Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
Prosedə dövlət ittihamçısı Maşallah Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Maşallah Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib.//Virtualaz.org