NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısı bır sıra tərəflərilə yadda qaldı. Regionda baş verən hərbi münaqişələrin əsas müzakirə mövzusu olduğu toplantı Türkiyənin bölgədə əsas güc mərkəzi olduğunu bir daha təsdiqlədi. Mötəbər tədbirin Azərbaycan üçün də bir sıra özəllikləri oldu. Ən başlıcası strateji müttəfiqimiz olan Türkiyənin regiondakı siyasi və hərbi gücü etiraf edilmiş oldu. İkincisi, ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinə dair sənəd qəbul olundu ki, bu Azərbaycan üçün çox ciddi əhəmiyyət kəsb etdi. Üçüncüsü, erməni deputatlar müzakirələr zamanı ifşa olundular. Onların qeyri-peşəkar, səhvlərlə dolu sualları Türkiyə rəsmilərinə İrəvanı ifşa etmək və pis niyyətli olduqlarını sübut etmək üçün imkan yaratdı.
NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısının əhəmiyyətini şərh edən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov hesab edir ki, regiondakı gərginlik fonunda Ankarada belə bir mötəbər tədbirin keçirilməsi qardaş Türkiyənin bölgənin aparıcı aktorlarından olduğunu sübut edir: “Müzakirələrdən də göründü ki, Türkiyənin bölgədə baş verən proseslərlə bağlı mövqeyi aydındır. Rəsmi Akara münaqişəli vəziyyətdə olan ölkələrin heç birinin ərazi bütövlüyünə şübhə ilə yanaşmır. Halbu ki, orada bəzi şəhərlər tarixən Türkiyənin ərazisi olub. Həmin şəhərlərdə bu gün çoxlu sayda türklər yaşayır və Türkiyədən dəstək umurlar. Amma Ankara ərazi bütövlüyü məsələsində beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşır. Türkiyənin bu cür aydın və ədalətli mövqeyi onun bölgədəki nüfuzunu daha da artırır. Bütün dünya anlayır ki, Türkiyənin iştirakı və razılığı olmadan bölgədə heç bir problem həllini tapa bilməz”.
Rufiz Qonaqov bildirir ki, NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısında onun diqqətini çəkən əsas məsələlərdən biri erməni deputatların təxribat xarakterli suallarının türkiyəli rəsmilər tərəfindən peşəkarcasına cavablandırılması olub: “Türkiyə Silahlı Qüvvələrinin Qərargah rəisi Hulusi Akar erməni deputatın “Əsgərlərinizi Suriyadann nə vaxt çıxacaq” sualına cavab olaraq dedi ki, Türkiyə Suriyadakı proseslərdə iştirak etmədiyi üçün bu sual ya cahillikdir, ya da bəd niyyətdən xəbər verir. Qərargah rəisi erməni deputation bu sualını haqlı olaraq “tərbiyəsizlikdir, iftiradır, yalandır, əxlaqsızlıqdır" kimi cavablandırdı. Təbii ki, deputat bu sualı verməzdən öncə özünü əziyyətə verib regionda baş verən prosesləri öyrənməli idi. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da erməni deputatın sualına arqumentlərlə cavab verdi. Bildirdi ki, erməni deputat Ankarada özünü sülh mələyi kimi aparır. Amma Dağlıq Qarabağın işğaldan azad olunmasını tələb edən BMT qətnamələri İrəvan tərəfindən qulaqardına vurulur. Qondarma erməni soyqırımı ilə bağlı da erməni deputatlar kəskin cavab alaraq, yerində otuzduruldular”.
Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzovun Ankaradakı çıxışına toxunan Rufiz Qonaqov bildirdi ki, cənab Novruzov NATO PA-nın prezidenti Maykl R.Turnerə ünvanlandığı sualla əslində Ermənistanın iç üzünü açıb göstərdi: “Doğrudan da, Ermənistan Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün əleyhinə səs verdiyi halda, İrəvan qonşuluq siyasətindən danışır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. İllərlə Türkiyəyə qarşı ərazi iddiasındadır. Gürcüstan torpaqlarına ərazi iddiası var. Belə olan halda Ermənistanın mötəbər tədbirlərə dəvət olunmasının özü absurd görünür”.
Rufiz Qonaqova görə, ümumiyyətlə, dünya ermənilərin qaragüruh bəyanatlarından, intriqalarından yorulub: “Həm başqa bir dövlətin ərazisini işğal et, həm də özünü fağır, əzilən millət kimi apar, buna heç kəs inanmayacaq. Dünya Ermənistanın işğalçı, hiyləgər dövlət olduğunu artıq qəbul edir. Amma təəssüf ki, işğalçıya qarşı adekvat addımlar atılmır. Bütün hallarda mötəbər tədbirlərdə Azərbaycanın problemlərinin dilə gətirilməsi, işğalçı Ermənistanın ifşa olunması vacibdir və bu, münaqişənin bizim maraqlarımız çərçivəsində həllinə müsbət təsir göstərir”.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM