“Report” xəbər verir ki, son günlər Almaniyada olan A.Atalay ölkəyə qayıdarkən İstanbulun hava limanında saxlanılıb. Polis onun hava limanını tərk etməsinə imkan verməyib.
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları noyabrın 5-də “Cümhuriyet” qəzetinin rəhbərliyi və yazarlarına qarşı əməliyyat keçirib. Onlar PKK-KKC (terrorçu PKK qruplaşması və “Kürdüstan İctimaiyyəti İttifaqı" - “Report”) və Fətulahçı Terror Təşkilatı (FETÖ) - “Report” ) terrorçu qruplaşmaları ilə əməkdaşlıq etməkdə və onların xeyirinə təbliğat aparmaqda ttiham olunurlar.
"Cümhuriyet" qəzeti 1924-cü il mayın 7-dən etibarən gündəlik nəşr olunur. Qəzetin adını Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk qoyub.