“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb

10:37 / 21.11.2016

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılıb.

Bu barədə  Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 13 iyul 2016-cı il tarixli 2198 nömrəli sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edib. Mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət müsabiqə komissiyası investisiya müsabiqəsinin əsas şərtlərini müəyyən edib. Şərtlər müəyyən edilərkən özəlləşdirmənin ölkənin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi üçün prosesə cəlb olunmuş məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb.

İnvestisiya müsabiqəsi ilə bağlı elan Komitənin rəsmi internet səhifəsi və Özəlləşdirmə portalında (privatization.az) yerləşdirilmiş, eləcə də “Respublika” qəzetinin 17 noyabr 2016-cı il tarixli, 254 (5705) nömrəli sayında dərc edilib. Elanda səhmdar cəmiyyətinin maliyyə, iqtisadi və texniki göstəriciləri barədə ətraflı məlumatlar əks olunub. Komissiyanın qərarına əsasən, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus 99,22 faiz səhmlərinin özəlləşdirilməsinə maraq göstərən iddiaçılar dövlət büdcəsinə 110 milyon manatdan az olmayan məbləğdə pul köçürməlidir. Eyni zamanda, ümumi həcmi 600 milyon ABŞ dollarının manatla ekvivalentindən az olmayan İnvestisiya Proqramı təqdim etməlidir. 1000 iş yerindən az olmayaraq yeni iş yerləri yaradılmalı, müəssisənin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, habelə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsi təmin edilməlidir. Bununla yanaşı, digər iqtisadi, sosial və ekoloji tələblər yerinə yetirilməlidir.

Qeyd edək ki, komitənin Özəlləşdirmə portalında adıçəkilən səhmdar cəmiyyəti ilə bağlı ətraflı mətn və foto məlumatlar əksini tapıb. Burada müəssisənin yaradılması, istehsal gücü, yerləşməsi, istehsal prosesi, özəlləşdirmədən sonra gözlənilən perspektivlər barədə ətraflı məlumatlarla tanış olmaq mümkündür. Müsabiqə ilə bağlı elanda səhmdar cəmiyyətin hüquqi ünvanı, nizamnamə kapitalı, investisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı, əhatə etdiyi torpaq sahəsi və üzərindəki tikililərin xarakteristikası, işçilərin sayı, səhmdar cəmiyyətin öhdəlikləri və s. barədə məlumat verilib.

Qeyd olunduğu kimi, iddiaçılar 3 illik dövrü əhatə edən İnvestisiya Proqramı (biznes-plan) təqdim etməlidir. Bu Proqramda səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı təkliflər verilməlidir. Bu təkliflər özündə yataqlardakı dəmir filizinin illik hasilatının həcmi (təhlükəsizlik və ekoloji standartlara riayət olunmaqla), yeni iş yerləri, büdcəyə köçürüləcək vəsait, müəssisədə aparılacaq yenidənqurma, tikinti, təmir-bərpa işləri barədə tədbirləri əks etdirməlidir. Şərtlərə əsasən yerli xammal bazasında rəqabət qabiliyyətli və əlavə dəyər yaradan, idxalı əvəz edən, ixrac yönümlü polad məhsulların istehsalı ölkə daxilində təşkil edilməlidir. İnvestisiya Proqramında xammaldan son məhsula qədər istehsal zəncirini əhatə edən klasterin qurulması ilə bağlı təkliflər də əksini tapmalıdır.

Müsabiqə qalibi alqı-satqı müqaviləsi bağlandıqdan sonra bir sıra öhdəlikləri yerinə yetirməlidir. Belə ki, dövlət büdcəsinə ödəmək üçün təklif etdiyi vəsaitin beh şəklində nəzərdə tutulmuş məbləğdən az olmayan hissəsini 30 dekabr 2016-cı il tarixinədək büdcəyə köçürməlidir. 60 təqvim günü müddətində səhmdar cəmiyyətinin əmək haqqı və ona bərabər tutulan borclar üzrə ödənişlərini həyata keçirməlidir. Səhmdar cəmiyyətinin dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına olan borclarının ödənilməsi təmin edilməlidir. Habelə, investisiya qoyuluşunu İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirməlidir. Müsabiqə təkliflərinin qəbulunun son tarixi 19 dekabr 2016-cı il, təkliflərin qiymətləndirilməsinə başlanılması tarixi isə 20 dekabr 2016-cı il müəyyən edilib.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM