Strategiya.az bildirir ki, 8-10 noyabr tarixlərində Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə və Milli Məclisin Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev Şotlandiya regional parlamenti sədrinin dəvəti ilə Edinburq şəhərində işgüzar səfərdə olmuşlar.
Səfər çərçivəsində nümayəndə heyəti Şotlandiya regional parlamentinin sədri cənab Ken Makintoş tərəfindən qəbul olunmuşdur. Görüşdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkələrimiz arasında mövcüd siyasi, iqtisadi və mədəni əlaqələr haqqında Parlament sədrinə ətraflı məlumat vermis və Azərbaycanla Böyük Britaniya arasında mövcud əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır.
Milli Məclisin Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev Şotlandiya Parlamentinin sədrinə Azərbaycan Parlamenti haqqında ətraflı məlumat vermis və eyni zamanda Milli Məclislə Şotlandiya Parlamenti arasında da ikitərəfli birbaşa əlaqələrin yaradılmasının əhəmiyyətindən danışmışdır.
Daha sonra Şotlandiya parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə işgüzar görüşlər keçirilmişdir. Görüşlərdə Şotlandiya Mühafizəkarlar partiyasının, Şotlandiya Millətçi partiyasının, Şotlandiya Leyborist partiyasının və Şotlandiya Liberal-Demokrat partiyasının rəhbərləri və fəalları iştirak etmiş, tərəflər üçün maraq kəsb edən məsələlər ətraflı müzakirə olunmuşdur. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri aparılmış müzakirələrdə diqqət mərkəzində saxlanılmışdır. Hərbi işğal nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti və onların öz dogma torpaqlarına qayıtmaqda israrlı olması haqqında şotlandiyalı parlamentarilər ətraflı məlumatlandırılmışdır. Münaqişənin həlli istiqamətində işğalçı dövlətə qarşı beynəlxalq ictimaiyyətin təzyiqlərinin artırılması zərurəti qeyd edilmiş, bu xüsusda müxtəlif parlament qurumları çərçivəsində məsələyə həssaslıq göstərən şotlandiyalı parlamentarilərin rolu təqdir edilmişdir.
Görüşlərdə Azərbaycan-Böyük Britaniya ikitərəfli münasibətlərində xüsusi yer tutan Azərbaycan-Şotlandiya arasında iqtisadi, mədəni və təhsil sahələrində
münasibətlərin hazırkı vəziyyəti və bu əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə edilmişdir.
Enerji sahəsinin ikitərəfli münasibətlərin möhkəmlənməsində xüsusi yeri qeyd edilmiş, Azərbaycanın neft-qaz sektorunun inkişafında şotlandların rolu vurğulanmışdır. Çoxsaylı azərbaycanlı icmasının olduğu Aberdin şəhəri başda olmaqla Şotlandiyanın bir sıra şəhərlərində azərbaycanlı icmasının günü-gündən öz fəaliyyətini genişləndirdiyi və cəmiyyətə uğurla inteqrasiya etdiyi nəzərə çatdırılmışdır. Təhsil sahəsində Bakı Ali Neft Məktəbi və Edinburq şəhərində yerləşən “Herriot-Vot” Universiteti arasında uğurlu əməkdaşlıq münasibətlərinin mövcudluğu, digər universitetlər arasında da buna bənzər qarşılıqlı faydalı əməkdaşlıq üçün potensialın olduğu nəzərə çatdırılmışdır.
Şotland parlamentarilərlə müzakirələrdə iki ölkənin parlamentləri arasında belə təmasların intensivləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və parlamentlərarası münasibətləri daha da inkişaf etdirmək üçün Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası işçi qrupların nəzdində müvafiq alt- qrupların təsis edilməsi razılaşdırılmışdır.
Azərbaycan nümayəndə heyətinin Şotlandiyaya işgüzar səfəri noyabrın 10-da başa çatmışdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM