Serj Sarkisyan prezident yox, işğalçıdır - ermənilərə qarşı da soyqırımı həyata keçirib

20:19 / 09.11.2016

Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara deyil, ermənilərə qarşı da soyqırımı həyata keçirib.

Bu fikirləri erməni hüquq müdafiəçiləri noyabrın 9-da Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri mətbuat konfransında bildiriblər.

Mətbuat konfransını açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni qonaqları təqdim edib. O, noyabrın 8-də Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışıb.

“Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir”, -deyən Ermənistanın “Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan çıxışında Sarkisyan hakimiyyətinin təcavüzkar siyasətindən, Ermənistanda hökm sürən aclıq və səfalətdən danışıb. O deyib: “Ermənistanın hazırkı rejimi erməni xalqını talan edir. Serj Sarkisyan prezident yox, işğalçıdır. O, təkcə azərbaycanlılara qarşı deyil, erməni xalqına qarşı da soyqırımı həyata keçirib. Sarkisyan məni öldürmək üçün tapşırıq verib. Mən Ermənistanda hüquqların tapdanmasına qarşı mübarizə aparıram. Onlar məni izləyirlər, hətta terrorçuluqda belə günahlandırırlar. Ermənistanda hakimiyyət zəbt edilib. Xalqın vəziyyəti çox ağırdır”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini qeyd edən Suzanna Caqinyan bildirib ki, bu münaqişə Ermənistana yalnız göz yaşı və bədbəxtlik gətirib. Ermənistandakı mövcud rejim bu münaqişədən istifadə edərək hakimiyyətə gəlib. Ona görə də bu rejim münaqişənin həllində maraqlı deyil. Ermənistan hakimiyyətinə Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq çox əlverişlidir. Sarkisyan həmin torpaqlardan yalnız öz mənfəətini güdür.

Artıq Dağlıq Qarabağ münaqişəsini həll etmək vaxtıdır. Bu münaqişə Ermənistan hakimiyyətinin hazırda istifadə etdiyi metodlarla deyil, sülh yolu ilə həll edilməlidir. Bu münaqişə nəticəsində insanların həlak olması çox pis haldır. Bu hallar insanı dəhşətə gətirir. Biz bilirik ki, Azərbaycan Prezidenti münaqişənin sülh yolu ilə həllini istəyir. Təəssüf ki, Ermənistan hakimiyyəti bu məsələnin tənzimlənməsinə imkan vermir. Bu rejim öz xalqına qarşı da çox ədalətsizdir.

Sabah Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəyini bildirən erməni jurnalist Suzanna Caqinyan deyib: “Mən Azərbaycan xalqına qarşı törədilən müsibətlərə görə Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyirəm”.

Dünən Azərbaycanda erməni ailəsində olduqlarını bildirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan deyib ki, bütün qonşular onların erməni olduqlarını bilirlər. Onlar 1988-ci ildən burada dinc yaşayırlar. Mən onların problemləri ilə maraqlandıqda heç bir çətinliklə üzləşmədiklərini vurğuladılar. Təəssüf ki, Ermənistanda bu, belə deyil. Çünki Ermənistan hakimiyyəti militarist, şovinist, faşist siyasəti yürüdür. Hələ sovet dövründə Ermənistanda xüsusi xidmət orqanları tərəfindən “ASALA” kimi terror təşkilatları yaradılıb. Bu təşkilatlar ermənilər arasında müsəlmanlara, xüsusən də azərbaycanlılara, türklərə qarşı düşmənçilik hissi aşılayıblar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan Vaan Martirosyan bildirib ki, Ermənistanda hakimiyyətin dəyişməsi münaqişəsinin tənzimlənməsini sürətləndirə bilər. Erməni xalqı mövcud iqtidarı devirmək üçün ayağa qalxmasa, bu işğalçı rejim hakimiyyətdən getməyəcək. Sarkisyan rejimi Dağlıq Qarabağda törətdiyi qanlı cinayətlər sayəsində hakimiyyətə gəlib. Əgər münaqişə həll edilsə onlar da yox olacaq. Əminəm ki, onlar Haaqa Məhkəməsi qarşısında cavab verəcəklər. Onlar tökdükləri qanların, törətdikləri faciələrin hesabını mütləq verəcəklər.

Vaan Martirosyan vurğulayıb ki, Dağlıq Qarabağa muxtariyyət verilməsi münaqişənin müdrik həll yoludur. Heç kəs erməniləri oradan çıxarmağa hazırlaşmır. Vaxt keçdikcə iki xalq orada birlikdə sülh şəraitində yaşayacaq. İndi o torpaqlar boşdur, yüzlərlə insan ölür. Dağlıq Qarabağ ətrafındakı 7 rayon dərhal Azərbaycana qaytarılmalıdır. Azərbaycan işğala məruz qalan ölkə olsa da sülh tərəfdarıdır. Erməni xalqı da sülh istəyir. Ancaq Sarkisyan rejimi bu xoş niyyətin reallaşmasına imkan vermir.

“Beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşılmasını tələb edir”, - deyən erməni yazıçı-publisist, ictimai xadim Vahe Avetyan bildirib ki, Ermənistanın beynəlxalq hüquqa saymazyana münasibəti uzun müddət davam edə bilməz. Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir. Hazırda Ermənistan hakimiyyətində Azərbaycanın ərazi bütövlüyünə hörmət edən siyasətçi yoxdur.

Vahe Avetyan Bakıda keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransın siyasi, sülhməramlı fəaliyyət və digər bəndlər üzrə iş üçün fundamental baza yaratdığını bildirərək deyib: “Bizim bu konfransda iştirakımız xalq diplomatiyasının tərəfdarı olduğumuzu göstərir. Ermənistanda hakimiyyətlə eyni mövqedən çıxış edən ictimai hərəkatın bütün fəaliyyəti bizim azərbaycanlı həmkarlarla yaratmağa çalışdığımız prosesi dağıtmağa yönəlib.

Mənim Ermənistan-Azərbaycan münasibətlərinə həsr etdiyim kitab artıq çapa hazırdır. Bu kitabı Azərbaycanda nəşr etdirmək niyyətindəyəm, onun təqdimatını, satışını Bakıda təşkil etmək istəyirəm. Bu kitabın satışından əldə edilən gəlirin hamısını Ermənistandan və Qarabağdan olan qaçqınlara, məcburi köçkünlərə verəcəyəm.

Düşünürəm ki, mənim üçün vacib olan Azərbaycana gəlmək, burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək, qarşısında baş əymək idi. Mən bunu etdim. Bu işdə mənə kömək edənlərə təşəkkürümü bildirirəm”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM