Aparıcı Mətanət: "Arxamca gələn şəxs birdən əli ilə ağzımı tutmağa çalışdı... Onu məcbur elədim ki, məni öp"

11:40 / 19.04.2014

Onu radiodan tanıdıq. Həyəcanlı səsi ilə böyüdük. Yasamalda liftin şaxtasına düşən uşağın ölüm xəbərini amansız oxudu. Amma efirdə hönkürtü ilə ağlayan, rəfiqəsi olmayan, tələbəlik illərini evliliyə  dəyişən, qarşılıqsız ilk sevgi yaşayan, onu sevənin vaxtsız ölümünü görən də odur.

 ”ATV Olayı” “Gündəlik” verilişə dəyişən Mətanət Əliverdiyeva Kulis. Az-ın "Yeməli Söhbət" lahiyəsinin qonağıdır. Bundan belə "Yeməli Söhbət" layihəsini Nizami Muzeyindən Azərbaycan kinoteatrı istiqamətində gedən yolda, Əziz Əliyev 33 ünvanında yerləşən “Künefe evi”ndə edəcəyik.

 Mətanət xanımla müsahibəyə gedəndə tıxaca düşdük. Və artıq Bakıda tıxacın olmağı yox, olmamağı xəbərə çevrilib. Mətanət xanım "Künefe evi"nə məndən qabaq çatmışdı. Künefe və çay sifariş verib məni gözləyirdi. Mən də çayla künefe sifariş verirəm və müsahibəyə başlayırıq. Yəqin oxucu bizi kabab süfrəsində görməyə alışıb. Amma məndən sizə qardaş sözü. Az yeyin o kababı. Kafelərdə oturub, "4 lülə, 4 tikə ver" sözü sizi yormayıb? Hələ üstəlik ofisianta "altına lavaş, üstünə soğan qoymağı unutma" deməyimiz də var. Məclisin sonuna yaxın "bir içalat da ver" söyləyirik. Ən axırdakı “almanın üstünə nanə tök gətir” söhbətini başa düşsəm, vallah rahat ölərəm. Qardaşım, vallah klinikalarda ürək, böyrək həkimləri supu içib bizi müalicə edəndən sonra “yeyib-içməyindən qalma” sözü onun özündən başqa heç kimə xidmət etmir. Siz o gülərüz kardioloqun əlində qabırğa kababı, qarşısında rus arağı, damağında siqaret gördünüzmü? Deyəsən "Kurtlar Vadisi"ndəki Ömər Baba kimi çox məsləhət verdim. Başlayaq müsahibəyə.

  -  Mətanət xanım, sevdiyiniz yeməklər hansılardır?

 - Ümumiyyətlə mən  qurmanam. Amma son vaxtlar ağzımı danışmaq üçün açıram. Son zamanlar kökəlməmək üçün yemək yemirəm. Sevdiyim yeməklər isə dolma və dovğadır.

 - Özünüz nə bişirirsiniz?

 - Özüm heç nə bişirmirəm. Hazır yeməklər yeyirəm. Əvvəl sevirdim, indi sevmirəm. Bacım bu işdə mənə kömək edir. Demək olar ki, məni o tənbəlləşdirib və evdə heç bir işgörmürəm.

 - Yemək sizin üçün nədir?

 - Mən günlərlə yeməksiz qala bilərəm. Axşam evdə yüngül bir şey yeyirəm ki, immunitetim korlanmasın.

 - Sizcə, bizim restoranlarımızda çeşid normaldırmı?

 Mən yağlı yeməkləri sevmirəm. Məsələn, plovu yağlı yeyə bilmirəm. Həm də bir xasiyyətim var. Yeməyi yeməmişdən qabaq onu iyləyirəm. Ona görə kimsənin xətrinə dəyməyim deyə, evdən başqa çalışıram heç harda yemək yeməyim. Amma restoranlarımızın mətbəxi nə qədər yenilənsə də kababdan başqa yemək yemirik. Çünki restoranların menyusunda olan yeməklərin əksəriyyətini ev şəraitində bişiririk.

 - Birinci suala cavab verəndə dediniz ki, kökəlməmək üçün yemək yemirəm. Ümumiyyətlə dieta saxlamaq çoxmu vacibdir?

 Dieta bir az fərqli bir şeydir. Çünki hər insanın orqanizmi fərqlidir. Məsələn, mən bir az artıq yemək yesəm özümü yaxşı hiss etməyəcəm. İndi burda künefə yedim. Bu o deməkdir ki, evdə yemək yeməyəcəyəm.

 Bizim ölkənin mətbəxi necədi?

  Biz ötən yay Fransada “Ford-Boyard” çəkilişində olanda yeməyə yemək  tapmırdıq. 9 gün çox bərbad vəziyyətdə qidalandıq. Hətta restorana da getdik ki, bəlkə burda yeməklər pisdir. Restoranda balıq qızartması sifariş verdik. İnsafən balıq dadlı idi. Amma balığın yanında makaron verdilər. O bizim iştahımızı küsdürdü. Ümumiyyətlə mənim üçün ən yaxşı mətbəx Azərbaycan mətbəxidir.

 "Ford-Boyard" barədə bir az danışaq...

  Ora maraqlı idi, amma yeməkləri nəzərə almasaq. Səhər saat 7-dən  günorta 13.00-a qədər çəkiliş edirdik. Çəkiliş bitəndən sonra bufetə girirdik. Bufetə yağ iyindən girmək olmurdu. Hamımız  bufetə burnumuzu tutub girirdik. Məcbur olub axşam oteldə Fast-food yeyirdik.

  Spirtli içkilərlə aranız necədir?

 Çox pis. Ümumiyyətlə spirtin iyini götürmürəm. Adi iynə vuranda belə dərini spirtlə silirlər, amma mən spirtin iyini götürmədiyimə görə onu ətirlə əvəzləyirəm.

 Azərbaycanın hansı  bölgəsinin mətbəxinin sevirsiz?

 - Cənub bölgəsinin mətbəxini sevirəm, əsas da ləvəngini. Amma o yeməyi çox yeyə bilmərəm. Mənim ümumiyyətlə ağır yeməklərlə aram yoxdur. Məsələn, bir yerə qonaq getmişəmsə və orda  xəmir xörəyi bişirilibsə bu o deməkdir ki, mən ac qalacam.

 - Bizim efir adamlarının görünüşü sizi qane edir?

 - İkinci övladım dünyaya gələndən sonra məndən asılı olmayan səbəblərdən bir az kilo almışdım. Amma təcili bu işin üstünə düşdüm və 14 kiloqram arıqladım. Zatən efir insanı göründüyündən 7-8 kiloqram çox göstərir. Mənə həmişə deyirlər ki, efirdə çox kök görünürsən. Efir adamı həmişə formada qalmalıdı. Bu gün bizdə bəzi qadın aparıcılar var ki, çox açıq-saçıq geyinir. Amma açıq-saçıq geyinmək mənim tərzim deyil. Məncə, bir qadın  kökdürsə o, köklüyünü geyimlə ört-basdır etməlidir.

 - Mətanət xanım, neçə ildir bu sahədəsiz?

 Gələn il 20 il olacaq.

 - Bu müddət ərzində yəqin ki, maraqlı əhvalatlarınız olub...

 - O qədər olub (gülür). Gecə Sumqayıtdan, ad günündən qayıdırdım. Hiss etdim ki, arxamca kimsə gəlir. Qorxu hissi keçirtdim. Arxamca gələn şəxs birdən əli ilə ağzımı tutmağa çalışdı. Amma onu xeyli döydüm. Maraqlı bir əhvalat da olub. 9 yaşım var idi. Həyətdə uşaqlarla oynayırdım. Anam 6 kiloqram gilas almışdı. Mənə dedi ki, gəl gilasın tumun çıxart. Sizcə, hansı uşaq oyunu yarımçıq qoyub gilas tumu çıxardar? Dedim, gəlmirəm. Sonra anam gəldi uşaqların içində məni vurdu. Mən də anamın qolun elə dişlədim ki, bütün dodağım qan oldu. Anamın əlinə altı tikiş qoyuldu. Axşam atam anamın əlini sarğılı görəndə anam məsələni danışdı. Atam mənim tərəfimdə oldu. Dedi ki, uşaqların içində niyə döymüsən? Ona görə də, yaxşı edib.

 Üç yaşımdan bağçaya getmişəm. Bağçada lider idim. Kim evdən nə gətirirdisə, deyirdim hamısını gətirin yığın bura. Yaxşı konfetləri, peçenyeləri özüm tək yeyirdim. Bağçada bir oğlan var idi, mən onu sevirdim, amma o məni sevmirdi. Onu bir dəfə məcbur elədim ki, məni öp. O da ağlayıb anasını çağırdı.

 Məni sonra qonşumuz sevdi. Heç bilmirdim ki, o, məni həqiqətən sevir. Ailə həyatı qurandan sonra o anama deyib ki, onu niyə verdiz, mən onu sevirdim axı. Sonra həmin oğlan dünyasını dəyişdi. Nədənsə məni sevən oğlanlar dünyasını dəyişir.

 - "ATV Olay"dan bir az danışaq.

 - O mənim yaralı yerimdi. Çox reytinqli, maraqlı veriliş idi. Hamı onu qəbul edirdi. Məni hələ təzə verilişim olan “Gündəlik”lə tanıyan yoxdur. Hamı "ATV Olay"la tanıyır. "ATV Olay" çox güclü layihə idi. Bir yaşını qeyd etdik və elə bir yaşında qaldı "ATV Olay".

 

- Mətanət xanım, "ATV Olay" bu qədər reytinq qazanmışdısa, bu qədər sevilirdisə , bəs niyə bağlandı?

 - Mən “ATV Olay”ın bağlanmasının səbəbin bilmədim.  Belə məsləhət bildilər. Rəhbərlik ola bilsin məni sınamaq istədi. Məncə, sınaqdan üzüağ çıxdım. Yəni həm "ATV Olay"ın öhdəsindən gəldim, həm də "Gündəlik" verilişinin. Yəni mən ciddi verilişi də, şounu da apara bilərəm.

 - “ATV Olay” formatında başqa kanalda veriliş olsa gedərsiz?

 - Yox getmərəm. Amma mən "ANS"də işləyəndə də fikirləşirdim ki, burdan heç hara getmərəm. İnsan bəzən ata-anasından da küsür. Elə bir insanam ki, əgər orda üzümə gülmürlərsə, orda qalmıram. "ATV"də hamı məni sevir. Burda yaradıcı adamlar üçün hər şərait var, yəni sıxma-boğma yoxdur. Amma "ANS"  haqda çox təəssüf ki, bu fikirləri deyə bilməyəcəm.

 - "ATV Olay"da oxuduğunuz xəbərlər əhval-ruhiyyənizə necə təsir  edirdi?

 - Bəzən elə bir xəbər olurdu ki,  efirdə ağlayırdım. Uşaq ölümlərinə dözə bilmirəm. Bəzən elə faciəli uşaq ölümləri olub ki, efirdən çıxıb hönkür-hönkür ağlamışam. Yasamal rayonunda bir uşaq liftin şaxtasına düşmüşdü və o uşağın bir neçə dəqiqə can verməsi, əzab çəkməsi məni məhv elədi.

 - Əgər sizə yaxın bir adamın başına nəsə faciəli bir hadisə gəlsə, o xəbəri efirdə oxuya bilərsiz? Yəni gücünüz çatar ona?

 - Əlbəttə çatar. Anam həmişə mənə deyərdi ki, sənə güllə dəysə gülləni çox rahat dartıb çıxardarsan. Nə qədər ürəyi yumşaq olsam da,  bəzən soyuqqanlı olmağı da bacarıram.

 - Tələbəlik illərinizi necə xatırlayırsız?

 - Tələbəlik illərim olmayıbErkən ailə qurduğum üçün eləcə gedib-gəlmişəm.

 - Ovla aranız necədi?

 - Heç yoxdur. Bir dəfə tüfəng atdım. Bir ay çiynimin ağrısından gəzə  bilmədim. Mənə deyin savaşmaq, deyim hə. Ov edə bilməməyim həm də ilimdən  asılıdır, ilim öküz ilidir, bürcüm balıqdır. Mən daha çox ilimə bağlı insanam.

 - Sosial şəbəkələrdə görünmürsüz...

 - Sosial şəbəkələrə qəti marağım yoxdur. Məni heç vaxt orda görməyəcəksiz. Öz şəklimi, ya övladlarımın şəklini çəkib Facebooka qoymaq xasiyyətimə uyğun deyil. Telefonuma baxsaz görərsiniz ki, orda foto-video yoxdur. Mən belə şeyləri sevmirəm.

 Toylarla aranız necədi?

 Çox sevirəm toyları. Ümumiyyətlə şənlik olan bütün yerləri sevirəm. Amma toylarda çox az yeyirəm. Amma bizim toylarda çeşid həddən artıq çoxdur. Hətta o qədər şirə içirik ki, mədəmiz dolur. Bir dəfə toya getmişdim, orda birinci aşı gətirdilər, sonra digər yeməkləri. Bu çox yaxşı bir şeydir. Çünki düyünün həzmi çox çətindir və bizdə düyü gələndə adam demək olar ki, tam doyur.

 Amma biz hamımız toydan söhbət düşəndə pisləyirik, yeməklərin sayının çoxluğundan şikayət edirik. Amma öz öz toylarımızda kütlədən fərqlənmirik. Siz necə, övladlarınızın toyunu standart edəcəksiz?

 Biz bu problemi nə qədər desək də, gərək beynimizdə dəyişiklik olsun. Mən bu gün toy edirəmsə, o qədər çeşid mənim nəyimə lazımdır? Məsələn, toyuğun soyutması, qızartması, bozartması. Aləm qarışır bir-birinə. Kimə lazımdır axı bu? Göbələyi qatırıq paytaxt salatına. Təsəvvür edin, yaşıl noxudla göbələk necə uyğun gələ bilər? Buna görə də  toylarda zəhərlənmələr olur. Yəni ardıcıllıq çox pozulur. Qismət olsa övladımın toyun  fərqli edəcəm. 100 adam çağıracam, 101-ci olmayacaq. Həm də fərqli  yeməklər olacaq.

 - Mətanət xanım, siz çox gözəl rəqs edirsiz. Rəqs məktəbinə getmisiz?

 - Rəqsə getməyi çox istəyirdim. Ümumiyyətlə məndə olan potensialı atam-anam öldürdü. Çox yaxşı qaçırdım. Sumqayıtda bir dəfə məktəblilər arasında keçirilən qaçış turnirində birinci yerə çıxdım. Atama dostları dedi ki, bu uşağı qoy qaçışa, amma atam razılaşmadı. Məni hətta müharibəyə getməyə də qoymadılar. Həmişə nəyi qadağan edirdilərsə, yalnız onu edirdim. Dünyagörüşümün formalaşmasında atamla-anamın xüsusi rolu olub. Məktəbdə oxuyanda yay-qış tətilini  heç vaxt evdə keçirtməmişəm. Rusiyanın müxtəlif bölgələrində ildə iki dəfə istirahət edirdim. Uşaqlığım çox maraqlı olub ümumiyyətlə. Mən V sinifdə oxuyanda, yəni 1985-ci ildə  yeni ili Krımda (heyf o Krımdan deyib təəssüflənir-F.C.) keçirtdim. Ora bütün SSRİ-dən məktəblilər gəlmişdi. Mənim bir sinif yoldaşıma erməni oğlan nəsə söz atdı.  O oğlan həm yaşda, həm də boyda məndən çox böyük idi. Qaça-qaça gedib oğlanı itələdim və onu yerə yıxıb o ki, var döydüm. Elə erməni-müsəlman davasını 1985-ci il də Krımda mən başladım (gülür).

 - Neçə övladınız var?

 - İki oğlum var. Biri 22 yaşlı Oktay, o biri  6 yaşlı Əli. Əli eynilə Mətanətdir. Mənim bütün xarakterim ondadır. Uşaqlarımı çox sərbəst böyüdürəm. Əli hələ balacadır, amma Oktayla dostam. O özündən  yaşca böyük bir qız istəyirdi. O qız hətta İsraildədi. Mən onun işinə qarışa bilmərəm. Demişəm ki, sən hətta ailəli bir qadınla evlənə də bilərsən. Əsas odu özün sev.

 - Mətanət xanım, müsahibəyə başlamazdan əvvəl dediniz ki, rəfiqəm yoxdur.

 - Dost anlayışı mənim üçün dərindir, rəfiqəm yoxdur. Özüm də qadın olmağıma baxmayaraq bu belədir. Mən qadınları xoşlamıram, onlar satqındır. Heç vaxt qadınları yaxın buraxmamışam. Kiminləsə rəfiqəlik edirsənsə, onlar həmişə səni satır. Mən demirəm ki, o satqındır, bu satqındır. Çünki mən bunu sınamışam. Mənimlə bir süfrədə yemək yeyən insan, mənim sirrimi bilən insan sonradan mənim sirrimi başqa yerdə danışır. Qadınlar bir-birinə paxıllıq edirlər. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM