Demokratların hakimiyyətdə olduğu 8 il ərzində onlar nə daxili problemlərinin həllində, nə xarici siyasətdəki problemlərinin həllində heç bir nailiyyət qazanmadılar. Prezident Demokratlar Partiyasından udurdu, amma aralıq seçkilərdə, Konqressin seçkilərində Respublikaçılar qalib gəlirdilər. Deməli hakim partiyanın öz siyasətini həyata keçirməsinə Konqress mane olurdu və tez-tez belə toqquşmalar nəticəsində heç bir ideyanı həyata keçirmək mümkün olmurdu.
Amma bu gün nə baş verdi? Tramp ümumilli miqyasda prezident seçkilərində qalib gəldi, partiyası Konqressin həm Nümayəndələr Palatasında həm də Senatda qalib gəlib. Eyni zamanda ən son məlumata görə, 50 qubernatorun 31-i Respublikaçıdır, 18-i Demokratlardandır, o bir yerin sahibi hələ məlum deyil. Hətta bu baxımdan da Respublikaçılar qalib gəldi. Bu, böyük sürpriz idi. Hesab edirəm ki, biz indi Donald Trampdan yeni-yeni sürprizlər də gözləyə bilərik. O, artıq qalib kimi xalqa müraciət edib və qeyd edib ki, bütün amerikalıların prezidenti olacaq. Deməli bu həm də barışığa bir çağırışdır.”
Elman Nəsirov deyir ki, güman eliyirik Tramp ilk növbədə öz siyasətini Barak Obamanın, Demokratların buraxdığı səhvlər üzərində quracaq: “Səhvlər həm daxili, həm də xarici siyasətlə bağlıdır. Amma bizim üçün ən maraqlısı xarici siyasət məsələləridir. Bu Trampın fikirləridir: “Birləşmiş Ştatlar özünün ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq siyasətindən imtina edir. ABŞ öz enerjisini, potensialını özünün çoxsaylı problemlərinin həllinə sərf etməlidir. Gedib ayrı-ayrı dövlətlərdə siyasi rejimləri devirmək siyasətilə məşğul olmamalıdır. Bu, dünyada Amerikaya bir nifrət hissi oyadır”.
Millət vəkili bildirir ki, Birləşmiş Ştatlardakı 8 illik Demokratların hakimiyyəti illərində Azərbaycanda insan hüquqlarının, demokratiyanın pozulması ilə bağlı ittihamlar, yalanlar, iftiralar səsləndirilib: “Təkcə ABŞ deyil, eyni zamanda ondan maliyyə dəstəyi alan, himayəsində saxladığı ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatları da Azərbaycana qarşı belə qərəzli mövqedən çıxış eləyiblər. Bu gün prezident seçilmiş Tramp bu siyasətdən imtina ilə bağlı bəyənat verib. Seçkiqabağı kompaniyasında da bu fikirləri söyləyib. Belə olan təqdirdə hesab eliyirəm ki, Azərbaycanla münasibətlərinin normallaşması və inkişafı üçün yeni imkanlar yaranır”. Elman Nəsirovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də Demokratlar çox passiv mövqedə dayandı və çox zaman ermənipərəst mövqedə çıxış elədi: “Elə uzağa getməyək, ABŞ-ın dövlət katibi Con Kerrinin son bəyənatı buna misaldır. Azərbaycan Prezidenti İlham Əliyev onun bu qərəzli bəyənatına yumşaq desək insafsızcasına söylənmiş bəyənat kimi qiymət verdi. Və belə olan vəziyyətdə nəzərə alsaq ki, yeni prezident köhnə prezidentin səhvlərindən imtina etmək istəyir, deməli bu istiqamətdə də Donald Tramp səhvlər buraxmamaq siyasətini həyata keçirməlidir.
Strategiya.az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM