Strategiya.az bildirir ki, APA-nın verdiyi xəbərə görə, bu barədə M.Çavuşoğlu Ankarada səfərdə olan Çin XİN rəhbəri Van İ ilə keçirdiyi mətbuat konfransında bildirib.
“Bizə qarşı təhdidlər siyasətimizə təsir etmir və etməyəcək. Yaxşı olardı ki, Şults Avroparlamentdə PKK-nın fəaliyyətini dayandırsın, terrorçulara qarşı çıxış etsin. Biz bu məsələdə hələ ki Avropa İttifaqı nümayəndələrinin , o cümlədən Martn Şultsun ikiüzlülüyü və ikili standartlarını müşahidə edirik. İnsan haqları mövzusunda dərs keçmək istəyənlərin riyakarlığı bizə də, Çinə də yaxşı məlumdur”, - deyə M.Çavuşoğlu bildirib.
Qeyd edək ki, Avropa parlamentinin sədri Martin Şults Türkiyəni iqtisadi sanksiyalarla hədələyib.