Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama yeni seçilmiş dövlət başçısı Donald Trampı Ağ Evdə qəbul edib.
Liderlər qısa açıqlama veriblər. Obama xələfi Trampa uğurlar arzulayıb. Tramp öz növbəsində bildirib ki, sələfinin təcrübəsindən yararlanacaq.
Daha sonra jurnalistlərin iştirak olmadan Obama, Trampa prezident kürsüsünə əyləşməzdən əvvəl görəcəyi işlər barədə məlumat verib.
Milyarder artıq digər vacib məlumatlar da əldə etməyə başlayıb. Miil Kəşfiyyat təhlükəsizliklə bağlı informasiyaları, o cümlədən terror təşkilatları və terrorla mübarizəyə aid vacib məlumatları Trampa təqdim etməyə başlayıb.
Bu arada, milyarder dövlət başçısının komandasına daxil olacaq şəxslərin adları məlum olub. Amerika mətbuatının əldə etdiyi məlumata görə, baş prokuror postuna ya Nyu-Cersi ştatının hazırki qubernatoru, Trampın hüquqi məsələlər üzrə köməkçisi Kris Kristi, ya da Arkanzas ştatının qubernatoru Asa Hatçinson təyin ediləcək. Güman edilir ki, Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç dövlət katibi postunu tutacaq. Müdafiə naziri vəzifəsinə isə Alabama ştatınından olan senator Cef Seşns təyin oluna bilər.
Trampın səlahiyyətlərinə başlayandan sonra yürüdəcəyi xarici siyasət, xüsusən də Rusiya ilə necə münasibətlər quracağı da maraqlıdır. Moskvada da gələcək Rusiya-ABŞ münasibətləri haqda düşünməyə başlayıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ümid edir ki, iki ölkə arasında böhran aradan qalxacaq:
"Amerika xalqının seçiminə hörmətlə yanaşırıq. Seçkilərin nəticələrindən asılı olmayaraq, biz yeni prezidentlə işləməyə hazırıq. Əlbəttə, düşünürük ki, hazırda ən arzuolunmaz dövrünü yaşayan Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər düzələcək və normal hala gələcək. Bu, xalqlarımızın və bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir".
Lakin amerikalıların özləri hələ nəticələrlə barışmaq istəmir. Nyu-Yorkdan Texasa qədər bir çox şəhərlərdə küçələrə çıxan narazı insanlar Trampı “Ağ ev”də görmək istəmədiklərini dilə gətiriblər. Ən izdihamlı aksiya Nyu-Yorkda baş tutub. Yunion-Skverdən Trampın yaşadığı “Tramp-Tauer” göydələninə qədər yürüş edən narazı amerikalılar “Tramp, sən bizim prezidentimiz deyilsən”, “Tramp sən irqçisən” kimi şüarlar səsləndirib.
Okland və Oreqonda baş tutan nümayişdə isə narazı tələbələr ABŞ bayraöını, Trampın müqəvvasını yandırıb, ətrafdakı ofislərə ziyan vurublar.
ATƏT seçkilərdə qeydə alınmış qanun pozuntuları barədə məlumatlar yayıb. Müşahidə missiyasının rəhbəri Kristin Muttonenin sözlərinə görə, ABŞ hakimiyyəti bir çox vətəndaşın səsvermə hüququnu təmin edə bilməyib. Sən demə, 35 milyondan çox vətəndaşın adı seçici siyahılarında olmadığından, onlar səsvermə hüququndan istifadə edə bilməyib.
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM