Bakıda 4 otaqlı evdə yanğın qeydə alınıb.
Strategiya.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 312 m2 olan ikimərtəbəli 4 otaqlı evin mansardının yanar konstruksiyaları 150 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.