BEYNƏLXALQ CİNAYƏTLƏRİN MİLLİ TƏQİB PROBLEMLƏRİ

09:11 / 30.11.2016

 

Elmi-texniki tərəqqinin səviyyəsi, informasiya və kommunikasiya sistemlərinin inkişafı, nəqliyyat vasitələrinin yüksək sürəti, transmilli koorporasiyaların yaradılması, xalqların və dövlətlərin səmərəli iqtisadi əməkdaşlığı, inteqrasiya və qloballaşma, ictimai həyatın müxtəlif sahələrində beynəlxalq tərəfdaşlığın və beynəlxalq münasibətlərin artan rolu müasir dünyaya bütövlük və tamlıq görkəmi verən beynəlxalq hüququn əhəmiyyətini artırır.

Müasir beynəlxalq hüquq ümuminsani dəyərlərin və prioritetlərin təcəssümü olan universal tənzimləyiciyə çevrilir. (Ümumi hüquq və dövlət nəzəriyyəsi. V.V. Lazarevin redaktəsi ilə. Bakı. Qanun. 2006. Səh 208)

Beynəlxalq cinayətlərlə bağlı Konvensiyaların qəbul edilməsi, beynəlxalq tirbunalların yaradılması və fəaliyyəti müxtəlif dövlətlərin milli hüququna və siyasətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Onlar təcavüzkar müharibələrin, etnik qarşıdurmaların, müharibə cinayətlərinin qarşısının alınmasında, insanlığa qarşı cinayət əməli törətmiş günahkarların cəzalandırılmasında və bununla da digərlərinə xəbərdarlıq edilməsinə səbəb olur, insan hüquqlarının müdafiəsi istiqamətində inkişafda katalizator rolu oynayır, dünyada və Avropada hüququn harmoniyasına şərait yaradır.

Eyni zamanda, beynəlxalq təşkilatlar səviyyəsində beynəlxalq cinayətlərin qarşısının alınmasına və cinayətkarların cəzalandırılmasına yönəlmiş fəaliyyətlər ayrı-ayrı dövlətlərdə hüquq islahatlarına təkan vermiş, dövlətlərin fəaliyyəti üzərində beynəlxalq və milli nəzarət mexanizmini formalaşdırmışdır.

Beynəlxalq hüququn ən mürəkkəb problemlərindən biri beynəlxalq cinayətlərin cinayət təqibi prosesində beynəlxalq təşkilarların formalaşdırdığı və əsaslandığı beynəlxalq hüquq sistemi ilə dövlətdaxili hüquq sisteminin qarşılıqlı əlaqəsinin təmin edilməsidir.

Hüquq elmində və beynəlxalq münasibətlərdə dövlətdaxili və beynəlxalq hüququn iki müxtəlif hüquq sistemi olması haqda fikir ayrılığı yoxdur. Onların hər biri özünəməxsus sferalarda fəaliyyət göstərirlər, özünəməxsus predmetə malikdirlər, aralarında hüquqi tabeçilik yoxdur.

Bununla belə, dünyanın maddi vahidliyi və kainatda ən ali varlıq olan insanlığın vahid dəyərləri son nəticədə bu iki hüquq sisteminin qarşılıqlı fəaliyyətini zəruri edir.

Məsələyə münasibətdə dualist və monist mövqelərin olmasına baxmayaraq (qeyd olunan mənbə səh. 208) müasir şəraitdə beynəlxalq hüququn milli hüquq üzərində primatlığı sülhün bərqərar edilməsində, dövlətlərarası ümumbəşəri xarakterli vəzifələrin yerinə yetirilməsində, onların qarşılıqlı faydalı əməkdaşlığında, insan hüquq və azadlıqlarının təmin olunmasında mühim hüquqi təminatlardan biri kimi çıxış edir.

Beynəlxalq normalarla milli hüquq sisteminin qarşılıqlı münasibəti Azərbaycan Respublikasının Konstitusiyasının “Beynəlxalq aktların hüquqi qüvvəsi” adlanan 151-ci maddəsində uğurla təsbit olunmuşdur:

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş beynəlxalq müqavilələr beynəlxalq hüquq qaydasının və Azərbaycan Respublikasının xarici dövlətlərlə münasibətlərinin sabitliyi üçün çox vacibdir. (İ.M.Cəfərov. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. “Hüquq ədəbiyyatı” nəşriyyatı. 2004. Səh 529).

İlk baxışda sadə və anlaşıqlı olan bu postulatın praktikada tətbiqi göründüyü qədər də asan deyil. Xüsusilə, transmilli cinayətlərdən fərqli olaraq sırf beynəlxalq cinayətlər kateqoriyasına aid edilən əməllərə görə cinayət təqibinin təmin olunmasında, hamıya və ayrılıqda hər bir dövlətə aid olan, ancaq ayrıca götürülmüş dövlətin həll edə bilmədiyi sahələrdə baş vermiş əməllərin araşdırılmasında, cinayətkarların məsuliyyətə cəlb olunmasında, qurbanlara vurulmuş ziyana görə adekvat reparasiyanın təmin olunmasında dövlətin ixtiyarında olan milli vasitə və metodlar yetərli olmur.

Beynəlxalq cinayətlərin anlayışından da göründüyü kimi beynəlxalq cinayətlərin dövlətlər tərəfindən cinayət təqibinin təmin olunması üçün beynəlxalq cinayətlər kateqoriyasına aid edilən, beynəlxalq təqibə məruz qalmalı olan bütün əməllər milli cinayət qanunvericiliyində kriminallaşmalıdır.

Çünki mövcud qanunvericiliyə görə yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. (Azərbaycan Respublikası Konstitusiyası Maddə 80, Azərbaycan Respublikası Cinayət Məcəlləsi Maddə 3, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, Maddə 1).

Cinayət hesab olunmayan və cinayət qanunvericiliyində təsbit olunmayan əməllərə görə heç kəsi cinayət təqibinə məruz qoymaq, məsuliyyətə cəlb etmək mümkün deyil.

Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir.

Azərbaycan Respublikasında cinayət təqibi dedikdə cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədilə həyata keçirilən cinayət-prosessual fəaliyyətlər nəzərdə tutulur. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi, Maddə 7.0.4.)

Doğrudur, həm Konstitusiyada (Maddə 151), həm Cinayət-Prosessual Məcəlləsində (2.3) Azərbaycan Respublikasının qoşulduğu müqavilələrin ali hüquqi qüvvəyə malik normalardan başqa, digər normalardan üstünlüyü təsbit olunmuşdur.

Ancaq cinayət təqibi Azərbaycan Respublikası Konstitusiyasında göstərilmiş əsas insan və vətəndaş hüquqları və azadlıqları ilə birbaşa əlaqəli olduğu üçün (Maddə 26, 27, 32, 46, 52, 60, 63, 67 və b.) törədilmiş əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilir. Burada beynəlxalq normaların birbaşa üstünlüyü prinsipinə, eləcə də, cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilə bilməz.

Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayət kimi təsbit olunmamış əməl beynəlxalq normalarda, konvensiya və müqavilələrdə, nizamnamə və paktlarda cinayət hesab edilsə də, onların Azərbaycan Respublikası ərazisində təqibinə yol verilmir.

Bu qayda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiqinə şamil edilmir, orada beynəlxalq müqavilələrdə müəyyən edilən qaydalar tətbiq edilə bilər.

Bu vacib postulatı qeyd etdikdən sonra, biz beynəlxalq cinayətlər kateqoriyasına aid edilən, Azərbaycan Respublikası Cinayət Məcəlləsində təsbit olunan cinayət əməllərinin milli cinayət təqibi orqanları tərəfindən müəyyən edilməsi, əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, onun məhkəmədə müdafiəsi, ona cəza təyin edilməsi, prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi üçün həyata keçirilən cinayət-prosessual fəaliyyətlərin məzmununa keçə bilərik.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin VII Bölməsi – 16 və 17-ci Fəsilləri beynəlxalq cinayətlərə (Sülh və insanlıq əleyhinə cinayətlərə) həsr edilmişdir. Bu bölmədə beynəlxalq hüquq ictimaiyyəti tərəfindən qəbul edilən, beynəlxalq cinayət kimi tanınan cinayətlər yer almışdır, insanlıq əleyhinə cinayətlər, soyqırım, müharibə cinayətləri və s. Lakin cinayət qanunvericiliyinin beynəlxalq tribunalların nizamnamələrinə və Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna uyğunlaşdırılması problem olaraq qalır.

Göründüyü kimi, beynəlxalq səviyyədə cinayət hesab edilən bu əməllərin də Azərbaycan qanunvericiliyində kriminallaşdırılmasına zərurət vardır.

Beynəlxalq cinayətlər kimi tanınan və dövlətimiz tərəfindən qəbul edilən əməllər ağır cinayətlər kateqoriyasına aid edildiyi üçün onların cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir. Azərbaycan Respublikasında cinayət təqibinin həyata keçirilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində və əlaqəli normativ hüquqi aktlarda göstərilən əsasda və qaydada aparılır.

Cinayət təqibinin təmin edilməsi üçün həyata keçirilməsi zəruri olan, Məcəllədə göstərilən bütün fəaliyyətlər beynəlxalq cinayətlərin təqibi prosesinə də şamil edilir.

Bundan əlavə, Azərbaycan Respublikası dövləti cinayət təqibi üzrə beynəlxalq norma va sazişləri ratifikasiya etməklə onlarla razılaşdığını, onları milli qanunvericiliyin tərkib hissəsi kimi qəbul etdiyini bəyan edir.

Dövlət milli qanunvericiliyin tətbiqində və beynəlxalq cinayət hesab olunan əməllərin təqibi prosesində beynəlxalq təşkilatların (o cümlədən, beynəlxalq tribunalların), xarici ölkələrin təcrübəsindən istifadə edir, onlarla əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

Beynəlxalq təcrübədən çıxış edərək mövzu ilə əlaqədar bir məsələnin üzərində xüsusi dayanmaq istəyirəm: Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 46.2. maddəsinə görə  cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

Bildiyiniz kimi, beynəlxalq cinayətlər haqqında məlumatların toplanması, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması, faktların araşdırılması, günahkarlara qarşı ittihamın hazırlanması, sübutların toplanması (fakt toplama) prosesində beynəlxalq və regional qeyri-hökumət təşkilatların xüsusi rol oynayır.

Qeyri-hökumət təşkilatlarının bu prosesdə iştirakı BMT Nizamnaməsinin 71-ci maddəsində təsbit olunsa da milli qanunvericilikdə nəzərdə tutulmamışdır.

Qeyri-hökumət təşkilatları, bir növ, dövlət orqanlarına nəzarət edir, konfliktlərin aradan qaldırılmasında qoruyucu amilə çevrilir, prosesdə ekspert və ya şahid kimi iştirak edirlər.

Onlar monitorinq və fakt araşdırma prosesində obyektiv, qərəzsiz mövqedən çıxış edir, ədalətin bərpasına kömək edirlər. Bir çox beynəlxalq cinayətlər üzrə cinayət proseslərinin başlanmasının əsasında qeyri-hökumət təşkilatlarının hesabatları durur.

Amnesty International, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri, Beynəlxalq Miqrasiya Təşkilatı, Human Rights Watch, Helsinki Watch və s. dünyanın müxtəlif regionlarında konfliktlərin aradan qaldırılmasında, beynəlxalq cinayətlər üzrə monitorinqlərin aparılmasında və faktaraşdırıcı missiyanın icrasında böyük xidmət göstərirlər. Bu gün dünyanın müxtəlif müharibə ocaqlarında və kəskin konfliktlərin olduğu yerlərdə insan hüquqlarına və beynəlxalq müharibə qanunlarına nəzarət üzrə monitorinqləri məhz qeyri-hökumət təşkilatları aparırlar.

Beynəlxalq cinayətlərin təqibi prosesində milli və beynəlxalq qeyri-hökumət təşkilatlarının rolu mövzusu ayrıca araşdırma tələb edir.

Dissertasiya işinin həcmini və mövzunun konkretliyini nəzərə alaraq bu məsələ üzərində ətraflı dayanmadan qeyd etmək istəyirik ki, Cinayət-Prosessual Məcəlləsinin 46-cı maddəsinin 2-ci bəndində “cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə” sözündən sonra “ictimai təşkilatların” sözlərinin əlavə edilməsinə ehtiyac vardır.

Qeyd edildiyi ki, cinayət təqibi cinayət prosessual fəaliyyətdir. Mövcud qanunvericiliyə görə cinayət prosesi dedikdə cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərin və qəbul olunan prosessual qərarların məcmusu başa düşülür. (Cinayət-Prosseual Məcəlləsi, Maddə 7.0.3.).

Cinayət prosesini həyata keçirən orqanlara icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr daxildir. (Cinayət-Prosessual Məcəllə, Maddə 7.0.5.).

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “Cinayət təqibi üzrə icraatı aparan orqanlar” adlanan 47-ci maddəsinə görə cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür.

Həmin maddənin 2-ci hissəsinə görə xarici dövlətlərin müvafiq orqanları ilə cinayət təqibi üzrə münasibətlərin qurulması, həmçinin bu dövlətlərin məhkəmə və istintaq orqanlarının göstərişlərinin yerinə yetirilməsi ilə bağlı icraat aparılması Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq məhkəmənin, prokurorun və müstəntiqin üzərinə düşür.”.

Buradaca qeyd edək ki, beynəlxalq cinayətlərin cinayət təqibi üzrə yaradılan tribunallarla münasibətlərin qurulması, tribunalın təqsirləndirilən şəxsin tribunala verilməsi ilə bağlı tələbinin icrası, tribunalın prokurorunun əmrlərinin yerinə yetirilməsi və s. məsələlər Cinayət-Prosessual Məcəllənin 47-ci maddəsində öz əksini tapmamışdır. Belə bir qanunvericilik aktının olmaması beynəlxalq cinayətlərin milli orqanlar tərəfindən təqibi prosesində çoxsaylı suallar doğura bilər.

Bu dissertasiyada problemi dərindən və hərtərəfli araşdırmağın imkansız olduğunu nəzərə alıb, qısaca qeyd etmək istərdik ki, Cinayət-Prosessual Məcəllənin 47.2 maddəsinin əvvəlinə “Beynəlxalq cinayət tribunalları və” sözlərinin əlavə edilməsi Bosniya müsəlmanlarına qarşı ciddi cinayətlər törətməkdə günahlandırılan D. Tadicin Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı tərəfindən tələbi zamanı Almaniya dövləti və cinayət təqibi orqanlarının düşdüyü hüquqi və diplomatik dilemma vəziyyətinin yaranması ehtimalını aradan qaldırar. Qeyd edək ki, bu Azərbaycan Respublikası üçün hələlik daha çox nəzəri məsələdir. Ancaq onun iki çox ciddi nəzəri-hüquqi perspektivini diqqətə almalıyıq:

  1. Cinayət-prosessual qanunvericilikdə bu əlavəni etməklə Azərbaycan Respublikası dövləti insanlarına qarşı olan cinayətlərin təqib olunması prosesində mövcud olan və ya yaradılacaq beynəlxalq tribunallarla əməkdaşlıq etməyə hazır olduğunu bəyan etmiş olur. Xüsusilə, 2016-cı ilin aprel ayında İstanbulda keçirilən İslam Ölkələri Əməkdaşlıq Təşkilatının Konfransında İslam Əməkdaşlıq Təşkilatının Polis İşbirliyi və Koordinasiya Mərkəzinin yaranması haqda razılaşmanın imzalanması və daimi fəaliyyət göstərən İslam Ölkələri Tribunalının təşkili haqda təklifin səsləndirildiyi bir vaxtda bu fikir daha da aktuallaşır.
  2. Ermənistanın Azərbaycana təcavüzünün, xüsusilə Xocalı soyqırımının beynəlxalq cinayət kimi beynəlxalq mühakimə müstəvisinə çıxarılması perspektivləri Azərbaycan Respublikası dövlətinin beynəlxalq təşkilatların yaratdığı beynəlxalq tribunallarla əməkdaşlığını zəruri edir.

Beynəlxalq cinayətlər ağır cinayətlər kateqoriyasına aid edildiyi üçün onların cinayət təqibi də ictimai ittiham qaydasında həyata keçirilir (Cinayət-Prosessual Məcəlləsi, Maddə 37.6). Belə cinayətlərin cinayət təqibi mövcud qanunvericiliyə uyğun olaraq müstəntiq və ya prokuror tərəfindən aparılır.

Beynəlxalq cinayətlərin milli təqib problemlərindən danışarkən hüquq ədəbiyyatında mübahisə mövzusu olan bir vacib məsələyə toxunmadan keçmək olmaz. Bu məhkəmənin cinayət təqibi orqanı olması ilə bağlıdır. Cinayət-Prosessual Məcəllədə birmənalı şəkildə göstərilməmişdir ki, məhkəmə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqandır ya yox.

Cinayət-Prosessual Məcəlləsinin 7.0.2., 7.0.5., 7.0.9., 47.1., 47.2., 48.1. və başqa maddələrində cinayət təqibi üzrə icraatı aparan orqanlarla bağlı danışılarkən bu və ya digər dərəcədə məhkəmənin adının qeyd edilməsi, eləcə də, Sovet dövründə məhkəmələrin əsasən ittiham mövqeyindən çıxış etməsi ənənəsinin yaratdığı stereotip bir çox hüquqşünas alimlərdə və praktik işçilərdə məhkəmənin cinayət təqibi üzrə icraatı aparan orqanlara aid olması təsəvvürü yaradır. (bax: İ.Cəfərov. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Səh.424).

Təcrübədə bəzi hakimlərin qanunun və ədalət mühakiməsinin əsas prinsiplərinin əleyhinə olaraq ittiham mövqeyindən çıxış etməsi, məhkəmə baxışı prosesində dövlət ittihamçısını üstün mövqedə görməsi də bir çox vətəndaşlarda yanlış fikir formalaşdırır.

Qeyd etmək lazımdır ki, sovet cəmiyyətində məhkəmə yalnız sosialist cəmiyyətini, dövlət və vətəndaşları hüquqazidd əməllərdən mühafizə etmək vəzifəsi daşıyan orqan kimi qəbul edilirdi. Dövlətin öz vətəndaşları qarşısında məsuliyyətinə isə məhkəmələr lazımi əhəmiyyət vermirdi. (Ümumi dövlət və hüquq nəzəriyyəsi. V.V. Lazarevin redaktəsi ilə. Bakı. Qanun. 2006. Səh.374-375).

Azərbaycan Respublikası Konstitusiyasına (maddə 125-132), “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində birmənalı şəkildə qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən məhkəmələr cinayət təqibi üzrə icraatı aparan orqanlar sisteminə daxil deyildir. Bununla əlaqədar heç bir məsuliyyət məhkəmənin üzərinə düşmür.”

Bu qeyd Azərbaycan cinayət-prosessual qanunvericiliyinin və ədalət mühakiməsi sisteminin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, beynəlxalq cinayətlərin cinayət təqibini həyata keçirən orqanların fəaliyyətinə qərəzsiz, obyektiv, ədalətli, qanunauyğun qiymət veriləcəyinin göstəricisi kimi də əhəmiyyətlidir. Beynəlxalq cinayətlərin milli təqibini təmin etməli orqanların sistemi dəqiq müəyyənləşməsə, onların funksiyaları aydın, fəaliyyətinin qanunvericilik bazası mükəmməl olmasa beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların və xarici dövlətlərin bu orqanlara etibarı da az olacaq.

Azərbaycan Respublikası cinayət və cinayət-Prosessual qanunvericiliyinin qarşısında duran ən böyük məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun milli qanunvericiliyə unifikasiya edilməsidir. 

Sevda Kərimova

 BDU "Transmilli cinayet huququ" ixtisasinin magistrantı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM