Vüqarın ən böyük arzularından biri də gələcəkdə ixtisaslı mexanizator
kimi rayonun kənd təsərrüfatının inkişafına öz töhfəsini vermək idi...
Vətənimizin ən ağır günlərində digər rayonlarımızda olduğu kimi, Zaqatalanın cəsur oğulları da silaha sarılaraq, erməni vandallarına qarşı döyüşə yollandılar. Bu müqəddəs amal uğrunda rayon sakinlərindən 130 nəfəri şəhid, onlarla zaqatalalı isə əlil olmuşdur.
Zaqatalanın şəhidlik zirvəsinə yüksələn igid oğullarından 10 nəfəri məhz Daxili Qoşunların cəsur hərbi qulluqçuları idi. Onlardan biri də rayonun Bazar kəndinin vətənpərvər oğlu şəhid Vüqar Ağasiyevdir...
Sıravi Vüqar Vaqif oğlu Ağasiyev 1972-ci il dekabr ayının 25-də Zaqatala rayonunun Bazar kəndində dünyaya göz açıb. Atası Vaqif kişinin (2004-cü ildə vəfat edib) və Sənəm ananın halal zəhmətlə böyüdüb tərbiyə etdiyi 5 övladın (Qərənfil, Xumar (1995-ci ildə vəfat edib), Vüqar, Qazı və Aytən) biri, eyni zamanda ailənin sevimlisi idi Vüqar.
1988-cı ildə Bazar kənd səkkizillik (hazırda tam orta məktəb – A.Ə.), 1990-cı ildə isə Qımır kənd tam orta məktəbini bitirmişdir. Hələ uşaq yaşlarından kənd təsərrüfatına, xüsusən də heyvandarlığa böyük maraq göstərən Vüqar, rayonun Aşağı Tala kəndində yerləşən 172 saylı peşə məktəbinə daxil olmuş və 1991-ci ilin iyunun 25-də bu təhsil ocağını “Əsaslı mexanikləşdirilmiş heyvandarlıq fermaları kompleksləri mexanizatoru” peşəsi üzrə tam kursu bitirmişdir. Atasının mexanizator peşəsi üzrə ixtisas təhsili alan və onun yolunu davam etdirmək əzmində olan Vüqarın ən böyük arzularından biri də məhz gələcəkdə mütəxəssis kimi rayonun kənd təsərrüfatının inkişafına öz töhfəsini vermək idi...
İgid silahdaşımızın qardaşı Qazı Ağasiyev onun bacarıqlı, işgüzar və intizamlı şagird olduğu üçün hər kəs tərəfindən sevildiyini deyir: “... Vüqar məndən üç yaş böyük idi. Uşaqlıqdan sakit, mehriban, eyni zamanda çalışqan şagird olduğu üçün həm qohum-qonşular, həm də məktəbdə müəllim və şagird yoldaşları onun xətrini çox istəyirdi...
Təsərrüfat işlərinə, xüsusən də heyvandarlıq sahəsinə böyük maraq göstərirdi. İşdən-gücdən heç zaman qaçmazdı. Olduqca zəhmətkeş bir insan idi... Seçdiyi ixtisas üzrə peşə təhsilini başa vuranda, Vüqarın sevincinin həddi-hüdudu yox idi... Çünki, onun gələcək peşə fəaliyyəti ilə bağlı böyük arzuları vardı...
Olduqca vətənpərvər bir gənc idi. Vüqar kimi Vətənini, el-obasını sevən gənclərimizlə ancaq qürür duymaq olar. Bu səbəbdən də qardaşım Vüqarla ancaq fəxr edir, onunla qürur duyuram...”.
1992-ci il mart ayının 5-də gənc Vüqar Zaqatala Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. O, qəlbində Vətən sevgisi və düşmənə olan böyük nifrət hissi ilə doğma yurdumuzun müdafiəsinə yollanır...
Bir müddət sonra, V.Ağasiyev Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissəsinin “sıravi” hərbi qulluqçusu kimi Vətənə olan müqəddəs borcunu şərəflə yerinə yetirməyə başlayır. Burada təxminən bir aylıq təlim keçdikdən sonra, xidmətini davam etdirmək üçün Ağdam rayonuna-döyüş bölgəsinə göndərilir. O, burada Daxili Qoşunların ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş cəsur döyüşçüsü, baş leytenant Fəxrəddin Nəcəfovun komandiri olduğu bölüyün tərkibində Ağdam və Ağdərə rayonları ərazisindəki Qalayçılar, Papravənd, Canyataq, Gülyataq, Mehmanə, Çıldıran, Sırxavənd və Qazançı kəndlərinin, eləcə də bir sıra yüksəkliklərin müdafiəsi uğrunda gedən ağır döyüş əməliyyatlarında yaxından iştirak edərək, onlarla erməni yaraqlısını məhv edir...
