Dünyanın ən dəhşətli xəstəlikləri - Görənlər ŞOKDA, tibb elmi çarəsiz (VİDEO)

10:36 / 13.11.2016

"80 yaşlı uşaq", daş yeyən kişi, "ağac adam". 

Ağcaqanad dişləyən qadının həyatı alt-üst oldu. 

ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

 Sağlam olmaq bəşər övladının ən birinci arzusudur. Amma bu arzu heç də hər zaman üzümüzə gülmür. Bəzən qısa zaman, bəzən isə uzun illərlə hansısa xəstəliyin əsirinə çevrilirik. Bütün hallarda isə ən son ümidimiz həkimlərdir. Sağlam həyatın açarı bir çox hallarda məhz ağ-yaşıl-göy xalatlı xilaskarların beynindədir. 

Amma bəzən insan övladı elə xəstəlikdən əziyyət çəkir ki, xilaskarlar da mat-məəttəl qalır. İndiyə qədər dünya tibb elmini dəhşətə gətirən, çıxılmaz vəziyyətə salan 6-7 min arası nadir xəstəlik aşkar edilib. Nadir xəstəliklərin böyük əksəriyyəti genetik səbəblərdən üzə çıxsa da, əsl səbəblər dəqiq bilinmir və çarəsi də tapılmır. Onlardan bəziləri ilə tanış olaq.

 Morgellons xəstəliyi. Dünyada təxminən 14 min insanda rast gəlinib. Dəridə ağrı-qaşıntı yaradır. Adamda dəri altında həşəratlar gəzirmiş kimi bir hiss oyadır. Bu xəstəliyin səbəbinin parazitlərlə bağlı olduğu güman edilsə də, hələ ki, müalicəsi tapılmayıb.  

 Digər bəla – Proqeria adlanır. Bu xəstəliyə "80 yaşlı uşaq" sindromu da deyirlər. Genetik şifrədəki çox sadə bir qüsur hər şeyi alt üst edir, insanın həyatı dəyişir. Orqanların və dərinin sürətlə qocalması müşahidə olunur. Xəstələrin çoxu uzağı 15 yaşına qədər yaşaya bilir. 5 milyonda bir görülən Progeriadan dünyada təxminən 50-yə yaxın adam əziyyət çəkir. Baxırsan ki, siması 70-80 yaşlı qocanın qırışlarıyla örtülüb, amma cəmi 10-12 yaşı var. Dəhşətlidir. 

Bu qadının adı Esterdir. Onu 12 il əvvəl bir ağcaqanad dişləyib. Bud nahiyəsini bir xeyli qaşıyan qadın tezliklə həmin ağcaqanadın ağcasına da, qanadına da qarğış yağdırmaya başlayıb. Çünki dişlənən yerin şişkinliyi bütün ayaq nahiyəsinə yayılıb. Getdikcə isə bu elefantiyazis adlanan fil xəstəliyinə çevrilib. Dünyada bu xəstəlikdən 120 milyon insan əziyyət çəkir. İnsanın şişmiş bədən üzvləri fillərdə olduğu kimi nəhəng görünsə də, əslində bu bir parazit xəstəliyidir. Tropik ölkələrdə dişi ağcaqanadlar vasitəsilə yayılır. Biz sözgəlişi qarışqadan fil düzəltmək deyirdik. Sən demə ən qorxulu fil qarışqadan yox, ağcaqanaddan düzəlirmiş.

Bizdə bir söz də var. Deyirik ki, daşdan yumşaq nə olursa yeyirik. Amma bunu deyərkən yeməkləri nəzərdə tuturuq. Daha demədik ki, torpaq, yapışqan maddə, kağız, parça və s.-ni də yemək olar. Amma yeyənlər var. Onlar da pika xəstəliyindən əziyyət çəkir. Ehtimal olunur ki, bədəndə mineral çatışmazlığı insanı əlinə keçən hər şeyi yeməyə vadar edir. Amma bunun da dəqiq səbəbi və çarəsi aşkar edilməyib.

Abul Bajandardırı dünya tanıyır. Amma hansısa bacarığına, istedadına görə deyil, xəstəliyinə görə. O, dünyada nadir rast gəlinən bir xəstəlikdən əziyyət çəkir.

Tibb elmində Epidermodisplasia Verruciformis adlanan bu xəstəlik əl və ayaqlarda çıxan ziyillərin şişə çevrilərək böyüməsi nəticəsində yaranır və inkişaf edir. Böyüdükcə də ağac kökünə yaxud gövdəsinə bənzədiyinə görə bu xəstələrin daşıyıcılarına “ağac-adam” deyirlər. Banqladeş sakini olan Bajandar 10 ildir sözün həqiqi mənasında ağac olub qalıb, günü güzəranı yoxdur. Dərdinə çarə bilən də yox idi. Ta keçən il gələn xəbərə qədər. Düz 1 öl öncə Bajandar qardaşa əməliyyat oluna biləcəyi haqda məlumat verirlər. Silsilə əməliyyatlara girən Abul nəhayət 10 ildən sonra ilk dəfə olaraq əliylə yemək yeyə bilib. Həkimlər bu ağacın budağından 5 kiloya yaxın lazımsız məhsulu əməliyyatla götürə biliblər. Bajandar isə ümid edir ki, həkimlər tezliklə bu bəla ağacının kökünü baltalayıb onu birdəfəlik xilas edəcəklər.  

Strategiya.az



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM