BMT-nin Baş katibinə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ətraf mühitinə vurulan ziyanla əlaqədar məktub göndərilib

12:58 / 19.11.2016

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə ünvanlanmış məktubu BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib və yayılıb.

Məktubda xatırladılır ki, BMT Baş Məclisinin 5 noyabr 2001-ci il tarixli 56/4 nömrəli, həmmüəlliflərindən birinin Azərbaycan olduğu qətnaməsinə müvafiq olaraq, hər il noyabrın 6-da Beynəlxalq Müharibələr və hərbi münaqişələr dövründə ətraf mühitin istismarının qarşısının alınması günü qeyd edilir.

Azərbaycan səfiri qeyd edir ki, adı çəkilən qətnamədə, habelə BMT Baş Məclisi tərəfindən daha əvvəl qəbul edilmiş “Hərbi münaqişələr dövründə ətraf mühitin mühafizəsi” adlı qətnamədə, 2030-cu ilə qədər olan dövrdə Davamlı İnkişaf Sahəsində Gündəlikdə və “Silahlı münaqişələrin baş verdiyi rayonlarda ətraf mühitin qorunması haqqında” 2016-cı ilin mayında BMT Baş Məclisi tərəfindən bəyənilmiş qətnamədə dövlətlərin, o cümlədən ətraf mühitin qorunması sahəsində, beynəlxalq hüquqa riayət etməsi və beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi toxunulmazlığına qarşı güc tətbiq edilməsi ilə hədələməkdən və ya güc tətbiq etməkdən çəkinməsi tələbi xüsusi vurğulanır.

Azərbaycanlı diplomat bildirir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində suveren Azərbaycanın ərazisinin təxminən 20 faizi işğal edilib, on minlərlə insan həlak olub, bir milyondan çox azərbaycanlı öz evlərindən zorla qovulub və əmlakından məhrum edilib. Bu təcavüz həm də ətraf mühitə meşələrin məhv olunmasında, torpaqların yandırılmasında, münbit torpaqların deqradasiyasında, su resurslarının çirkləndirilməsində və heyvanların tələf olmasında təzahür edən dağıdıcı təsir göstərib.

Bununla əlaqədar BMT Baş katibinin diqqəti ona cəlb edilir ki, Azərbaycanda xüsusi ekoloji mühafizə altında olan ərazilərin ümumi sahəsi 890.000 hektardır. Hazırda bu ərazilərin 42.997 hektarı, o cümlədən 152 təbii abidə, 5 geoloji obyekt, 2 təbii qoruq, 4 qoruq zonası və 7 göl ermənilərin hərbi işğalı altındadır. Bundan əlavə 247.352 hektar meşə, o cümlədən yüzlərlə nadir ağac cinsinin, məsələn çinar, qoz ağacı, palıd, həmişəyaşıl şümşad, Eldar şamı, xurma və digər ağac növlərinin təmsil olunduğu 13.197 hektar qiymətli meşə işğal altındadır.

Məktubda vurğulanır ki, münaqişənin lap əvvəlindən Ermənistan silahlı qüvvələri Azərbaycanın ətraf mühitinə, o cümlədən onun işğal olunmuş ərazilərində bilərəkdən geniş miqyaslı uzunmüddətli və ciddi ziyan vurublar.

Məktubda xatırladılır ki, BMT Baş Məclisi özünün 7 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” haqqında qətnaməsində işğal olunmuş ərazilərdə törədilən yanğınlara görə ciddi narahatlığını bildirib və az sonra ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası həmin qətnaməyə müvafiq olaraq bu rayonlarda olub, yanğınlar nəticəsində vurulmuş ekoloji və iqtisadi ziyan barədə, habelə bu yanğınların insanların sağlamlığına və təhlükəsizliyinə yaratdığı təhdid barədə rəy verib.

Azərbaycanın daimi nümayəndəsinin məktubunda o da qeyd edilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi yüz minlərlə Azərbaycan vətəndaşını içməli sudan məhrum edir, münbit torpaqların eroziyasına, torpaqların susuzlaşmasına və səhralaşmasına səbəb olur, regionun təbii resurslarına, flora və faunasına ciddi mənfi təsir göstərir.

Bununla əlaqədar, Avropa Şurası Parlament Assambleyasının 26 yanvar 2016-cı il tarixli 2085 nömrəli qətnaməsi xatırladılır. Həmin sənəddə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib. Assambleya xəbərdarlıq edib ki, Sərsəng bəndinin pis vəziyyətdə olması nəticəsində bütün region üçün təbii fəlakət və humanitar böhran kimi ciddi təhlükə yaranır. Assambleya Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad olunmasını və su resurslarından siyasi təsir vasitəsi və ya öz maraqları üçün təzyiq göstərilməsi üçün istifadə olunmasına son qoyulmasını tələb edib.

Bundan əlavə, BMT Baş katibinin nəzərinə çatdırılır ki, Azərbaycanın işğal edilmiş ərazilərində təbii resurslardan vəhşicəsinə istifadə edilməsi davam edilməsi nəticəsində regiona ciddi ziyan vurulur. Xüsusi qeyd edilir ki, bu cür istismar Ermənistana, eləcə də həmin ərazilərdə onun yaratdığı və ona tabe olan separatçı rejimə xeyli mənfəət gətirir, bu mənfəətdən şəxsi varlanmaq v ə müharibəni maliyyələşdirmək məqsədi ilə istifadə edilir.

Azərbaycan səfiri bildirir ki, transsərhəd çaylar Ermənistandan atılan tullantılar hesabına bilərəkdən çirkləndirilir və son nəticədə həmin tullantılar Azərbaycan ərazisində çökür. Məktubda deyilir: “Ermənistanın Sünik rayonundakı çayların Qafan filizsaflaşdırma kombinatının və Zəngəzur mis-molibden kombinatının istehsal tullantıları ilə, habelə radioaktiv və zəhərli tullantıların saxlandığı “Arsvanik” anbarı vasitəsilə çirkləndirilən suları transsərhəd Oxçuçay çayına, daha sonra Azərbaycanın işğal altında olan Zəngilan rayonun ərazisinə və Araz çayına daxil olur”.

Azərbaycanın daimi nümayəndəsinin məktubunda ciddi narahatlıq doğuran daha bir məsələ - Azərbaycanın işğal edilmiş ərazilərindən qanunsuz şəkildə daşınan oduncaqla alver məsələsi qaldırılır. Məktubda deyilir: “Təkcə 1993-cü ildə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistana təqribən 206.600 kubmetr qiymətli oduncaq növü daşınıb. 1996-cı ildə Azərbaycanın işğal altında olan Zəngilan rayonunun Leşkər meşə zonasında 55 hektar sahədə 1957 və 1958-ci illərdə əkilmiş qoz ağacları kəsilib. 2003-cü ildə işğal edilmiş ərazilərdə təqribən 10.000 ədəd qoz ağacı kəsilib. 2010-cu ildə təqribən 45.359 kubmetr, 2013-cü ildə 96.237 kubmetr oduncaq tədarük edilib. Əldə olan sənədlərə görə, işğal edilmiş ərazilərdə meşələrin qanunsuz qırılması miqyası artmaqdadır”.

Yuxarıda deyilənlərlə əlaqədar Azərbaycan tərəfi bəyan edir ki, Ermənistan beynəlxalq hüququ pozmağa görə, o cümlədən Azərbaycanın işğal edilmiş ərazilərində ətraf mühitə vurulmuş ziyan nəticəsində təbii resursların tükənməsinə görə beynəlxalq məsuliyyət daşıyır. Azərbaycanın daimi nümayəndəsinin məktubunda deyilir: “Bütün bunlar bir daha təsdiq edir ki, təcavüzkarın cəzasızlığına son qoymaq, Dağlıq Qarabağın və Azərbaycanın işğal altında olan digər ərazilərinin erməni işğalından azad olunmasını təmin etmək məqsədilə beynəlxalq birlik tərəfindən təcili və təsirli tədbirlər görmək üçün ardıcıl səy göstərilməsi zəruridir”.

Azərbaycanlı diplomat daha sonra yazır ki, əgər insanların mövcudluq vəsaitlərinin mənbələrini təmin edən ətraf mühit məhv edilir, çirkləndirilir və vəhşicəsinə istismar edilirsə, möhkəm sülh ola bilməz. Sonda BMT Baş katibinin 2016-cı il noyabrın 6-da Beynəlxalq Müharibələr və hərbi münaqişələr dövründə ətraf mühitin istismarının qarşısının alınması günü münasibətilə müraciətindən sitat gətirilir: “Biz həm dinc dövrdə, həm də müharibə dövründə ətraf mühitin qayğısına qalmalı, ekoloji cinayətlərə qarşı mübarizədə və təbii resursların qanunsuz istismarının qarşısının alınması məsələsində əlbir fəaliyyət göstərməliyik”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM