“Xəzər xəbər” bildirir ki, uşaq 2 dəfə əməliyyat olunsa da iynənin bir hissəsi hələ də ayağında qalır.
Ürək ağrıdan hadisə Şamaxıda baş verib. Ehiyatsızlıq nəticəsində Şamaxının Muğanlı kənd sakini, 8 yaşlı Manaf Soltanlının ayağıına tikiş iynəsi batıb. Atası azyaşlını Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirib. Uşaq rentgen muayinəsindən keçib və sağ ayağının baş barmaq nahiyəsində yad cisim təsbit edildiyindən əməliyyat olunub. Ancaq əməliyyatdan bir neçə gün sonra uşağın ayağında ağrılar yaranıb. Valideyn yenə xəstəxanaya müraciət edib. Bu dəfə də onun ayağından iynənin daha bir hissəsi çıxarılıb.
Valideyn Vüsal Soltanlı deyir ki, ikinci əməliyyatdan sonra da iynənin arxa hissəsi, yəni daha bir parçası uşağın ayağında qalır.
İndi ata qalıq cismin zərər verəcəyindən narahat olub və həkimi günahlandırır.
Əməliyyat edən cərrah Ədalət Həmidov isə həmin qırıgın çox kiçik olduguna görə ziyansız olduğunu deyir.
Bununla razılaşmayan valideyn həkim Ədalət Həmidov barəsində həm Səhiyyə Nazirliyinə, həm də rayon prokurorluguna şikayət verib. Hazırda Şamaxı Rayon Prokrorluğunda sözügedən hadisə ilə bağlı araşdırma aparılır.