Torpaq alarkən nəyə fikir verməli?

18:06 / 02.12.2016

İnsanların əksəriyyəti ev problemini həll etməyin yolunu şəhər kənarında torpaq sahəsi alıb, ev tikməkdə görür. Ancaq çox zaman satılan torpaqların sənəd problemi olur. Bir müddət sonra onların qanunsuz satıldığı belə üzə çıxır. Son zamanlarsa bu sahədə daha çox bələdiyyələrin adı hallandırılır.
 
Bu ilin 9 ayı ərzində Azərbaycanda bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb. Bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Azərbaycan ədliyyəsi müstəqilliyimizlə birgə inkişaf edir" adlı məqaləsində deyilir. Məqalədə bildirilib ki, 9 ayda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə tədbirlər davam etdirilərək inzibati nəzarət qaydasında 39 mindən çox bələdiyyə aktı yoxlanılıb, qanunsuz qərarların ləğvinə nail olunub, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 41 fakt üzrə materiallar prokurorluğa göndərilib, qanunsuz ayrılmış 860 hektar torpaq sahəsi geri qaytarılıb.
 
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, tikinti sahəsi üzrə ekspert Ramil Osmanlının bildirdiyinə görə, torpaq sahələri də daşınmaz əmlak subyektləri kimi oxşar kateqoriyadan olan əmlakdır: "Torpaq sahələrinin də alqı-satqısı bir qayda olaraq notarial qaydada həyata keçirilməlidir. Bunun üçün vacibdir ki, satışa çıxarılan torpaq sahəsinin mülkiyyət hüquqlarını təsdiq edən sənədi, yəni çıxarışı olsun. Çıxarışı olmayan torpaq sahələrini almaq kifayət qədər riskli addımdır. İnsanlar düşünmədən maddi vəsaitlərini riskə atırlar".
 
Dediyinə görə, bələdiyyələr bir qayda olaraq hərraclar vasitəsilə torpaq sahələri ilə bağlı elan verməli və hərrac komissiyasının iştirakı ilə bələdiyyə torpaqları satışa çıxarılmalıdır. Əks təqdirdə bələdiyyədən alınan torpaq sahələri reyestrə düşmür və alqı-satqı əməliyyatları qanunsuz hesab olunur. Müsahibimiz bildirir ki, gələcəkdə onların sənədləşdirilməsi problem olacaq. "Eyni zamanda, bəzi hallarda bələdiyyələr dövlət fonduna aid olan torpaqlar üzərində qeyri-qanuni sərəncam verirlər. Onun alqı-satqısını həyata keçirirlər və sonrakı mərhələdə bu məsələ aşkarlandıqda həmin torpaq sahəsi geri alınır".
 
Qanunsuz torpaq sahəsinin geri alınması zamanı vətəndaşın ödədiyi vəsaitin qaytarılmasına gəlincə Osmanı bildirir ki, bu artıq vətəndaşla bələdiyyə arasındakı hüquqi münasibətlərə dayanan məsələdir. "Bu artıq vətəndaşla bələdiyyə arasında məhkəmə qaydasında həll olunmalıdır. Bu isə uzunmüddətli problemdir və onun həlli üçün uzun müddət məhkəmədə mübarizə aparılmalıdır".
 
Ekspert tövsiyə edib ki, insanlar etibarnamə ilə hər hansı formada şifahi razılaşma ilə və yaxud ikitərəfli notarial qaydada təsdiq olunmayan müqavilələrlə alqı-satqılara getməsinlər və bu alqı-satqı əməliyyatları qanunsuzdur: "Bunun mülki hüquqda tənzimlənmə mexanizmi təəssüflər olsun ki, mövcud deyil".
 
Qeyd edək ki, bəzən alıcılar torpaq sahəsi alsa da, ev tikdirmək istəyəndə, icazə vermirlər. R.Osmanlı vurğulayıb ki, bütün torpaq sahələrinin sənədlərində onların təyinatları barədə məlumatları qeyd olunub: "Ona görə çıxarışın olması vacibdir ki, çıxarışda torpaq sahəsinin mülkiyyətdə olmasıyla bağlı məlumatlarla yanaş onun təyinatı barədə də məlumat verilir. Əgər yaşayış məntəqəli təyinatlı torpaqdırsa, ev tikintisi üçündürsə, bu torpağı alıb orada ev tikmək olar. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin alqı-satqısı həyata keçirilir. Sonradan orada ev tikintisinə başlanılır. Bu həm tikinti prosesində, həm də sonrakı mərhələdə həmin obyektin sənədləşməsində çox ciddi problemə gətirib çıxarır. Hesab edirəm ki, heç bir sənədi olmayan torpaq sahəsi ilə ayrı təyinatı olan torpaq sahəsinin alınması oxşar məsələdir. Kifayət qədər pul, vaxt, əsəb itkisinə gətirib çıxaran məsələdir".
 
Onun dediyinə görə, "torpağın sənədi yoxdur, onu aldıqdan sonra sənədini düzəldərsiniz" təklifini ümumiyyətlə qəbul etmək olmaz: "Bunun arqumenti ondan ibarətdir ki, sənədini düzəlt, alqı-satqı üçün normal vəziyyətə gətir və biz alqı-satqıya gedərik. Ola bilər iki tərəf arasında qarşılıqlı razılaşma ilə notarial qaydada müqavilə bağlanar. Sənədlərin düzəlməsi üçün məbləğin bir hissəsi beh şəklində qarşı tərəfə ödənilsin. Lakin bütünlükdə torpağın sənədinin düzəldilməsinin alıcıya yüklənilməsi dələduzluğun başlanğıcıdır". (Ekspress)

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM