Rauf Mirqədirovun həbsi ilə İlham Mirzəyevin əlaqəsi - Şok

09:30 / 21.04.2014

Azərbaycanın tanınmış jurnalisti, uzun müddətdir Türkiyədə fəaliyyət göstərən Rauf Mirqədirovun qardaş ölkədən deportasiya olunmasının ardınca Bakıya çatar-çatmaz həbsi və ona “dövlətə xəyanət” maddəsi ilə ittiham elan olunmasının səbəbləri ilə bağlı maraqlı məlumat almışıq.   “Axar.az”a daxil olan məlumata görə, Rauf Mirqədirovun barəsində “dövlətə xəyanət” maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi təsadüfü deyil. Bildirilir ki, Rauf Mirqədirovun əleyhinə teleaparıcı və “İlhamed” klinikasının sahibi İlham Mirzəyev ifadə verib.   lham Mirzəyevin həbs səbəbləri sırasında onun ötən ilin sentyabr ayında Türkiyəyə səfəri və AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov və Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun “Azərbaycandakı seçkilərin nəticələrinə müdaxilə etmək üçün hazırladıqları planda” yer almasının rol oynadığı barədə xəbər yayıldı. İ.Mirzəyevin Türkiyə səfərində “Mardan Palace” hotelində təmənnasız olaraq dincəlməsi, üstəlik T.İsmayılovdan bahalı hədiyyələr alması da bu baxımdan gündəmə gəldi. Bildirilir ki, hazırda İ.Mirzəyevin sözügedən görüşlərin koordinatoru kimi Rauf Mirqədirovun adını çəkməsi və toplanan əməliyyat məlumatları jurnalistin Türkiyədən deportasiyasının və Azərbaycanda həbsinin əsl səbəbidir.   Qeyd olunur ki, 2013-cü il seçkiləri ərəfəsində Rusiyanın dəstək verdiyi “Milyarderlər İttifaqı”nın Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün Türkiyədə apardıqları danışıqların təşkilatçılarından biri də Mirqədirov olub.   Bu informasiyanı təsdiqləyən məqamlardan biri R.Mirqədirovun Ərdoğan-Əliyev görüşündən sonra onun Türkiyəni tərk etməsi ilə bağlı tələb aldığını dilə gətirməsidir. Görünür, qardaş ölkələr arasındakı münasibətlərə xələl gətirə biləcək ən xırda məqamların müzakirə edildiyi və aradan qaldırılması üçün razılığa gəlindiyi haqda Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransında verdikləri bəyanatın arxasında Azərbaycan və Türkiyə daxilindəki dövlət əleyhinə çalışan xarici qüvvələrə qarşı birgə addımlar atılması qərarı artıq özünü göstərməkdədir. Maraqlıdır ki, R.Mirqədirov Türkiyəni tərk etmək istəsə də, dünən onu Bakıya gəldiyi avtobusdan endirərək, deportasiya etdilər. Halbuki onsuz da Türkiyəni tərk etmək üçün artıq avtobusda olan jurnalisti deportasiya etməmək də olardı. Digər məqam isə R.Mirqədirovun Bakıya çatdığı an birbaşa Heydər Əliyev Hava limanında həbsi və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən barəsində istintaq hərəkətlərinə başlanılmasıdır. Bəlli olur ki, onun deportasiyası birbaşa Azərbaycan hüquq-mühafizə orqanlarının müraciəti əsasında Türkiyə MİT-in topladığı və ötürdüyü məlumatlar əsasında reallaşıb.   Xatırladaq ki, R.Mirqədirovun Ermənistana səfər etməsi və oradakı tədbirlərdə iştirakının həbs motivi olduğu barədə ehtimallar da səslənir. Mənbəmizin bildirdiyinə görə, R.Mirqədirov beynəlxalq təşkilatların dəstəyi ilə Ermənistanda keçirilən tədbirlərdə iştirak edib: “Mirqədirovun İrəvanda Azərbaycanın milli maraqlarını satan əməllərə imza atdığı haqda iddia səsləndirmək hələ tezdir”. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM