Sərəncamda bildirilir ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, baş nazir vəzifəsinə parlament seçkilərində ən yüksək nəticə göstərən “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi birliyinin namizədi Georgi Kvirikaşvili irəli sürülür.
G.Kvirikaşvili 1967-ci ildə anadan olub. 1999-2004-cü illərdə parlamentin deputatı olub. 2006-2011-ci illərdə Bidzina İvanaşvilinin təsis etdiyi “Kartu bank”ın baş direktoru olub. 2012-ci ildə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ildə - baş nazirin müavini, 2015-ci ilin sentyabrında xarici işlər naziri, dekabrından isə baş nazir postunda çalışıb.//APA