"Facebook"un rəhbəri Mark Zukerberq bəyan edib ki, sosial şəbəkələrdə bütün saxta profillər bağlanacaq.
Bu yaxınlarda xarici KİV-ə açıqlama verən Zukerberq bildirib ki, hazırda saxta profillərin bağlanması ilə əlaqədar ciddi işlər görülür. Prosesə nə zaman başlanacağı bəlli deyil.
Zukerberqin fikrinə istinad edərək qeyd etmək olar ki, "Facebook"da "böyük təmizləmə" əməliyyatı sosial şəbəkənin Azərbaycan seqmentində saxta profillərin bağlanmasına səbəb olacaq.
Xatırladaq ki, Milli Məclisin sonuncu iclasında bu məsələyə xüsusi yer verilmişdi. Saxta profillərdən şikayətlənən bəzi deputatlar təhqir və böhtan xarakterli statuslara görə istifadəçilərin cinayət məsuliyyəti daşımalı olduğunu bildiriblər.
Bir neçə gün öncə baş prokuror Zakir Qaralov təşəbbüs hüququndan istifadə edərək Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə yeni bir qanun layihəsi göndərib.
Qanun layihəsinə görə, Cinayət Məcəlləsinə 148-1-ci maddə əlavə olunur. Əlavəyə əsasən, sosial şəbəkələrdə saxta profil və adlar vasitəsilə şəxslərə böhtan atanlar, təhqir edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Strategiya.az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz azvision.az-a deyib ki, təkcə ölkəmizdə deyil, bütün dünyada saxta profillərlə bağlı problemlər yaşanır. Onun sözlərinə görə, saxta profillərin bağlanması mümkündür:
"Sosial media resurslarının sahibləri tərəfindən saxta profillərin qarşısının alınması istiqamətində işlərin aparılması kifayət qədər ciddi addımdır. Hesab etmirəm ki, bununla nəyəsə nail olunmaq olar. Bu cür qurumlar biznes qurumları olduğu üçün maraqlıdırlar ki, orada liberal mühit olsun və pul qazansınlar. Sosial resurs sahiblərinin sərtləşmə aparacağına inanmıram. Bu, mənim üçün inandırıcı deyil. Bizdə də saxta profil problemləri var. Azərbaycanda indiyə qədər olan qanunvericiliklə təhqir, böhtanla bağlı məsələləri tənzimləmək üçün yetərincə müddəalar var. Cinayət Məcəlləsində cinayət məsuliyyətini əks etdirən maddə mövcuddur. Amma saxta profillərlə bağlı yeni müzakirəyə çıxarılan təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, anonimlik altında olanda cinayət məsuliyyəti yaransın. Biz burada bir qədər ehtiyatlı yanaşmağın tərəfdarıyıq".
O.Gündüz qeyd edib ki, saxta profillər, anonimliklə bağlı cinayət məsuliyyətinin nəzərdə tutulması bu sırada olan problemlərin aradan qaldırılması üçün yetərli deyil. "İnternet fəlsəfəsi, qloballığı baxımından bunun mexanizmi mürəkkəbdir. Bundan sui-istifadə halları kifayət qədər ola bilər".
Ekspertin sözlərinə görə, Azərbaycanda saxta profillərin açılması kütləvi hal almayıb: "Monitorinqlər göstərir ki, sosial medianın faydalı tərəfləri çoxdur. İnsanlar sosial media üzərindən biznes layihələri həyata keçirib, pul qazanırlar. Saxta profillərə gəlincə, bu təkcə bizdə deyil, dünyanın, demək olar ki, bütün ölkələrində mövcuddur. Bunun qarşısını almaq real görünmür".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM