1-ci Dünya Müharibəsini də gördü, "facebook"u da - 3 əsr yaşayanlar (VİDEO)

16:05 / 02.12.2016

Hər gün çiy yumurta və çiy ət yedi, 117 il yaşadı. 

132 yaşlı kişi "Tanrının unutduğu insan" ləqəbi ilə tanınır.

Strategiya.az bildirir ki, ARB TV-nin "Pəncərə" verilişində maraqlı sujet yayımlanıb.

Klarine Hudon – amerikalı qadın 1906-cı il doğumludur. 110 yaşı var. Amma nə bir ağrısı var, nə də hansısa narahatlığı. Üstəlik çox böyük həvəslə seçkilərdə də iştirak edir. Yaşamaqdan doymadığını deyən Klarin onu da əlavə edir ki, həyat dalaşıb küsülü qalmaq üçün çox qısadır. Və o, ömrü boyunca heç kimə qarşı içində qəzəb gəzdirməyib. Elə bu da onun uzun ömürlü olmasına səbəb olub. Hər halda özü belə deyir. 

Yasutaro Koide – yaponiyalı uzunömürlü. O dünygaya gələndə yazıçı Jan Pol Sartr hələ doğulmamışdı. Bəstəkar Üzeyir Hacıbəyovun hələ 18 yaşı vardı. Məhəmməd Əmin Rəsulzadə isə hələ yenicə qəzetlərdə əsər çap etdirirdi. 1903-cü ildə dünyaya göz açmış Koide belə sağlam qalmasını spirtli içki və siqaretdən uzaq olmaqda görür. "Hər şey normasında gözəldir deyən" ağsaqqal, bu il 112 yaşında dünyadan köçdü.

Cerəlin Təali – 104 yaşına qədər boulinq oynayıb və 116 il ömür sürüb. Bizim kitablardan oxuduqlarımıza canlı şahidlik edib. Ceralin nənə ömrünün 116-cı ilində qol qaldırıb oynayırdı da. Həyat eşqi bu qədər bol olsa da, o da həyatdan köçdü. 

19-cu əsrin axırlarında Amerikada dünyaya göz açmış Suzanna Muşat Cons da dünyanın ən yaşlılarından olub. Öz həmvətəni olan yazıçı Ernest Heminqueylə həmyaşıddır. 117 yaşında vəfat etdi. 3 əsr yaşamağı bacaran Suzanna açıqlamalarında bildirirdi ki, uzun ömür sürməyin əsas sirri az düşünüb, çox iş görməkdən ibarətdir. 

Yaponiyalı Misao Okava da 117 il bu dünyada qalmağı bacarıb. Qadın 117 yaşını qeyd edərkən deyib ki, uzunömürlü olmasına baxmayaraq həyat ona çox qısa görünür və o, heç ölmək istəmir. İstəməsə də, bu sözlərindən 2 həftə sonra öldü.

Amerikalı Gertrud Veaver də 117 il ömür sürdü. Gündə 3 dəfə ət yediyini bildirən Gertrud onu da əlavə etmişdi ki, həftədə 3 dəfə, bacara bildiyi qədər idmanla məşğul olur. 

Amma bu yaş heç də ölümcül deyil. Məsələn, italiyalı Emma Morano 117 yaşındadır və hələ ki, sağdır. Ölkəsi 1915-ci ildə 1-ci dünya müharibəsi zamanı Almaniyaya qarşı yaradılmış Antanta hərbi blokuna qoşulanda, Emma 16 yaşlı yeniyetmə xanım idi və 1-ci cahan savaşının canlı şahidlərindəndir. "Belə uzun ömür yaşamağınızın sirri nədədir?" - deyə soruşanda, Emma adətən bunu 2 şeylə bağlayır. Dediyinə görə, o, illərdir hər gün iki ədəd çiy yumurta və 100 qram çiy ət yeyir. Axşama tərəvəz şorbası onun üçün əvəzolunmaz yemək növüdür.

Amerika afrikalısı Rebeka Lanier bir neçə il əvvəl 119 yaşını təntənəli surətdə qeyd edərək, dünyanın diqqətini çəkib. Qadın uzun ömrünün əsas səbəbini inanclı olmasıyla izah edib. "Allaha inanın, onu sevin – hər şey arzuladığınız kimi olacaq" – deyib. 

Niquen Ti Çu – Vyetnamın Hoşimin şəhər sakini. 2015-ci ildə dünyanın ən yaşlı adamı hesab olunurdu. Maraq üçün bir müqayisə aparaq: o dünyaya gələndə, görkəmli şairimiz Abdulla Şaiq hələ 13 yaşındaydı, Cəfər Cabbarlı isə hələ doğulmamışdı. Görün tarixin hansı qatlarından "facebook" əsrinə qədər gəlib çıxa bilib. Nəvə, nəticə və kötücələrinin sayı 100-ü keçən Niquen nənə 123 yaşında həyatla vidalaşdı. Amma yaxınları deyir ki, öldüyü günə qədər heç bir xəstəlikdən əziyyət çəkməyib.  Özü isə uzunömürlü olmasının sirrini həmişə təbəssüm etməsində və təbiətlə sıx əlaqədə olmasında görürdü.

Meksikalı Leandra Bekera da əzrayılı özünə uzun müddət yaxın buraxmayıb. O dünyaya gələndə,böyük yazıçımız Hüseyn Cavid hələ 5 yaşındaydı. 1887-ci ildən bu yana dünyadan ikiəlli tutan Leandra xanım keçən il 128 yaşında vəfat edib. 

İndi isə 1884-cü ilə yollanırıq. İngilis bioloq Çarlz Darvin 2 il idi ki, vəfat etmişdi. Türkiyədə və Azərbaycanda isə iki siyasi lider – İsmət İnönü və Məhəmməd Əmin Rəsulzadə dünyaya göz açmışdılar. Onlarla eyni ildə Braziliyada kəndli ailəsində bir oğlan uşağı da doğulub. İnönü də, Rəsulzadə də tarixin daş yaddaşına köçdülər, amma braziliyalı Joao Coelyo de Souza hələ də yaşayır. 132 yaşı var. Ona yaşadığı bölgədə “Tanrının unutduğu adam” ləqəbini veriblər. Coelyo deyir ki, uzun ömür nə qidalanma, nə də həyat tərziylə bağlıdır. Bu, sırf genetik məsələdir.

Və nəhayət, Mbah Goto hal-hazırda dünyanın ən yaşlı adamlarından biri hesab olunur. “Biz onu görmək istəsək, hara gedək” deyə soruşursunuzsa, yolunuzu İndoneziyanın Cava əyalətinin Sragen şəhərindən salın. Mbah baba öz yaşını dəqiq xatırlamır. Amma dediyinə görə, 1880-ci ildə hollandların açdığı şəkər zavodu vardı. Onun açılışına o da getmişdi və onda hardasa 10-12 yaşlarındaydı. Bu ipucundan yararlanaraq belə müəyyən ediblər ki, ağsaqqal təxminən 1870-ci il doğumludur. Tarixə nəzər salırıq: Fransa-Prusiyya müharibəsi, Viktor Hüqonun qocalığı, 3-cü Napoleon Bonapart hakimiyyəti və s. Təsəvvür edə bilirsiniz? Görün adam tarixin hansı dərinliklərindən bu günə kimi sağ qalıb. Əgər deyilənlər doğrudursa Gotonun 146 yaşı var. Gözləri kiçilib çuxura düşsə də, yeriməsi çətinləşsə də, bədəni solub əldən düşsə də, o təbiətin qanunlarına və tarixin keçmişinə inad yaşamağa davam edir. Hətta, arada güc tapıb torpaq üzərində işlə də məşğul olur. Torpağın altına getməyə isə tələsmir. Deyilənə görə 24 il öncə özünə qəbristanlıqda bir yer alıb hazır saxlayıb. Amma özündən qat qat balacaları ora yola saldı, özü isə getmək bilmir ki, bilmir. 4 dəfə evlənmiş Goto həyat yoldaşlarını, uşaqlarını və qardaşlarını çoxdan itirib. Qocalsa da əyilməyən bu dözümlü palıdın indi yeganə təsəllisi qol budaqları və yarpaqlarıdır. 14 nəvədən 17 nəticəsi var.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM