"Avtoş"luq edən məmur balasının həbsi yalan çıxdı

10:20 / 19.04.2014

240 surətlə gedən Yevlax gömrüyünün rəisinin oğlu imiş
 
Sosial şəbəkədə ən çox baxılan videoroliklərdən biri də aeroport yolunda 2 avtomobilin sürət yarışına çıxması haqdadır. Videorolikdə “BMW X6" və ”Lada Priora" markalı avtomobillərin sürücülərinin ötüşdürdükləri əks olunur. Bir-birini ötmə yarışında hər iki avtomobilin sürət həddi 240 km/s-dan çox olub.

“Bizim yol” qəzeti məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. E.Zahidov deyib ki, söhbət sürət həddinin aşılmasından, yol hərəkəti qaydasının pozulmasından gedirsə, müvafiq tədbir görülür: “Radarlar, videomüşahidə cihazlarımız qeydə alırsa, sözsüz ki, sürücü barədə tədbir görülür”.

Rəis müavini “DİN əməkdaşları xuliqanların kim olduğunu videogörüntülərlə araşdıra bilirlər” sualına belə cavab verib: “Radarlar həmin görüntüləri çəkibsə, yəni onların hərəkəti radarlara düşübsə, adi qaydada digər sürücülər kimi, onlar da dəvət olunur və inzibati qaydada cəzalandırılır”.

E.Zahidov vurğulayıb ki, sürət aşılıbsa və həmin sürət həddinin aşılması, qayda pozuntusu radarlara düşübsə, müvafiq qaydada da tədbir görüləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədov isə deyib ki, artıq avtoxuliqanların kimliyi onlara məlumdur: “Axtarışları barədə iş gedir. Sənədləşdirilən kimi ad-soyadlarını sizə deyəcəm. Söz verə bilmirəm ki, bu gün onları tutacam, sənədləşdirib sizə bildirəcəm. Hər halda, nəzarət gücləndirilib, o maşınların axtarışı ilə bağlı iş davam edir”. V.Əsədov deyib ki, web-saytlarda olan məlumatları izləyir, reaksiya verirlər: “Kimsə qaydanı pozub onun görüntülərini KİV vasitəsilə yayırsa, bunun məsuliyyətini də dərk etməlidir. Bundan əvvəl də 3 nəfər belə qayda pozuntusunu videolentə alıb, saytlarda yerləşdirmişdilər. Onların 3-ü də saxlanıldı və sürücülük hüququndan məhrum edildilər”. 

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı vəkil Cavad Cavadovun fikrini öyrənib. Vəkil deyib: “Görüntülərdə avtomaşınların yüksək sürətlə idarə edilməsi göstərilsə də, bu həmin şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Çünki ”Yol Hərəkəti haqqında" Qanunun 83-cü maddəsinin 3-cü hissəsinə əsasən, müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Qanunun mənasına görə sürət həddinin aşmasının müəyyən edilməsi yalnız xüsusi cihazlarla ölçülür və bu hallar inzibati xəta haqqında icraata başlamaq üçün səbəb ola bilər. Bu səbəbdən bu görüntülər bunu etməyə əsas vermir".

Vəkil bildirib ki, digər tərəfdən həmin görüntülərin nə vaxt aparılması da sual altındadır: “Çünki İnzibati Xətalar Məcəlləsinin 36.1. maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər”.

Virtualaz.org saytı DİN-dəki mənbəyə istinadən yazıb ki, avtomobillərin sahibləri Yevlax gömrüyünün rəisinin oğlu, DİN-də işləyən Həsənov Tural Əhməd oğlu və onun dostu Abdulbağırov Rahib olublar.

DİN avtomobillə xuliqanlıq edən məmur balalarını saxlayıb və az sonra məhkəmənin qərarı ilə yüksək rütbəli gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edilib. Onun “BMW X6" avtomobili ilə yarışa çıxdığı bildirilir.
Həmçinin T.Həsənovu polis sıralarından qovublar. Digər avtoxuliqan isə 15 sutka həbs cəzası alıb.

Məlumata görə, hüquq-mühafizə orqanları oliqarxların və məmurların qanunları tapdalayan balalarına qarşı yeni həbslər həyata keçirməyə hazırlaşır.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM