Çox da uzaq keçmişdə verməmişdik bu məlumatı. Həmin xəbərdən sonra dəyişən hava şəraiti onu unutdurmadı desək, daha doğru olar.
Elə həmin günlər idi respublikanın bütün regionlarında yağış və qar yağmağa başladı. Həmin vaxtdan bugünə kimi yağmaqda davam edir. Düzdür, ara-sıra hava mülayimləşib, amma bu, çox az olub. Yəni ümumilikdə götürsək, havalar Azərbaycan iqliminə xas olmayacaq şəkildədir. Yəni artıq qış fəsli gəlməmiş qış sərt üzünü göstərir.
Düzdür, Azərbaycanlı ekoloq və iqlimşünaslar Avropalı həmkarlarının “sərt qış” xəbərdarlığı ilə əvvəlcə razılaşmamışdılar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova qışla bağlı proqnoz verməyin hələ ki tez olduğunu bildirmişdi.
O, ötən il bu ayda Xınalığa bu qədər qar düşmədiyini bildirsə də, əvvəlki illərdə də Qubanın dağlıq ərazilərində qar qeydə alındığını vurğulamışdı. Bütün bunlara baxmayaraq o, bu hadisənin qışın sərt keçəcəyi ilə əlaqələndirməyi doğru hesab etməyib. Qışla bağlı proqnozu dekabr ayında verəcəklərini demişdi.
Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov da oktyabr ayında bu cür hava şəraitinin normal olmadığını qəbul etsə də, çox da dəhşətli soyuqlara ehtimal vermədiyini bildirmişdi. Lakin o, həm də avropalı alimlərin fikirlərini tam inkar etməmişdi.
Son iki ayda ölkə razisində müşahidə olunan hava avropalı alimlərinin fikirlərinin gerçəkləşəciyini istisna etmir. Əslində, sentyabr ayında son 40 ilin ən güclü yağışının yağması qışın sərt keçəcəyinə bir işarə idi. Yağış nədir ki, oktyabr və noyabr ayındakı qarlara baxanda…
Bu il 44 ildən sonra ilk dəfə oktyabr ayında qar yağıb. Oktyabr ayında Aran rayonlarına qarın yağması 1972-ci ildən sonra ilk olub.
AMEA Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyir ki, İmişlidə bu hal 1972-ci ildən sonra ilk dəfə yaşanıb. Azərbaycanda bu ayda yalnız dəniz səviyyəsindən 2000 metr yüksək olan ərazilərə qar yağıb. Oktyabrda ölkə ərazisinə düşən yağıntının miqdarı da normadan çox olduğunu deyən alim bunun anomal olduğunu bildirib.
Alim 44 il desə də, rayon sakinlərinin sözlərinə görə, bu tarix daha qədimdir. Yaşı 60-ı keçən İmişli sakinləri bu ayda qarın son 60 ildə görünməyən təbiət hadisəsi olduğunu deyir. Az qala qışda qara həsrət qalan imişlililər üçün payızda yağan qar əsl sürpriz oldu.
Havaların qəfil soyuması heyvanları da çaş-baş saldı. Bu günlərdə İsmayıllının Kürdmaşı kəndində ilanlar kütləvi halda hərəkət etməyə başlayıb. Astroloqlar bunu sürüşmə, zəlzələ ilə əlaqələndirsələr də, Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov əsas səbəbi açıqladı. Səbəb soyuqların vaxtından əvvəl başlaması və ilanların bir az Günəş parıltısını hiss edən kimi hərəkətə keçməsi imiş. Yəni vaxtından əvvəl başlayan soyuqlar heyvanların da sistemini dəyişdi.
Bütün bunlardan sonra 100 ilin ən soyuq qışının gəldiyinə inanmamaq olmur. Avropalı ekoloqların fikrini xatırlatmağı borc bilirik ki, indidən mümkün hazırlıqlarınızı görün. Çünki bu soyuqlar əvvəlkilərdən fərqlənəcək.
Nəzərə alsaq ki, noyabrın 23-24-də havanın minimal temperaturu 0-4 dərəcə şaxta təşkil edəcək o zaman Azərbaycanda sərt qış günlərinin başladığını deyə bilərik.
Qış aylarında ən aşağı temperatur yanvarda və fevralda müşahidə ediləcək. Hətta mart ayı da soyuq olacaq. Yalnız apreldə bir az temperatur yüksələcək.Avropalı alimlər hələ ki, “buz dövrü”nün başlamadığını deyir.
Kembric universitetinin alimləri isə bu cür soyuqların 15 ildən sonra daha dəhşətli vəziyyətə səbəb olacağını düşünür. Onların fikrincə, dünyada temperaturun kəskin aşağı düşəcək.
Alim Valentin Jarkovun sözlərinə görə, 15 ildən sonra Günəşin fəallığı 60 faiz aşağı düşəcək. Bu, Yer kürəsinin hərarətinin azalmasına səbəb olacaq. Xüsusilə Şimal yarımkürəsinə ciddi təsir edəcək.
Alim əlavə edib ki, yeni buz dövrü təxminən 30 il davam edəcək. Ehtimal olunur ki, bu illər ərzində fəsillərin dəyişkənliyi nəticəsində ərzaq çatışmazlığı yaranacaq və dünyada bir çox güclü sürüşmələr meydana gələcək. Əlbəttə, bu fikirlərə də qarşı çıxanlar da var.
Amma qarşı çıxmaqla deyil ki, təbiət öz sözünü deyir./oxu.az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM