Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra “Şura” adlanacaq) müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.
Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri dəstəkləyir:
1) İnsan hüquqlarının müdafiəsi və demokratiya məsələlərinə dair təşəbbüslər;
2) Açıq hökumətin təşviqi və korrupsiyanın qarşısının alınmasına dair məsələlər;
3) Mətbuatda, sosial mediada və ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etik normaların qorunmasına dair təşəbbüslər;
4) Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində xarici ölkələrdə təbliğat işlərinin aparılmasına dair təşəbbüslər;
5) Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
6) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq miqyasda təbliğat işlərinin aparılması;
7) Qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları və digər həssas qrupların sosial problemlərinin həllinə dair təşəbbüslər;
8/İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı video çarxların və sənədli filmlərin hazırlanması;
9) Narkomaniya, insan alveri və digər zərərli vərdişlərlə mübarizəyə dair təşəbbüslər;
10) İqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər;
11) Aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi;
12) İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;
13) Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər;
14) Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər;
15) Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara psixoloji və hüquqi yardımların göstərilməsinə dair təşəbbüslər;
16) Ümumi təhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasına dair təşəbbüslər;
17) Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliğinə dair təşəbbüslər .
Layihələrin müddəti
Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.
Qrantın məbləği
• 2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 12000 (on iki min) manat ola bilər.
• 2016-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
QHT üçün tələblər
• Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
• Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
• Müvafiq qanunvericiliyə uyğun olaraq Maliyyə Nazirliyinə son maliyyə hesabatını təqdim etməlidir;
• Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
Qeyd: Müsabiqədə bədən tərbiyəsi və idman sahəsində peşəkar idman fəaliyyəti göstərən təşkilatlar istisna olmaqla bütün digər QHT-lərin iştirakı nəzərdə tutulur.
Maliyyə yardımı aşağıdakı fəaliyyətlər üçün istifadə edilə bilməz
1. Daşınmaz əmlakın satın alınması;
2. Təhsil üçün fərdi təqaüd;
3. Siyasi və dini fəaliyyət;
4. Ayrı-ayrı fərdlərə maddi yardım;
5. Azərbaycan Respublikasının qanunvericiliyinin pozulmasından və ya ona riayət edilməməsindən irəli gələn cərimələrin ödənilməsi.
Layihələrin hazırlanması üçün texniki şərtlər
• İctimai əhəmiyyət kəsb edən mövzu üzrə kitab nəşrini təklif edən QHT mövzuya dair ixtisaslaşmış qurumların rəyini təqdim edir;
• Kitab nəşrini təklif edən layihənin büdcəsində çap məhsulunun həcmi və tirajının sayı göstərilir;
• Film və video çarx çəkilişini təklif edən təşkilat filmin və video çarxın ssenarisini, ona dair rəyi təqdim edir və dəqiq həcmini göstərir. Film və video çarx çəkilişi yalnız müsabiqənin 8-ci istiqaməti üzrə təqdim oluna bilər;
• Layihədə təlimlərin keçirilməsi nəzərdə tutulduğu hallarda təlimin mövzuları və təlimçilərin CV-ləri əlavə olunur;
• Seminar, konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin proqramı, gündəliyi, iştirakçıların sayı barədə ilkin məlumatlar layihəyə əlavə olunur;
• Televiziya verilişləri ilə bağlı müvafiq televiziyadan razılıq məktubu təqdim edən QHT-nin layihə təklifinə üstünlük verilir.
Ərizələrin təqdim olunması üçün texniki tələblər
• QHT ilk növbədə Şuranın www.e-qht.az saytında “E-ərizə” bölməsinə daxil olaraq özünün VÖEN-ni və parolunu (azı 5 simvol) müvafiq xanalarda qeyd etməklə “Qeydiyyat” düyməsini sıxır və qeydiyyatdan keçir.
• Elektron ərizənin qeydiyyatının Şura tərəfindən təsdiqlənməsi üçün QHT elektron bazada “Təşkilat haqqında” bölməsinə daxil olur və QHT haqqında tələb olunan bütün məlumatları müvafiq xanalara əlavə etməli, həmçinin tələb edilən hüquqi sənədləri yükləməli və “Şuraya göndər” düyməsini sıxmalıdır.
• Tələb olunan qaydada təqdim olunan sənədlər Şura tərəfindən qeydə alınır, bu barədə QHT-nin elektron poçtuna, e-qht.az saytındakı mesaj ünvanına və mobil nömrəsinə SMS-lə bildiriş göndərilir.
• Yalnız elektron ərizəsi Şura tərəfindən qeydə alınmış və bu barədə müvafiq bildiriş almış QHT-lər Şuraya layihə təklifi təqdim edə bilər.
• Qeydiyyatı Şura tərəfindən təsdiqlənən QHT, layihə sənədlərini təqdim etmək üçün VÖEN və parol ilə bazaya daxil olur, “Layihələr” bölməsində əsas məlumatları və layihə sənədlərini əlavə edir. Bütün məlumatları və layihə sənədlərinin daxil etdiyinə əmin olduqdan sonra “Şuraya göndər” düyməsini sıxır.
• “Şuraya göndər” düyməsini sıxdıqdan sonra QHT bazada ona aid olan məlumatlara və layihə sənədlərinə heç bir dəyişiklik edə bilmir.
• Şəxsən və ya poçtla təqdim olunan ərizələr qəbul olunmur.
Layihələrin qiymətləndirilmə meyarları
Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Şura aşağıdakı meyarlardan istifadə edəcək:
• Müraciət edən təşkilatın irəli sürdüyü problemin Azərbaycan cəmiyyəti üçün aktuallığı, Şuranın elan etdiyi istiqamət və mövzulara uyğunluğu;
• Təşkilatın layihəni həyata keçirmək üçün kifayət qədər səriştəyə, bacarığa və insan resurslarına malik olması;
• Layihənin adının onun məqsəd və məzmununa uyğunluğu;
• Layihə müəllifinin qoyulan problemi aydın təsvir etməsi və əsaslandırması;
• Layihənin məqsədinin müəyyənliyi, konkretliyi, aydınlığı və problemin təsviri ilə uyğunluğu;
• Layihənin vəzifələrinin dəqiq müəyyənləşdirilməsi və qoyulan məqsədə çatmağa xidmət etməsi;
• Layihədə göstərilən problemin və məqsədin benefisiarlar üçün prioritet təşkil etməsi;
• Layihədə nəzərdə tutulan benefisiarlar qrupunun kifayət qədər aydın təsvir edilməsi, onların problemləri ilə tanışlıq və əvvəlki iş təcrübəsi;
• Nəzərdə tutulmuş fəaliyyətlərin layihənin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə xidmət etməsi;
• İcra planında (təqvim planı) tədbirlərin icrası üçün müəyyənləşdirilmiş müddətlərin reallığı;
• Gözlənilən nəticələrin layihədə təsvir edilmiş problemin həllinə təsiri;
• Nəzərdə tutulan nəticələri əldə etmək üçün tədbirlər planının real olması və həyata keçirilməsinin mümkünlüyü;
• Təklif olunan monitorinq mexanizmlərinin layihənin əldə ediləcək nəticələrinin səmərəli qiymətləndirilməsinə imkan yaratması;
• Layihənin davamlılıq göstəriciləri;
• Büdcənin real və ehtiyaca uyğun hazırlanması, o cümlədən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğu;
• Ərizə forması, layihə və ona əlavə olunmuş sənədlərin müsabiqə qaydalarına və tələblərinə uyğunluğu, habelə verilmiş məlumatların və sənədlərin doğruluğu;
• Layihə hazırlanarkən müvafiq sahə üzrə ekspertlər və potensial tərəfdaş təşkilatlarla məsləhətləşmələrin aparması.
Ərizələrin qeydə alınmasından imtina üçün əsas səbəblər
o Elektron bazada “Təşkilat haqqında” bölməyə əlavələr yüklənmədikdə.
o Əvvəlki ildə “QHT-nin illik maliyyə hesabatı”nı Maliyyə Nazirliyinə təqdim etmədikdə;
o Əvvəlki müsabiqədə Şura tərəfindən maliyyələşdirilmiş layihənin icra müddəti başa çatmadıqda;
o Əvvəlki müsabiqədə qrant almış, layihənin icrası başa çatmış QHT-nin Şuraya müvafiq hesabat təqdim etmədikdə;
o Əvvəlki qrant müsabiqəsi zamanı Şura ilə münaqişəli vəziyyətdə olan QHT-lərlə bağlı araşdırmaların başa çatmadıqda.
Müsabiqənin proseduraları
Müsabiqə üzrə ərizələrin qəbulu 01 dekabr 2016-cı il tarixdən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılır:
• 1-ci mərhələ - Ərizələrin qeydiyyatı və layihə təklifinin qəbulu;
Bu mərhələ 01–30 dekabr 2016-cı il saat 16.00-dək müddəti əhatə edir. Bu mərhələdə elektron ərizə və layihə təklifi qəbul edilir.
• 2-ci mərhələ - Ərizə və layihə təkliflərinin texniki seleksiyası;
Bu mərhələ 05-19 yanvar 2017-ci il tarixədək müddəti əhatə edir. Təqdim olunan ərizə, layihə təklifi və ona əlavə olunan sənədlər operator tərəfindən araşdırılır və ərizənin qeydə alınıb-alınmaması barədə QHT-yə elektron bildiriş göndərilir.
• 3-cü mərhələ - Qeydə alınmış layihə təkliflərinin ekspertizası;
Bu dövr 21 yanvar – 20 fevral 2017-ci il tarixədək müddəti əhatə edir. Bu mərhələdə qeydə alınmış layihə təklifinin hər biri azı 2 ekspert tərəfindən qiymətləndirilir.
• 4-cü mərhələ- Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqə qalibləri 2017-ci il martın 01-dən sonra elan olunacaq. Müsabiqənin qalibləri haqda məlumat Şuranın saytında yerləşdirilir və fərdi qaydada təşkilatlara çatdırılır. Müsabiqədə qalib gəlmiş təşkilatlarla müqavilə imzalanır.
Əlavə məlumatlar
Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 14 dekabr 2016-cı il saat 15.00-da Şuranın ofisində (Fikrət Əmirov 1, 2-ci mərtəbə) keçiriləcək.
Ərizənin elektron forması, həmçinin müsabiqənin şərtləri, seçim meyarları və qiymətləndirmə qaydası ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarında tanış olmaq olar. Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Şuranın Katibliyinin baş məsləhətçisi Rauf Məcidbəyliyə müraciət etmək olar.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM