Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün keçirilmiş növbəti açıq hərracda 19 dövlət əmlakı özəlləşdirilib.
Komitədən verilən məlumata görə, hərracın nəticəsinə əsasən, 6 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 səhmdar cəmiyyəti və 8 nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib.
İnvestorlar və əmlak sahibi olmaq istəyən vətəndaşlar hazırda kifayət qədər sadə proseduru icra etməklə belə hərraclara qatıla bilir. Vətəndaş elan olunan hər bir hərrac üzrə komitənin Özəlləşdirmə portalı (privatization.az) üzərindən hərraca çıxarılan əmlaklarla (foto, mətn və xəritə məlumatları) tanış olur. Daha sonra seçdiyi əmlak üzrə “sifariş ver” düyməsini sıxaraq və əmlakın satış qiymətinin 10% məbləğində behi elektron ödəyərək hərracda iştirakçı statusu qazanır. Xatırladaq ki, hərraclar barədə elanlar, eyni zamanda, komitənin rəsmi internet səhifəsində və facebook hesabında da əks olunur.
Hərrac günü prosesi əyani görmək istəyən vətəndaşlar və media nümayəndələri hərrac məkanına gəlib və gedişatı izləyiblər. Monitorlar vasitəsilə hərraca çıxarılmış hər bir əmlak barədə qısa məlumat verilib. Həmçinin canlı bağlantı sayəsində regionlar üzrə davam edən hərraclar da izlənilib.
Bir istifadəsiz qeyri-yaşayış sahəsi və bir nəqliyyat vasitəsi üzrə hərrac rəqabətli şəraitdə keçib. Özəlləşdirilmiş kiçik dövlət müəssisələrinin 3-ü paytaxtda, 1-i Gəncədə, 2-si Tovuzda, qeyri-yaşayış sahələrinin 1-i Bakıda, 2-si isə Göyçayda yerləşir. Hərracda təklif olunan ən yüksək qiymət Gəncə şəhərindəki “Sünbül” kafesi və Tovuz rayonundakı Tara bazasının anbar binası üzrə qeydə alınıb. Belə ki, bu əmlaklar müvafiq olaraq 100 min və 68 min manata satılıb. Paytaxın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Elnur” kafesinə 40 min manata, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki qeyri-yaşayış sahəsi isə 25 min manata özəlləşdirilib. Qeyd edək ki, paytaxt və regionlarda belə kiçik müəssisə və obyektlərin özəlləşdirilməsi ölkədə kiçik və orta sahibkarlığın qurulmasına, biznes mühitinin canlanmasına əlverişli şərait yaradır.
Hərracda satılmış 2 iri müəssisə sənayə və aqrar sahələrə aiddir. Belə ki, “Metalqab” və “Zaqatala Kəndkimya” səhmdar cəmiyyətlərinin özəlləşmədən sonra yeni sərmayə yatırımı nəticəsində fəaliyyətini daha səmərəli və kompleks şəkildə bərpa edəcək, sənaye və aqrar sektorun inkişafına öz təsirini göstərəcək.
Qeyd edək ki, hərrac nəticəsində dövlət büdcəsinə 0,5 milyon manata yaxın vəsait köçürüləcək. Komitə tərəfindən növbəti hərrac 6 dekabr tarixinə təyin olunub. Hərraca çıxarılan 100 əmlakdan 26-sı səhmdar cəmiyyəti, 50-si kiçik dövlət müəssisə və obyekti, 24-ü nəqliyyat vasitəsidir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif olunur. 06 dekabrda keçiriləcək hərracdakı əmlaklarla aşağıdakı linkdə tanış ola bilərsiniz: http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=906
Hərrac günü prosesi əyani müşahidə etmək istəyən istənilən vətəndaş həmin gün komitənin İnformasiya Texnologiyaları Mərkəzinə (H.Əliyev pr., 139A) gələ bilər. Hərracda iştirak edən, lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edib hərracdan qabaq ödədiyi behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatla 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində ətraflı məlumat almaq olar.
Strategiya.az
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM