Sürücüsünün şəxsiyyəti məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Piyada müxtəlif xəsarətlərlə təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon bölməsinə göndərilib.
Faktla bağlı araşdırmalara başlanılıb. (APA)