Strategiya.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, toplantıda çıxış edən Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, eləcə də hərbi tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi barədə məlumat verib.
Z. Həsənov toplantıda çıxış edərək 2017-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışıb, bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb.
Bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.
Hərbi xidmətdə fərqlənən bir qrup zabitə medallar təqdim olunduqdan sonra müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ərazisində Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin yeni inşa edilən binasında görülən işlərlə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.