Musiqili Teatrda Xalq artisti Mobil Əhmədovun xatirəsi yad edilib

17:35 / 21.11.2016

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Xalq artisti Mobil Əhmədovun 85 yaşı tamam olub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Strategiya.az-a bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb, dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının növbəti nümayişi Mobil Əhmədovun 85 illiyinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Respublikanın Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Mobil Əhmədovun həyat və yaradıcılığı haqqında çıxış edib. T. Pənahqızı aktyorun canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb. “Mobil Əhmədov 40 ilə yaxın Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, müxtəlif səhnə əsərlərində bir-birindən maraqlı obrazlar ifa edib. O, uzun illər “O olmasın, bu olsun” tamaşasında Sərvər rolunu oynayıb. Onun yaratdığı Sərvər tam fərqliydi, özünəməxsusluğu ilə seçilirdi. “O olmasın, bu olsun” tamaşasının bugünkü nümayişinin Mobil Əhmədovun 85 illiyinə həsr olunmasının səbəbi də məhz onun vaxtı ilə bu tamaşada Sərvər obrazını canlandırmasıdır. Allah Mobil müəllimə rəhmət eləsin! Ruhu şad olsun! Onun işıqlı xatirəsi daim bizim qəlbimizdə yaşayacaq”, - deyə T. Pənahqızı bildirib.

Qeyd edək ki, Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncə şəhərində anadan olub. Orta məktəbdə oxuduğu illərdə rəssamlığa böyük həvəsi olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra Azərbaycan Dövlət Konservatoriyasına qəbul olub və görkəmli vokal ustası Bülbülün sinfində təhsil almağa başlayıb. 1961-ci ildə Konservatoriyanı bitirən Mobil Əhmədov radio və televiziyanın xorunda solist kimi fəaliyyətə başlayıb. Elə həmin ilin sentyabrında Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtki Musiqili Komediya Teatrına) dəvət olunub və burada işlədiyi təqribən 40 il ərzində 70-dən çox tamaşada müvəffəqiyyətlə çıxış edib. Sərvər, Əsgər (“O olmasın, bu olsun”, “Arşın mal alan”, Ü. Hacıbəyli), Heydər bəy (“Xəsis”, M.F. Axundzadənin “Hacı Qara” komediyası əsasında. Bəstəkarlar R. Mustafayev və V. Adıgözəlov), Nadir (“Qızılaxtaranlar”, H. Seyidbəyli, T. Quliyev), Zəfər (“Özümüz bilərik”, Ş. Qurbanov, S. Ələsgərov), Bəxtiyar (“Ulduz”, S. Rəhman, S. Ələsgərov), Arzu, Yetim (“Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, Ş. Qurbanov, S. Ələsgərov), Ayaz (“Qayınana”, M. Şamxalov, Z. Bağırov), Alay (“Gözün aydın”, M. Əlizadə, F. Əmirov), Sahib (“Ləpələr”, Ə. Kürçaylı, A. Məlikov), Etibar (“Qızılgül”, M. Əlizadə, S. Hacıbəyov), Rəşid (“Hardasan, ay subalıq?”, S. Qədirzadə, S. Ələsgərov), Qiyas (“Beş manatlıq gəlin”, M.S.

Ordubadi, S. Rüstəmov), Xəzər (“Məmmədəli kurorta gedir”, A. Zeynallı, T. Bakıxanov), Nemət (“Təzə gəlin”, S. Dağlı, C. Cahangirov), Çingiz (“Boşanaq, evlənərik”, Ə. Kürçaylı, V. Adıgözəlov), Murad (“Durna”, S. Rüstəm, S. Rüstəmov), Orxan (“Hicran”, S. Rəhman, E. Sabitoğlu) və yaratdığı başqa çoxsaylı obrazlar yaddaşlara həkk olunub. Yüksək ifaçılıq qabiliyyətinə malik olan M. Əhmədovun 600-dən çox lent yazısı, 40 valı var. Eyni zamanda o, müəllim-pedaqoq kimi Musiqi Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Uşaq Filarmoniyasında və və 22 saylı Musiqi məktəbində tələbə və şagirdlərə vokal sənətinin sirlərini öyrədib. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 2000-ci ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

Mobil Əhmədov 2006-cı il iyun ayının 2-də Bakıda vəfat edib və doğulduğu Gəncə şəhərində dəfn olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM