Siz avtomobili etibarnamə ilə idarə edirsiniz və bu nəqliyyat vasitəsini öz adınıza keçirməyi arzulayırsınız.
Bu gün bir çox sürücülər təkrar qeydiyyatla bağlı sorğular ünvanlayır və hər birinin özünəməxsus, unikal sualları olur. Bəri başdan bildiririk ki, situasiyalar fərqli olsa da, təkrar qeydiyyat eyni prosesdir. Beləliklə...
Nəqliyyat vasitələrinin qeydiyyatı «Yol Hərəkəti Haqqında» qanun və «Nəqliyyat vasitələrinin qeydiyyatı» haqqında Nazirlər Kabinetinin qərarı ilə nizamlanır. Və indi situasiya olaraq sizə təkrar qeydiyyatın xüsusiyyətlərini izah edəcəyik.
1-ci situasiya:
Siz avtomobili etibarnamə ilə idarə edirsiniz və bu nəqliyyat vasitəsini öz adınıza keçirməyi arzulayırsınız. Həmin avtomobil isə qeydiyyatda olduğunuz ərazi üzrə qeydiyyatdadır.
Bu zaman sizin iki çıxış yolunuz var. Ya siz avtomobili satan şəxslə alqı-satqı müqaviləsi bağlamalı, ya da etibar etdiyiniz bir insana bu avtomobili bağışlamalı və ya satmalısınız.
Məsləhət görürük ki, avtomobili alqı-satqı müqaviləsi ilə elə ilk vaxtdan adınıza keçirəsiniz. Əgər satan şəxsin sizə alqı-satqı müqaviləsi verməyə vaxtı yoxdursa, onda bir müddət etibarnamə ilə avtomobili idarə edə bilərsiniz. Amma unutmayın, sonradan problem yaşamamaqdan ötrü maşını adınıza keçirməyi yubatmamalısınız.
Bunun üçün ilk növbədə satan şəxslə avtomobilin qeydiyyatda olduğu DYP İmtahan-Qeydiyyat şöbəsinə müraciət etməniz lazımdır. Orada kassada rəsmi olaraq:
-17 man. – Qeydiyyat şəhadətnaməsi üçün
-22man. – Qeydiyyat nişanı üçün
-20 man. – Texniki baxış rüsumu (avtomobil texniki baxışdan keçməyibsə)
-10 man. - Uçot-qeydiyyat əməliyyatına görə ödəməlisiniz.
Hər bir ödəniş üçün ayrıca qəbziniz olmalıdır. Daha sonra alqı-satqı müqaviləsi bağlamalısınız.
Bunun üçün sizə lazımdır:
- Avtomobilin qeydiyyatdan çıxarılması ilə bağlı ərizə (satan şəxs verir)
- Avtomobilin qeydiyyata alınması ilə bağlı ərizə (alan şəxs verir)
- Alqı-satqı müqaviləsi
- Şəxsiyyəti təsdiq edən sənəd
- Ödənişləri təsdiqləyən qəbzlər
Əgər avtomobilin sahibi dövlət qeydiyyat nişanına sahiblik iddiası etmirsə, bu zaman dövlət qeydiyyat nişanı dəyişdirilməyə də bilər.
YHQ – 29-cu maddə, 3-cü bənd.
Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin II hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Beləliklə, 45 dəqiqə ərzində avtomobil hüquqi cəhətdən sizə məxsus olacaq.
2-ci situasiya:
Avtomobil ayrı bir ərazidə, siz isə digər ərazidə eydiyyatda olduğunuz (məsələn, avtomobil Bakıda, siz isə Beyləqanda qeydiyyatdasınız) zaman qeydiyyat necə aparılır? Siz avtomobilin qeydiyyatı üzrə DYP QİM-nə getmirsiniz. Satan şəxslə alqı-satqı müqaviləsi bağlayırsınız. Qeydiyyatda olduğunuz ərazi üzrə qeydiyyat əməliyyatı aparıldıqda avtomobil köhnə qeydiyyat ərazisindən avtomatik şəkildə çıxmış hesab olunur. Bu zaman yuxarıda sadalanan rüsumları da ödəməlisiniz.
3-cü situasiya:
Siz satan şəxsi tanımırsınız və ya onunla əlaqəniz kəsilib. Bu zaman siz avtomobili satan şəxs qismində iştirak edirsiniz (əgər baş etibarnamə sizə bu hüququ verirsə). Alqı-satqı müqaviləsini (bağışlanma müqaviləsi də ola bilər) yaxın bir adamınızla bağlayırsınız. Bu situasiyada da sadalanan rüsumlar ödənilir və həmin avtomobil o şəxsin adına keçir. Daha sonra eyni qaydada, bu dəfə qeydiyyat şəhadətnaməsini alan şəxs sizə alqı-satqı müqaviləsi (bağışlanma müqaviləsi də ola bilər) verməklə maşın adınıza keçir. Burada qeydiyyat rüsumları təkrarən ödənilməlidir.4-cü situasiya:Avtomobili satan şəxs həyatdan köçüb. İlk olaraq bunu bilməlisiniz ki, etibarnamə verən fiziki şəxsin ölməsi həmin etibarnamənin hüquqi qüvvəsinə xitam verir. Bu zaman sizə həmin şəxsin avtomobilə aid olan vərəsəsini tapmaq lazımdır. Vərəsəlik arayışı olan şəxslə yenə eyni qaydada müqavilə imzalayaraq avtomobili adınıza keçirə bilərsiniz. Rüsumlar yenə dəyişməz olaraq qalır.Sizə belə “həngamə” lazım deyilsə, məsləhət gördüyümüz kimi, elə öncədən alqı-satqı müqaviləsi bağlayın ki, işiniz rahat olsun.
Dj.Tural / Avtostop.tv
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM