Adnan Oktarın vəkili
Advokat Gülcan Karakaş
ADNAN OKTARDAN (HARUN YƏHYA) AÇıQLAMA
Azərbaycanca yayımlanan “azxeber.com” və “avrasiya.net” adlı internet saytlarında dünyaca təsirli və məşhur müsəlman yazıçı Harun Yəhya təxəllüslü cənab Adnan Oktar haqqında əsli olmayan uydurma bir məktub yayımlanmışdır. Həmin məktub başdan sona təhqir və cinayət xarakteri daşıyan və tamamilə yalan, ziddiyyətli və həqiqəti əks etdirməyən hadisələrlə doludur.
Əvvəla, cənab Adnan Oktarın 70 dilə çevrilmiş 300-dən çox əsəri vardır. Cənab Adnan Oktar Amerikanın “Georgetown” Universitetinə bağlı Müsəlman-Xristian Dialoqu Mərkəzi və İslami Strategiyalar İş Mərkəzi tərəfindən 2009, 2010, 2011 və 2012-ci illərdə dünyanın ən təsirli müsəlmanları arasında seçilmişdir.
İslamı təsirli bir şəkildə anlatması səbəbi ilə cənab Adnan Oktar əleyhində fəaliyyət göstərən qruplar tərəfindən söz mövzusu əsassız məktubda verilənə bənzər iddialar dəfələrlə dilə gətirilmişdir. Türkiyə məhkəmələri bunlarla əlaqədar qaldırılan bütün iddialar haqqında bəraət qərarları vermişdir.
* Cənab Adnan Oktara və dostlarına qarşı cinsi məzmunlu iftiralar əsilsizdir.
Tanınmış bir insanın etibarını yox etmək, adını ləkələmək və onu xalqın gözündən salmaq məqsədilə baş vurulan ən klassik üsullardan biri cinsi məzmunlu iftiralardan istifadədir. Söz mövzusu iddiaların gerçək qəbul edilməsi üçün bu mövzuda bir şikayətçiyə və ya zərərçəkmişə, yaxud da bunları təsdiqləyəcək bir şahidə ehtiyac vardır. Ancaq bu iftiranı təsdiqləyəcək tək bir nəfər belə, şahid, şikayətçi və ya zərərçəkmiş yoxdur. Türkiyə Cümhuriyyəti məhkəmələri söz mövzusu iddiaların hamısını rədd etmişdir.
Cənab Adnan Oktarın özünə hərəmxana qurduğu iddiası isə yenə gerçəklərlə əlaqəsi olmayan, uydurma və heç bir dəlilə əsaslanmayan, ictimaiyyətdə böyük narazılıq oyatmaq üçün istifadə edilən cinsi məzmunlu iftiralardan biridir.
Tarix boyu bütün səmimi insanlara, peyğəmbərlərə, elçilərə, Allah yolunda cəhd edənlərə belə iftiralar atılmışdır. Hz.Yusif (əs) Quranda bu mövzuda verilən önəmli bir nümunədir. Xüsusilə dindar kimi tanınan insanlara qarşı bu üsul tərcih edilmişdir. Cənab Adnan Oktar da dindar bir insan olduğundan və həm özü, həm də “BAV” (Bilim Araştırma Vakfi) cəmiyyəti milli-mənəvi mövzularda həssas insanlar kimi tanındıqlarından bu şəxslərin ictimaiyyət arasında etibarını zədələməyin ən asan yolunun cinsi məzmunlu iftiralar olduğu düşünülmüşdür. Belə ki, ortaya atılan “hərəmxana” və ya “Adnan Oktarın xanımları” kimi cinsi məzmunlu ssenarilər tamamilə əsassızdır.
Bu əsilsiz iddialar BAV cəmiyyətinə qarşı 12 noyabr, 1999-cu ildə polis əməliyyatından sonra məhkəmədə dilə gətirilmiş, ancaq bu ssenarilərdə zərərçəkmiş kimi göstərilən xanımların hamısı iddiaların tamamilə uydurma olduğunu, BAV çevrəsindən tanıdıqları insanların əxlaqlı və səviyyəli şəxslər olduqlarını bildirmişlər. Məhkəmədə iştirak edən bir çox şahid bunları təsdiq etmişdir.
* Cənab Adnan Oktarın və dostlarının guya narkotik maddədən istifadə etdiyi həqiqətdən kənardır.
Cənab Adnan Oktarı etibardan salmaq üçün ortaya atılan başqa bir iddia da özünün və dostlarının guya narkotik maddələrdən istifadə etməsidir.
Cənab Adnan Oktar onun mənəvi yöndə çalışmalarından rahatsız olan çevrələrin təsiri ilə 1991-ci ilin ortalarında yeni bir təxribatla qarşı-qarşıya qalmışdır. Bu dövrdə özü masonluq tarixi və dünya masonluğunun təşkilatlanması ilə əlaqədar son dərəcə önəmli bir kitab üzərində işləyirdi. Cənab Oktarın anası ilə birlikdə yaşadığı Ortaköydəki evinə gələrək yoxlama aparan polislər təxminən iki min kitabdan ibarət kitabxanada əllərini atdıqları ilk kitabın içindən bir paket kokain tapmışdılar.
O günlərdə İzmirdə bir neçə dostu ilə birlikdə olan cənab Adnan Oktar əsilsiz bəhanə ilə tutulmuş və İstanbul Polis İdarəsinə gətirilmişdir. 72 saatdan sonra kokain testi üçün məhkəmə tibbi ekspertizaya göndərilmişdir. Cənab Adnan Oktarın qanında kokainə yaxın bir maddənin yüksək dozada olduğu açıqlanmışdır.
Cənab Adnan Oktar polis idarəsində 72 saat qalmış, təxliyə bundan sonra edilmişdir. Belə ki, qan testi ilə elmi şəkildə kokainin neçə saat öncə qəbul edilməsini hesablamaq mümkündür. Cənab Adnan Oktarın qanından çıxarılan kokain dozası isə 72 saat öncədən alınmış olsa, deməli, bu, cənab Adnan Oktarın ölümünə səbəb olacaq qədər yüksək bir dozadır. Bu vəziyyət kokainin cənab Adnan Oktara həbs vaxtı verildiyini göstərir. Yəni kokain cənab Adnan Oktar həbsdə olarkən yeməyinə qarışdırılıb verilmişdir.
Bu həqiqət aralarında “Scotlanda Yard”ın da olduğu 30-a yaxın beynəlxalq məhkəmə tibbi ekspertizalar tərəfindən də təsdiq edilmişdir.
Hamısının araşdırma üçün özlərinə göndərilən sənəd haqqında ortaq cavabı belədir: “Kokain Adnan Oktara həbsdə ikən yeməyinə qarışdırılaraq verilmişdir. Hadisə təxribat xarakterlidir”.
Daha sonra Türkiyə Məhkəmə Tibbi Ekspertizası KOKAİNİN HƏBSDƏ İKƏN YEMƏYİNƏ QARIŞDIRILMAQ SURƏTİ İLƏ VERİLDİYİNİ TƏSDİQLƏMİŞDİR.
Bundan başqa, 1999-cu ildə BAV cəmiyyətinə qarşı 45 evə gecə saat 03:00-da eyni anda basqın edilmiş, evlər səhərə qədər axtarılmış, lakin TƏK BİR DƏNƏ BELƏ HÜQUQA ZİDD ÜNSÜRƏ RAST GƏLİNMƏMİŞDİR.
Göründüyü kimi, söz mövzusu məktubda keçən əsassız iddialar cənab Adnan Oktara və dostlarına daha əvvəl də atılmış və əksi dəfələrlə sübut edilmiş iftiralardan ibarətdir.
Araşdırmaçı və obyektiv xəbərçiliyin bir gərəyi olaraq yayımlanan xəbərlər dəlillərə əsaslanmalı və həqiqəti əks etdirəcək şəkildə doğru, məntiqli və ağıla uyğun arqument və dəlillərlə dəstəklənməli və eyni zamanda, söz mövzusu şəxslə və yaxud yazıda bəhsi keçən hadisələrlə əlaqəsi olan şəxslərlə aparılan reportajlardan və ya dialoqdan hissələrə yer verilməlidir. Ancaq bunlardan sonra oxuculara hər hansı bir iddianın doğruluğu sağlam bir analizlə sübut edilə bilər.
Bilindiyi kimi, həqiqətdən xaric bilgilərlə bir şəxsin və ya qrupun şəxsi hüquqlarını pozmaq bütün dünyada hüquqi şəkildə cinayət sayılır. Dolayısilə, bu yayımın saytdan qaldırılıb bunun yerinə mövzu ilə əlaqəli doğru açıqlamalarımızın yayımlanması gərəkir.
Belə yalanlar türklərlə azərilərin qardaşlığından, birlik və bərabərliyindən narahat olan pis niyyətli şəxslər tərəfindən ortaya atılır. Bunları uyduranlar iki qardaş ölkənin arasını açmağı, qardaşlıq və birliklərini yox etməyi hədəfə alıblar.
Xatırlatmaq istəyirik ki, türklər və azərilər qardaşdır. Türkiyə və Azərbaycan iki dövlət, tək millətdir. Dili bir, dini bir, qibləsi bir, kitabı bir, ideyası bir, əsli birdir. Bu iki qardaş millətin arasını açmağı düşünmək xülyadır. Gərginliyi artırmaq, davamlı düşmənlik hissini körükləmək heç kimə fayda verməyəcək. Çağımız qəzəb və kin çağı deyil; dostluq, sevgi, anlayış, işbirliyi və qardaşlıq dövrüdür.
Müvəkkilim cənab Adnan Oktar da azəri qardaşlarımıza qarşı çox dərin sevgi bəsləyir. Bu iki qardaş ölkənin bir an öncə birləşməsini istəyir. Xəbərdə yer alan iddiaların həqiqətlərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Dəyərli və qardaş azəri xalqı bunu kimi qaynağı qeyri-müəyyən və uydurma dedi-qodulara etibar etməməlidirlər.
Hörmətlə ictimaiyyətin nəzərinə çatdırırıq!
Adnan Oktarın vəkili
Vəkil Gülcan Karakaş"
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM