Artıq Donald Tramp da iPhone-ların üstündə yer alacaq. Belə bir iPhone-a sahib olmaq üçün sadəcə 3082$ ödəməlisiniz.
Bir müddət əvvəl firma qızıl örtüklə örtülmüş və üzərində Vladimir Putinin yer aldığı iPhone-lar satışa çıxarmışdı. İndi isə bu trend Donald Trampla davam edir. İnsanlar arasında keçirilən səsvermədə Trampın üstünlük təşkil etməsi firmanın belə addım atmasına şərait yaradıb. Təbii ki, burada Trampın prezident seçilməsi faktorunu da gözardı etmək olmaz. Belə ki, firmanın yeni dizaynlı telefonlarının örtüyündə Donald Trampın şəkli və "Make America Great Again", yəni "Amerikanı yenidən möhtəşəm et" devizi yer alıb.
Ağıllı telefon istehsalçısı olan Cavier adlı şirkət Donald Tramp iPhone-larını internet üzərindən 3082$-a satışa çıxarıb. Firma Donald Tramp bu modeldən istifadə edərsə sevinəcəyini bildirib.(milli.az)