Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə Cinayət Məcəlləsinə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə üçün məsuliyyət müəyyən edən yeni maddə təqdim edilib. Layihə ilkin olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında müzakirə ediləcəkdir.
Strategiya.az bildirir ki, Milli.Az xəbər verir ki, layihə barədə artıq mətbuatda bəzi dəqiq olmayan şərhlər müşahidə edildiyindən Komitənin üzvü Vüsal Hüseynov bununla bağlı məlumat və qısa fikirlərini paylaşıb.
Onun sözlərinə görə, layihənin məzmunu adı ilə tam uyğundur, yəni bu Qanun layihəsi qəbul edildiyi təqdirdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə cinayət məsuliyyəti yaradacaq və uyğun cəza növü ilə cəzalandırılacaqdır: "Burada saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən, sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adları, profil və ya hesablar başa düşülür".
Millət vəkili qeyd edib ki, saxta ad, profil və hesabdan istifadə etməklə, hər hansı fikri paylaşma, tənqidi fikirlər bildirmə, kimisə tənqid etmə, yalan məlumat vermə, müzakirə etmə, ara qızışdıran çağırışlar və s. heç bir hallar bu maddənin təsiri altına düşmür:
"Burada yalnız böhtan və ya təhqir məqsədilə (hər ikisi mövcud Qanuna əsasən, cinayət hesab edilir) bu üsulun istifadəsi nəzərdə tutulur. Ümumən, layihəyə nəzər saldıqda, ilkin olaraq ictimai məlumat kimi əhəmiyyətli yenilik təəssüratı yaratsa da, hüquqi baxımdan hazırda mövcud məsuliyyət mexanizmlərinə əsasən, dəqiqləşdirmə və aydınlıq gətirməsini, qismən isə yenilik olmasını müşahidə edirik. Belə ki, mövcud Cinayət Məcəlləsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, KİV-də və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması cinayət kimi müəyyən edilir. Göründüyü kimi, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında təhqir üçün məsuliyyətə cəlb etmə imkanlarını Qanun müəyyən edib. İnternet həmçinin "Kütləvi informasya vasitələri haqqında" Qanuna əsasən də kütləvi informasiya vasitəsi hesab edilir. Yəni yeni layihə olmadan belə mövcud qanunvericilik əsasən imkan verir ki, bu hallarda məsuliyyətə cəlb edilmə təmin edlisin".
Lakin internetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması, texniki imkanları, təhqir etmə və böhtan atma hallarının yeni üsullarının yaranması və şəxslərə qarşı tətbiq edilməsini reallığa çevirib: "Qeyri-rəsmi statistik göstəricilərə əsasən, təkcə "Facebook"da saxta (fake) istifadəçilərin sayı istifadəçilərin ümumi sayının 5%-dən 10%-dək nisbətində dəyişir. 2016-cı ilin son rübü üçün "Facebook"da aylıq 1,79 milyard istifadəçinin olduğunu nəzərə alsaq, dünyada saxta "Facebook" hesablarının sayı 89-179 milyon arasında dəyişdiyini deyə bilərik. Azərbaycanda da sosial şəbəkələrdən istifadə edənlərin sayının, habelə bu şəbəkələrin insanların şəxsi məlumatlarına, şəxslərarası münasibətlərə, onların ləyaqətinə və işgüzar nüfuzuna təsir imkanlarının artması saxta istifadəçilərin bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə etməsi hallarına qarşı tədbirləri şərtləndirir. Bu baxımdan təqdim edilən layihə həm də bu istiqamətdə atılan addım kimi qiymətləndirilməlidir".
V.Hüseynovun sözlərinə görə, bu gün şəxsin xəbəri olmadan onun adından saxta ad vasitəsilə kimsə təhqir edilə bilər. Bu imkanlar şəxsin kömpüterinə ondan xəbərsiz müdaxilə etməklə təhqir etməni (kimsə sizin açıq olan kompüter və hesabınızdan istifadə edir), kənar bir yerdə böyük rahatlıqla eyni adlı profili açma və təhqir etməni nəticə olaraq eyni səviyyəli əməl edir:
"Son dövlər belə halların sosial şəbəkələrdə artmasını və bunun bir sıra mənəvi, əxlaqi, fiziki olmaqla, mənfi təsirlər yaratmasını müşahidə edirik. Mətbuat və televiziyada dəfələrlə ölümlə nəticələnən halların ilkin olaraq sosial şəbəkədə təhqir və böhtan səbəbindən başlaması, daha sonra böyüyərək qanlı hadisə ilə nəticələnməsini müşahidə etmişik.
Bu Qanun layihəsi internetin, xüsusilə sosial şəbəkələrin imkanlarından istifadə etməklə, qəsdən və ya yalan olduğunu bilə-bilə saxta adlarla şəxslərin təhqir edilməsinin, böhtan atılmasının qarşısını alacaq, belə şəxsləri daha məsuliyyətli edəcək, sosial şəbəkələrin böhtan və təhqirlə bağlı hüquqi tənzimləmənin təsir dairəsinə salınmasını təmin edəcək və çəkindirici xüsusiyyəti olacaqdır. Bu üsuldan istifadə edən və ya nəzərdə tutan, bu yanaşmanı normal hesab edən, məqsədli şəkildə kimisə bu üsulla təhqir edən şəxslər bu Qanun layihəsinin qəbul edilməsindən narahat olmalı və artıq bilməlidirlər ki, bu hallar aşkar edilə bilər və müvafiq məsuliyyət tədbirləri tətbiq edilə bilər.
Son zamanlar dünyada media hüququ sahəsində tətbiq olunan yeni tənzimləmə mexanizmlərinin əksəriyyəti məhz sosial medianın əhatə dairəsinin, təsir və texniki imkanlarının genişlənməsinin nəticəsidir və bu yeniliklərə cavabdır. Təklif edilən layihə internet məkanında qanun pozuntularına qarşı daha səmərəli mübarizə aparılmasına xidmət edəcəkdir".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM