Belə ki, Vidadi Quliyev Şirvan Elektrik Stansiyasında növbə rəisi işləyirmiş, ali təhsilli mühəndisdir, Qarabağ müharibəsi iştirakçısıdır.
Hadisə stansiyanın 5-ci blokunun işə salınmasına hazırlıq mərhələsində baş verib. Prosesdə iştirak edən növbə rəisi Vidadi Quliyevin ayağı sürüşərək pilləkənlərdən yıxılıb.
Xatırladaq ki, bu gün günorta saatlarında Şirvan Elektrik Stansiyasının 52 yaşlı əməkdaşı Quliyev Vidadi Mustafa oğlu hündürlükdə, enerji blokunda işləyərkən yıxılaraq hadisə yerindəcə dünyasını dünyasını dəyişib.
Virtualaz.org saytının Şirvan bürosunun əldə etdiyi məlumata görə, iş başında dünyasını dəyişmiş Vidadi Quliyev ARDNŞ-in Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin qardaşıdır.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırmalara başlanılıb.
Strategiya.az