1 noyabr 1992-ci il. Ağdərə rayonunun Qazançı kəndi ətrafında gedən şiddətli döyüşlər sıravi V.Ağasiyevin son döyüşü olur... Düşmənin mövqelərimizə atdığı minamyot mərmisinin partlaması nəticəsində cəsur döyüşçümüz əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir...
Vətən uğrunda canını qurban verən sıravi Vüqar Ağasiyev doğma Bazar kənd qəbristanlığında dəfn olunub. Vaxtı ilə ilk təhsil aldığı Zaqatala rayonu, Bazar kənd tam orta məktəbinə Daxili Qoşunların igid döyüşçüsü, şəhid Vüqar Vaqif oğlu Ağasiyevin adı verilib.
Xeyli müddət keçməsinə baxmayaraq, Vüqarın döyüşçü dostları onun qəhrəmanlığını bu gün də böyük iftixar hissi ilə qeyd edirlər.
Vaxtı ilə igid döyüşçü ilə birgə xidmət etmiş, hazırda Daxili Qoşunların veteranları olan Balakən rayonu, Hənifə kənd sakini Abdullayev Mehman Ramazan oğlunun (Ağdam rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanıb – A.Ə.) və Ağdaş rayonu, Hapıtlı kənd sakini Əliyev Əflatun Əssan oğlunun onun haqqında qürur hissi ilə söylədikləri ümumi fikirlər də bunu təsdiq edir:
“... Vüqarla eyni gündə hərbi xidmətə çağırılmışıq. Cəbhəyə də eyni gündə yollanmışdıq. Sumqayıtda yerləşən hərbi hissəmizdə təxminən 25 gün təlim keçdikdən sonra, gecə ikən 150 nəfərədək şəxsi heyəti olan taborumuz həyəcan siqnalı ilə qaldırılaraq, Ağdamın Qalayçılar kəndinə gətirildi. Təxminən bir həftə-on gün Qalayçılarda qaldıq. Bu müddətdə bizim posta 50-60 nəfərlik erməni daşnakı hücuma keçmişdi. Əsgərlərimizin qəhrəmanlığı sayəsində düşmən xeyli itki verərək, geri çəkilməyə məcbur oldu. Sonralar Vüqarla birgə Ağdam və Ağdərə rayonlarının bir sıra kənd və yüksəklikləri uğrunda aparılan hərbi əməliyyatlarda yaxından iştirak etmişik. Bu əməliyyatlar zamanı Vüqar onlarla erməni yaraqlısını məhv edərək, əsl hərbiçi kimi fərqlənmişdi...
Vüqar Vətənini, Xalqını qəlbən sevən əsl döyüşçü, əsl vətənpərvər insan idi... Gözündə qətiyyən qorxu hissi yox idi. Xarakter baxımından mərd, qətiyyətli və intizamlı əsgər idi. Bununla yanaşı, olduqca mehriban, xoş xasiyyəti vardı. Bu müsbət xüsusiyyətlərinə görə Vüqar bütün kollektiv arasında böyük nüfuz və hörmət qazanmışdı...”.
Məlumat üçün qeyd edək ki, şəhid V.Ağasiyevin həyat və döyüş yolundan bəhs edən yazılara H.İsmayılov və E.Malıyevin müəllifi olduqları “Zaqatala şəhidləri” kitabında, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet saytında (http://seferberlik.gov.az/rgminfoall/11001.html) rast gəlmək olar.
Bundan əlavə, V.Ağasiyevin adı Daxili Qoşunların Arxivində saxlanılan Daxili Qoşunlar üzrə “1992-1994-сü illərdə gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı”nda 234-cü sıra nömrəsi ilə qeydə alınması və 67987 saylı hərbi hissənin sıravi döyüşçüsü kimi 01.11.1992-ci il tarixdə Ağdərədə gedən döyüşlər zamanı həlak olması göstərilib.
Vüqar kimi mərd, cəsur silahdaşlarımız Daxili Qoşunların tərkibində xidmətlərini bu gün də şərəf və ləyaqətlə davam etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycanın Silahlı Qüvvələri işğal altında olan müqəddəs torpaqlarımızı yağı düşməndən azad etməyə hər zaman hazırdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Kapitan Anar Əhmədov,
Daxili İşlər Nazirliyinin
Daxili Qoşunlarının zabiti
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM