Fəxrəddin Qurbanov: “Azərbaycan üçün burnumun ucu göynəyir” - Müsahibə: Fotolar

14:09 / 17.04.2014

Məlum olduğu kimi, PAŞA Bank, British Council və Böyük Britaniyanın Tomson Fondunun dəstəyi ilə keçirilən «Biznes Jurnalistikası» layihəsi çərçivəsində Londona səfər zamanı doğma məkanlara baş çəkmək ilk işimiz oldu. Azərbaycanın Böyük Britaniyadakı səfirliyində qonaq olarkən gözləmədiyimiz səmimiyyət və isti münasibət səfər aurasına xüsusi rəng qatdı. Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanov iqtisadi və mədəni əlaqələrin genişlənməsi, ölkəmizin təbliği istiqamətində gördükləri işlərdən həvəslə danışdı. “startegiya.az” həmin söhbətin bəzi məqamlarını oxucularına təqdim edir:

- Cənab səfir, iqtisadi münasibətlərdən başlayaq...

- Əvvəlcə hər birinizi salamlayır və «xoş gəlmisiniz» deyirəm. Bildirmək istəyirəm ki, Azərbaycanla Böyük Britaniya arasında hökumətlərarası iqtisadi komissiya yoxdur. 4 il bundan əvvəl Britaniya-Azərbaycan Biznes Şurası təsis edilib. Şuranın Böyük Britaniya tərəfdən sədri nazir vəzifəsində çalışmış dövlət xadimi Borones Saymon, Azərbaycan tərəfdən isə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevdir. 

- Bildiyimizə görə bu yaxınlarda “Caspian Corridor” konfransı keçirildi. Bu və digər layihələr haqqında nə deyə bilərsiniz?

- Bəli. Bu günlərdə “Caspian Corridor” konfransı keçirildi. Həmin konfransın məqsədi iqtisadi əlaqələrin dərinləşdirilməsinə töhfə vermək idi. İşini uğurla yekunlaşdıran Konfrans artıq ikinci dəfədir ki, keçirilir. Adından da göründüyü kimi burada təkcə Azərbaycanın deyil, Xəzər hövzəsində yerləşən digər ölkələrin də maraqları nəzərə alınmışdı. Azərbaycandan hökumət nümayəndələri və bir çox şirkətlərin təmsilçilərinin iştirak etdiyi konfransda Qazaxıstan, Türkmənistan, Rusiya və s. ölkələrin şirkətləri də iştirak edirdi. Forumun formatı çox maraqlı idi. Orada, eyni zamanda ölkə təmsilçiləri fərdi görüşlər keçirərək əməkdaşlıq imkanlarını müzakirə edirdilər. Bundan əlavə deyə bilərəm ki, iki il öncə Böyük Britaniyanın işgüzar dairələrinin təmsilçilərindən ibarət ticarət missiyası Azərbaycana səfər etdi və müxtəlif şirkətlərin nümayəndələrinin qatıldığı görüşlərdə iki ölkənin biznes dairələri arasında əməkdaşlıq imkanları müzakirə edildi. Hətta yekunda kənd təsərrüfatı ilə bağlı layihə də imzalandı.

- Azərbaycanda təxmini neçə Böyük Britaniya şirkəti fəaliyyət göstərir?

- Təxminən 300 civarında. Həmin şirkətlər əsasən, neft-qaz sahəsində çalışan BP-yə xidmət göstərən müxtəlif sub-podratçı şirkətlərdir. Bundan əlavə, tikinti, maliyyə, sığorta, turizm, konsaltinq, təhsil sahələrində fəaliyyət göstərən şirkətlər də var. Azərbaycanda 5 mindən artıq Böyük Britaniya vətəndaşı daimi yaşayır və işləyir.

- Britaniyada təhsil alan tələbələrlə əlaqələr necədir?

- Ümumiyyətlə, təhsil sahəsində vəziyyət ürəkaçandır. Hazırda Böyük Britaniyada dövlət proqramı çərçivəsində 456 azərbaycanlı tələbə təhsil alır. Tələbələrdən çox razıyıq. Onlarla mütəmadi olaraq görüşlər keçirir, problemlərini dinləyir və çözməyə çalışırıq. Tələbələr bütün tədbirlərimizə dəvət olunurlar.

- Tələbələrin təhsillərini başa vurduqdan sonra vətənə dönmə məsələləri necə həll edilir?

- Biz ümumiyyətlə, tələbələrə nəzarət etmirik və məncə, bu, belə də olmalıdır. Tələbə özü daxil olub, təhsil haqqını ödəyir və s. Mən onlara «mütləq geri qayıdın» deyə bilmərəm. Amma onlarla görüşlərdə başa salmağa çalışıram ki, vətənə qayıtmaları çox vacibdir. Nəyə görə? Bir neçə il öncə parlamentdə keçirdiyimiz tədbirdə mənə belə bir sual verdilər ki, «hazırda iki nəsil arasında böyük bir boşluq əmələ gəlib. Bu boşluğu doldurmaq üçün Azərbaycan hökuməti hansı tədbirlər həyata keçirir?» Hesab edirəm ki, həmin boşluğu insanlar özləri doldurmalıdır. Çünki bu, insanların şüuru ilə bağlı məsələdir. Köhnə nəsil 70 il sovet sistemində yaşayıb və bu da onların dünyagörüşünə, fəlsəfəsinə təsir edib. Yeni nəsil xaricdə oxuyur, tamam başqa mühitdə yaşayır, formalaşır. Ola bilər ki, ailədə valideynlə övladın fikirləri də üst-üstə düşməsin. Tələbələrə deyirəm ki, başa düşürəm, 4 il Böyük Britaniyada oxumusunuz, bu mühitə öyrəşmisiniz, dostlarınız var, amma nəzərə almalısınız ki, biz də inkişaf etmək istəyirik. Burada artıq vətənpərvərlik məsələsi önə keçməlidir. Ona görə qayıtmalı, çətin olsa da, əziyyət çəkməlisiniz. Həmin boşluğu, məhz siz doldura bilərsiniz. Bilirsiniz, bizə yüksək səviyyəli iqtisadçılar, mütəxəssislər lazımdı. Bu artıq bir vətəndaşlıq borcudur.

- Tələbələr diaspora işində aktivdirlərmi?

- Düşünürəm ki, ölkəmizin ən fəal diasporalarından biri Böyük Britaniyadadır. Beş il əvvəl Londonda “Azərbaycan Evi” dostluq və mədəniyyət mərkəzini açdıq. Orada davamlı olaraq tədbirlər keçirilir. “Azərbaycan Evi”nin tərkibində kitabxana və musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Şübhəsiz, yaxşı oxuyan və ictimai baxımdan fəal olan tələbələrin burada qalıb işləməsini, ailə qurub vətəndaşlıq almasını və Azərbaycanı təmsil etməsini də istəyirəm. Hər bir səfir bu məsələdə maraqlıdır. Amma milli mənafeni və yüksək ixtisaslı mütəxəssislərə ehtiyacı nəzərə alaraq, onların ölkəmizə qayıtmasında daha çox maraqlıyam.

- Azərbaycan həqiqətlərinə, xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinə münasibət necədir?

- Adətən, bu suala cavab belə olur: biz bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Yəni diplomatik cavab. Böyük Britaniyanın konkret tərəf tutmasının şahidi olmamışam.

- Azərbaycana gələn ingilislər vizanın bahalığından şikayət edirlər. 2 ay üçün 200, bir illik 2000 manat…

- Konsul rüsumları dövlət səviyyəsində müəyyən edilir, səfirlik tərəfindən yox. Viza rejiminin sadələşməsində isə bir yenilik gözlənilmir. Rüsumlar qarşılıqlılıq prinsipinə əsasən müəyyən olunur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, həmin məbləğin bir hissəsi dövlət rüsumudur, geridə qalanı isə xidmət haqqı. Çünki Böyük Britaniyada Azərbaycan vizaları viza mərkəzi vasitəsilə verilir ki, mərkəz də göstərdiyi xidmətin müqabilində xidmət haqqı müəyyən edir. Viza mərkəzlərinin xidmətindən istifadə etmək beynəlxalq praktikadır və biz də bu təcrübədən istifadə edirik. Məndə olan məlumata əsasən, eyni sistemə artıq bu ilin aprel ayından etibarən Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də keçəcək.

- İngilislərin Azərbaycan turizminə maraq göstərdiyi deyilir...

 - İngilislər tarixən səyahət etməyi seviblər. Bu mədəniyyət indi də qalıb.  Azərbaycana maraqlı ölkə kimi baxır və turist səfərləri edirlər. Təəssüratları da müsbətdir. Bizim qonaqpərvərliyimizi, mehribanlığımızı həmişə vurğulayırlar. Tolerantlıq onları çox cəlb edir. Ən əsası da təbiətini bəyənirlər. 2013-cü ildə 300 nəfər Böyük Britaniya vətəndaşına turist vizası verilib.

- Bəs Siz Böyük Britaniyanın nəyini bəyənirsiniz?

- İngilis ədəbiyyatını və poeziyasını bəyənirəm. Ədəbiyyat imkan verir ki, həmin xalqın mədəniyyətini, xarakterini, tarixini, adət-ənənələrini yaxından tanış olasan. Təbii ki, ədəbiyyatla tanış olduğun xalqı ölkədə işləyərkən daha da yaxından tanımaq imkanı yaranır.

- Azərbaycan üçün darıxırsınız?

- Əlbəttə. Hətta burnumun ucu göynəyir. Orada yaşlı anam, bacım, qardaşım, qohum-əqrəbalarım və dostlarım var. Azərbaycanda olanda ölkənin hər bir bölgəsinə gedirəm. Cənuba, şimal-qərbə…Azərbaycanın təbiətinə vurğunam. Bir çox ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə hələ də tam təbiiliyini qoruyub-saxlamış yerlər var.

 - Londondan Bakıya nə aparmaq istərdiniz?

- Xoş xatirələr. Təcrübə baxımdan, nəzərə alsaq ki, gələn il Bakıda Birinci Avropa Oyunlarının keçiriləcək və 2012-ci ildə London şəhəri Olimpiya Oyunlarını yüksək səviyyədə təşkil etdi, bu uğurlu təcrübənin Bakıdakı Avropa Oyunlarına tətbiq olunmasını da çox istərdim.

- Londonda Azərbaycanı necə tanıyırlar?

- Bu yaxınlara qədər bizi əsasən neft və qaza görə tanıyırdılar. Son illərdə Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Səfirliyin iştirakı ilə bir çox yüksək səviyyəli mədəniyyət tədbirləri keçirilib ki, bunların da ölkəmizin tanınmasında böyük rolu olub. Eyni zamanda qeyd etmək istərdim ki, Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın qələbəsi və 2012-ci ildə Bakdaı keçirilən Avroviziya Mahnı Müsabiqəsindən sonra ölkəmizin tanınması bir qədər də artdı. Əminəm ki, gələn il keçirəcəyimiz Birinci Avropa Oyunları ölkəmizin təbliğinə və tanıdılmasına çox böyük töhfə verəcək.

Fərqanə Vəkilova

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM