Əli Həsənov: "Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Avrasiyanın giriş qapısı hesab olunur"

09:45 / 19.11.2016

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.

İclası açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər barədə məlumat verib, çoxillik səmərəli fəaliyyətinə görə Cabbar Bəylərova akademiyanın Fəxri fərmanını təqdim edib.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Azərbaycanın müasir geosiyasi inkişaf reallıqları və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə postsovet məkanı, Xəzər dənizi–Qara dəniz hövzəsi və Cənubi Qafqaz regionunda geosiyasi inkişafın əsas parametrləri, ölkələrin coğrafi mövqeyinin, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəziyyətinin xarakteristikası, geostrateji vəzifələri və perspektivləri təhlil edilib. Bildirilib ki, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf meyilləri və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən Azərbaycan Respublikası bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir. Azərbaycan coğrafi mövqeyi, təbii ehtiyatları və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər təşkil edib.

Əli Həsənov qeyd edib ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli vətəndaş birliyi və sərhəd məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə, İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri ilə, Rusiya, Çin, Türkiyə, İran, İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir.

2015-ci ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda sənaye məhsulları üzrə 20 milyard ABŞ dolları dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard ABŞ dolları məbləğində kapital qoyulub ki, onun da 19,5 milyard dolları (72 faizi) Azərbaycana aiddir. Bu məbləğin 10,7 milyard dolları xarici kapital olub. Özünütəminat əmsalına görə Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib.

Beləliklə, Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır. Qeyd edilən parametrlərə görə Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər.

Professor Əli Həsənov bildirib ki, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir. Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisəolunmazdır. Azərbaycanın təsdiq olunmuş enerji ehtiyatları 4,6 milyard ton şərti yanacaq - 2 milyard ton neft, 2,6 trilyon kubmetr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb.

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına mühüm təsir göstərir.

Cənubi Qafqazın mövcud hərbi-geostrateji vəziyyətinin xarakteristikası barədə danışan Əli Həsənov qeyd edib ki, Azərbaycan milli ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il böyük həcmdə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.

Sərhədlərin vəziyyətini təhlil edən Əli Həsənov deyib ki, Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən bilavasitə işğal olunub. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərtilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması, Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır.

Prezidentin köməkçisi, tarix elmləri doktoru Əli Həsənov müasir dövrdə Azərbaycanın qarşısında duran əsas geosiyasi, geoiqtisadi və hərbi-geostrateji vəzifələr, ölkənin XXI əsrdəki uğurlarını və geosiyasi gələcəyini təmin edəcək milli strateji kursun əsas istiqamətləri barədə danışıb.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

İclasda Prezident İlham Əliyevin “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli Sərəncamının icrası ilə bağlı müzakirələr aparılıb. Akademik A.Əlizadə qeyd edib ki, Sərəncamın əsas məqsədi iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. Akademik elmin müxtəlif istiqamətləri üzrə innovativ addımlar atıldığını və Yüksək Texnologiyalar Parkının yaradılmasının AMEA-nın bu sahədə fəaliyyətini daha da gücləndirəcəyini vurğulayıb.

Sərəncamın icrasını təmin etmək məqsədilə işçi qrupunun yaradılması və tərkibinin təsdiqlənməsi, həmçinin müvafiq təkliflərin hazırlanaraq rəyasət heyətinə təqdim olunması qərara alınıb.

Daha sonra “Azərbaycan elminin inkişaf doktrinası” layihəsi müzakirə olunub. AMEA-nın prezidenti A.Əlizadə bildirib ki, ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Azərbaycanın gələcəyinin, iqtisadi, siyasi və hərbi qüdrətinin respublikanın elmi potensialı ilə bilavasitə bağlı olduğunu söyləyən akademik A.Əlizadə ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlərin Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirdiyini vurğulayıb.

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Prezident İlham Əliyevin elmimiz qarşısında duran yeni vəzifələr, ölkəmizin gələcək inkişafı, alimlərin bu inkişafda rolu haqqında dərinməzmunlu və proqram xarakterli nitq söylədiyini xatırladan A.Əlizadə bildirib ki, dövlətimizin başçısının irəli sürdüyü elmi prioritetləri, elmin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq AMEA-nın aprelin 29-da keçirilmiş ümumi yığıncağı “Azərbaycan elminin inkişaf doktrinası”nın hazırlanması barədə qərar qəbul edib. Akademik AMEA-nın rəyasət heyəti tərəfindən həmin doktrinanın layihəsinin hazırlandığını və Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunduğunu diqqətə çatdırıb.

Müzakirələrdən sonra doktrinanın layihəsi rəyasət heyətinin qərarı ilə bəyənilib.

Gündəlikdə yer alan növbəti məsələ II Azərbaycan Elm Festivalının nəticələri haqqında olub. A.Əlizadə oktyabrın 31-dən noyabrın 5-dək Bakı, Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində təşkil olunan festival çərçivəsində elm və cəmiyyət arasında əlaqələrin gücləndirilməsi, elmi nailiyyətlərin ictimaiyyətə əyani çatdırılması, gənc nəsildə elmə marağın artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirildiyini deyib.

Rəyasət heyəti qeyd olunanları nəzərə alaraq II Azərbaycan Elm Festivalının yüksək qiymətləndirilməsi haqqında qərar qəbul edib. Həmçinin III Beynəlxalq Elm Festivalının keçirilməsi ilə bağlı təkliflərin hazırlanıb rəyasət heyətinə təqdim olunması barədə tapşırıq verilib.

İclasda Prezident İlham Əliyevin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası müzakirə edilib. Sənədin müvafiq bəndlərində nəzərdə tutulan tədbirlərlə bağlı akademiyanın üzərinə düşən vəzifələrin həyata keçirilməsi üçün Tədbirlər Planını təqdim edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev bildirib ki, Dövlət Proqramı ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyi, biznes sektoru və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Akademik AMEA üzrə Tədbirlər Planında əksini tapan məsələlər haqqında, burada “Yüksək texnologiyalar sektorunun inkişafı”, “Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi”, “İKT – cəmiyyətin inkişaf amili kimi”, “Kadr hazırlığı”, “Milli kontentin inkişaf etdirilməsi” bölmələri üzrə nəzərdə tutulan tədbirlər və onların icrasına məsul olan təşkilatlar barədə məlumat verib.

Tədbirdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya, Hüquq və İnsan Haqları, Biofizika institutları və Təbiət Tarixi Muzeyinin nizamnamələri, strukturları və işçilərinin say tərkibi təsdiqlənib.

Rəyasət heyətinin növbəti qərarları ilə Tarix, Şərqşünaslıq institutlarında və Milli Azərbaycan Tarixi Muzeyində təhsil, Tarix və Şərqşünaslıq institutlarında beynəlxalq, Şərqşünaslıq İnstitutunda isə ictimaiyyətlə əlaqələr şöbələri yaradılıb.

Həmçinin AMEA-nın müxbir üzvləri Aqil Əliyevin 90 və Sevda Məmmədəliyevanın 70 illik yubileyləri haqqında qərarlar qəbul olunub.

İclasda bir sıra kadr məsələlərinə baxılıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM